Icma.az
close
up
RU
Bizim Zəngəzur “Orta Dəhliz”in altun halqası

Bizim Zəngəzur “Orta Dəhliz”in altun halqası

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin Çinə dünən başlayan və bu gün önəmli sənədlərin imzalanması ilə tarixi səciyyə qazanan səfəri təkcə iki ölkə arasındakı iqtisadi-ticari münasibətlərin inkişafı baxımından deyil, həm də Avrasiya məkanında formalaşan yeni geostrateji arxitekturanın bir parçası kimi qiymətləndirilməlidir. Bu səfər Mərkəzi Asiya ilə Avropa Birliyi arasında yeni koordinat sisteminin cızıldığı bir dönəmdə baş tutur və Asiya ilə Avropa arasında qovşaq funksiyası daşıyan Azərbaycanın “oyun quran ölkə” kimi mövqeyini bir daha təsdiqləyir.

Azərbaycan Prezidentinin Çinə öncəki səfərləri – özəlliklə 2015-ci ildə “Bir kəmər, bir yol” təşəbbüsünün ilkin mərhələsində Pekindəki Forumda iştirakı və 2019-cu ildə 2-ci Forumda çıxışı – bu gün baş verənlərin riyazi davamı deyil, məntiqi inkişafıdır. Liderlər arasında müxtəlif beynəlxalq platformlarda baş tutan görüşlərdə, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantılarında ikitərəfli əlaqələrin inkişafı daim gündəmdə olub.

Bu ardıcıllıq Azərbaycanın Çinin Güney Qafqazda etibarlı tərəfdaşına çevrildiyini göstərir və necə deyərlər, bir növ “strateji səbir siyasəti”nin bəhrəsidir.

Ayrıca,
2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 20,7% artması və 3,744 milyard dollara çatması, Çinin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilməsi yalnız statistik artım deyil. Bu rəqəmlər ticarət əlaqələrinin strukturunda baş verən keyfiyyət dəyişikliklərinin göstəricisidir. Ənənəvi enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsində – özəlliklə yüksək texnologiyalar və yaşıl energetika yönündə qarşılıqlı maraq formalaşmaqdadır.

Çin-Azərbaycan münasibətləri kontekstində Zəngəzur dəhlizi də strateji faktora çevrilməkdədir. Təqribən 44 km.-lik dəhliz həm daha böyük – “Orta Dəhliz”in tam işlək olmasını təmin edə bilər, həm də Çinin Avropaya quru nəqliyyat çıxışına yeni səmərəli alternativ ola bilər. Bu baxımdan Azərbaycanın daxili siyasətində geoiqtisadi sabitliyin qorunması və sərhəd infrastrukturunun inkişafı Çinin maraqları ilə üst-üstə düşür.

Bəli,
Çinə səfər Mərkəzi Asiya və Avropa Birliyi arasında yenicə keçirilən yüksək səviyyəli toplantının ardınca baş tutdu. Məncə, bu kontekstə diqqət etməkdə fayda vardır. Azərbaycanın həm Avropa enerji təminatçısı kimi, həm də Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi artan rolunu Çin də qiymətləndirir. Əslində, bu səfər Azərbaycanın Güney Qafqaz-Mərkəzi Asiya-Çin üçbucağında “altun stabillik körpüsü” rolu oynadığını nümayiş etdirir.

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir və bu layihəyə Çindən sonra ən çox yatırım qoyan ikinci ölkə kimi çıxış edir. Bakı-Tiflis-Qars, Bakı Beynəlxalq Dəniz Limanı, “Quzey-Güney” və “Orta Dəhliz” marşrutları Azərbaycanın nəqliyyat-logistika rolunu təkcə coğrafi deyil, siyasi rentabellik baxımından da artırır. 2024-cü ildə tranzit daşımaların 86% artması bu rolun praktiki sonucudur.

Azərbaycan və Çin arasında təhsil və mədəniyyət sahəsində də sürətli yaxınlaşma müşahidə olunur. Azərbaycanın ali məktəblərində Konfutsi institutlarının fəaliyyəti, Çində Azərbaycan dili və mədəniyyətinə olan ilginin artması, yeni “yumşaq güc” platformlarının qurulduğunu göstərir. Bu, mədəni diplomatiyanın ticarət və nəqliyyat diplomatiyası ilə paralel inkişaf etdiyini göstərən vacib amildir.

Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız rejim tətbiq etməsi, əslində, bölgədə nadir diplomatik jestlərdən biridir. Bu qərar yalnız turizmə deyil, işgüzar bağlara, belə deyək, insan kapitalı mübadiləsinə və Çin-Azərbaycan bağlarının psixoloji yaxınlaşmasına xidmət edir.

Beləliklə,

Azərbaycan Prezidentinin Çinə son səfəri iki ölkə arasında münasibətləri yalnız statistik göstəricilərlə deyil, dərin strateji baxış və hədəflə inkişaf etdirməyə yönəlmiş ardıcıl siyasətin növbəti uğurlu mərhələsidir. Bu səfər göstərdi ki, Azərbaycan artıq yalnız bölgəsəl aktor deyil – o, Avrasiyanın yeni logistika, enerji (o cümlədən yaşıl enerji) və işbirliyi matrisi içində açar funksiyası daşıyan bir mərkəzdir.

Naxçıvanla Urumçinin rəsmən qardaşlaşmış şəhərlər olması isə könlümüzə xitab edən, üstün – deyərdim, siyasətüstü bir hadisə oldu.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Aprel 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri