Icma.az
close
up
RU
Zəngəzur Dəhliz neçə ilə açılacaq Daha bir tarix

Zəngəzur Dəhliz neçə ilə açılacaq Daha bir tarix

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Tramp yolu”nun tikintisinin 2030 ilə qədər başa çatdırılması planlaşdırılır; ABŞ Paşinyan hökümətini tələsdirəcəkmi

“Zəngəzur dəhlizinin tikintisinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır”. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu CNN Türk-ə verdiyi müsahibədə deyib.

Nazir bildirib ki, Türkiyə Orta Dəhlizdə mühüm bir halqadır, lakin hazırda nəqliyyat həcmi istənilən səviyyəyə çatmır. “Biz bu potensialı hər gün Bakı-Tiflis və Xəzər dənizi marşrutları vasitəsilə artırırıq. Zəngəzur dəhlizi mövcud tutumun artırılmasına əhəmiyyətli töhfə verəcək”, - Uraloğlu vurğulayıb.

Türkiyəli nazir onu da qeyd edib ki, dəhliz türk dövlətlərini və Uzaq Şərqi birləşdirən ən qısa marşrut olacaq: “Azərbaycan Naxçıvandan Ermənistanla sərhədə qədər dəmir yolu inşa edir. Horadizdən Bakıya qədər olan hissə isə tamamlanmaq üzrədir. Marşrut həm dəmir yolu, həm də avtomobil nəqliyyatını əhatə edəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev az öncə Zəngəzur dəhlizinin (“Tramp marşrutu”nun) 2028-də işə düşə biləcəyini söyləmişdi - təbii ki, Ermənistan tərəfi ondan asılı olan işlərin rellaşmasını uzatmasa.

Bəs bu tarixlərdən hansı gerçəyə yaxın olacaq? ABŞ hökuməti Paşinyan hökumətini tələsdirəcəkmi?

Fikrət Yusifov

Professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, “Tramp yolu”nun açılmasının 2030-cu ilə qədər uzanması bizi bir qədər üzür. “Çünki gözləntilərimiz fərqli idi. Dəhlizin açılmasını 44 günlük müharibədən sonra bu ilin avqust ayının 8-nə qədər Ermənistan müxtəlif bəhanələrlə əngəllədi, indi də yolla bağlı hər hansı bir xərci öz üzərinə götürmək istəmir. Layihə üzrə bütün xərclərin Amerika tərəfin üzərinə qoyulmasını istəyir, halbuki 44 günlük müharibədən ötən müddət ərzində yolun bərpası istiqamətində bir çox işləri görmək mümkün idi. Ən azından Azərbaycanın son bir neçə ildə layihə üzrə gördüyü işlərə baxıb bundan nəticə çıxarmaq lazım idi! Ancaq ermənilərin xisləti başqadı. Bunlar hər məsələdə öz kirli oyunlarını qurub, zəhmət çəkmədən mənfəət əldə etməyin ”ustasıdırlar". Bu layihədə də heç bir xərc çəkmədən milyonlarla dollar qazanc əldə edəcəklərini hesablayıblar", - deyə F.Yusifov qeyd etdi.

Onun sözlərinə görə, layihə üzrə Türkiyə də öz üzərinə düşən işlərin sürətini artırmalıdır: “Türklər tikinti sahəsində böyük məharət sahibidirlər. Düşünürəm ki, layihənin beynəlxalq əhəmiyyətini nəzərə alıb, Türkiyə bu sahədə görməli olacağı işlərin sürətini yetərincə artıra bilər. Zəngəzur dəhlizinin açılmasının hər gecikən günü şərqdən qərbə daşınan yüklər üzrə milyonlarla dollar itki deməkdir. Bu yol ondan istifadə edərək yüklərini daşıyanlara indikindən bir neçə dəfə artıq mənfəət əldə etməyə şansları verəcək. Yolun idarəçiliyinin Türkiyə şirkətinə verilməsi ətrafında dolaşan söhbətlər isə sıradan bir məsəl deyildir. Hesab edirəm ki, bu məsələlərə tərəflər arasında artıq ilkin siyasi razılaşma əldə olunub. Ermənistan xarici işlər nazirinin müavininə bununla bağlı verilən suala cavabı da dediklərimizi təsdiq edir. Adətən ermənilər Türkiyənin adı gələndə ”yox" deyirdilər, lakin bu dəfə nazir müavini məsələnin tərəflər arasında razılaşma əsasında həll ediləcəyini deyib. O deməkdir ki, ermənilər Türkiyə şirkətinin layihənin idarə olunmasında iştirakını mümkün sayırlar.

Hesab edirəm ki, ABŞ “Tramp yolu”nun idarəçiliyinin Türkiyə şirkətinə verilməsi variantının üzərində dayanacaq. Çünki bu regionda Türkiyə ABŞ-ın ən etibarlı və ən güclü tərəfdaşıdır. Digər tərəfdən yola nəzarətin Türkiyəyə verilməsi bu yolla bağlı Rusiyanın basqılarını neytrallaşdırmaq üçün olduqca önəmlidir. Bu sırada Ermənistan da Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın basqılarından yaxa qurtarmaq üçün yola nəzarətin Türkiyə şirkətinə verilməsini məmuniyyətlə dəstəkləməlidir. Və bütövlükdə bu seçimlə Ermənistan Rusiyanın təsirlərindən xilas olmaq üçün daha bir addım atmış olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Noyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri