Icma.az
close
up
RU
Zəngəzur dəhlizi açılacaq: Ermənistanın bu prosesdən qazancı nə olacaq?

Zəngəzur dəhlizi açılacaq: Ermənistanın bu prosesdən qazancı nə olacaq?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasına növbəti səfəri ərəfəsində Cənubi Qafqazda maraqlar toqquşması daha da dərinləşməkdədir. Altayda keçiriləcək ekoloji forumun kölgəsində Paşinyanın Moskva ilə Zəngəzur dəhlizinə dair müzakirələr aparacağı ehtimal olunur.

“Hraparak” nəşrinin məlumatına görə, bu danışıqlar rəsmi gündəlikdən kənarda, kuluar formatında baş tuta bilər. Bununla yanaşı, son günlərdə ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət təklifini yenidən gündəmə gətirməsi və bununla bağlı əldə edildiyi iddia olunan “gizli memorandum” bölgədə yeni geosiyasi realıqların formalaşmaqda olduğunu göstərir.

Vaşinqtonun 32 kilometrlik Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürmək təklifi, İrəvanın bu məsələyə tam “yox” deməməsi və Paşinyanın həm ABŞ, həm də Rusiya ilə paralel danışıqlar yürütməsi Ermənistanın ikili oyun oynadığını göstərir. Bu isə həm Azərbaycan, Türkiyə və Rusiya, həm də beynəlxalq dairələr üçün narahatlıq doğurur.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Zəngəzur dəhlizi regional sabitlik, iqtisadi inteqrasiya və strateji kommunikasiyaların inkişafı baxımından təkcə Azərbaycan və Türkiyə üçün deyil, Ermənistan üçün də həyati əhəmiyyət daşıyır. Hazırda gedən proseslər onu göstərir ki, dəhlizin açılması ilə bağlı müəyyən razılaşmalar artıq əldə olunub. Sadəcə, bu razılaşmaların detalları ictimaiyyətə açıqlanmır. Bu da tamamilə başadüşüləndir, çünki prosesin həssaslığı, iştirakçı ölkələrin maraqlar balansı və geopolitik manevr imkanları belə bir məxfilik tələb edir:

"Ermənistan uzun müddət bu məsələni ləngitməklə zaman qazanmağa çalışdı. Məqsəd özünün iqtisadi və hərbi-siyasi mövqeyini gücləndirmək, daxili sabitlik yaratmaq və danışıqlarda əlini gücləndirmək idi. Lakin reallıq göstərdi ki, bu taktika iflasa uğradı. Ermənistan nə regiondakı dəyişən güc balansına təsir edə bildi, nə də beynəlxalq dəstək baxımından dayanıqlı mövqe qazandı. Əksinə, vaxt itirmək İrəvanı yeni təzyiqlər qarşısında daha da zəif mövqeyə saldı".

Əli Mustafa: Zəngəzur Ermənistan üçün hava-su qədər vacibdir

Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Məsələ ondadır ki, Ermənistan bu prosesdən nə qədər fayda əldə edə biləcək? Bu, rəsmi İrəvanın iradəsi və siyasi realizmi ilə birbaşa bağlıdır. Dəhliz açıldığı təqdirdə, Ermənistan iqtisadi blokadadan qismən çıxacaq, Naxçıvan üzərindən Türkiyə və digər türk dövlətləri ilə birbaşa ticarət imkanları qazanacaq. Bu, Ermənistan üçün hava-su qədər vacibdir:

"Ona görə də, artıq Ermənistan cəmiyyətini bu reallığa hazırlamaq vaxtıdır. Əgər Ermənistan daxili siyasi manipulyasiyaları və revanşist ritorikanı bir kənara qoyub, regional inteqrasiyanı qəbul edərsə, bu dəhliz ona yalnız tranzit deyil, həm də transformasiya imkanı təqdim edə bilər. Əks halda, dəhliz açılacaq, amma Ermənistan yenə də kənarda qalacaq. Bu mərhələdə əsas məsələ budur: Ermənistan bu prosesdən nə qədər faydalı çıxmaq istəyir? Cavab sadədir, istəyirsə, sürətlə, şərtsiz şəkildə bu reallığı qəbul etməli və öz daxili mühitini də buna uyğun dəyişdirməlidir. Əks təqdirdə, zaman yenə onun əleyhinə işləyəcək".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyul 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri