Icma.az
close
up
RU
Zəngəzur dəhlizi mütləq açılacaq

Zəngəzur dəhlizi mütləq açılacaq

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsinin əsas diqqətçəkən nəticələrindən biri - Zənzəgur dəhlizinin açılmasıdır. Bu Azərbaycan üçün prioritet məsələdir ki, onun həyata keçirilməsi təkcə rəsmi Bakı üçün yox, region üçün böyük əhəmiyyət kəsb edəcək.

Azərbaycanın bir parçası olan Naxçıvanla nəqliyyat əlaqəsinin bərpa edilməsi mütləqdir. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı 2020-ci il 10 noyabr birgə Bəyanatına əsasən, qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılmasına xidmət edən Zəngəzur dəhlizinin tikintisi ilə işə başlanıldı.

İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir".

Bunu Ermənistan da təsdiqləyir. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan Azərbaycan Prezidenti İlham Əliyevin dəhlizlə bağlı son açıqlaması ilə əlaqədar jurnalistin sualına general belə cavab verib: “Dəfələrlə söyləmişəm: 10 noyabr sənədini diqqətlə oxuyun, orada təsadüfən bir söz, hərf yazılmayıb, orada hər şey qeyd olunub”.

Məsələ ilə bağlı erməni politoloq Sergey Melkonyan qeyd edib:“Əliyev dəhliz ətrafında beynəlxalq konsensus yarada bilib. Gördük ki, Azərbaycan Rusiyanı bu gündəmə necə cəlb elədi, bu, dəhlizin onlar üçün faydalı olduğunu göstərir. Həmçinin ABŞ-dən belə bir bəyanat eşitdik ki, Türkiyə, Ermənistan, Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya arasında əlaqə Vaşinqton üçün çox vacibdir. Əlbəttə, söhbət Zəngəzur dəhlizindən gedir. Buna beynəlxalq konsensus deyirlər. Azərbaycan bu gündəmin ətrafında birlik yarada bilib. Dəhliz Azərbaycan və Türkiyənin nəzarətində olacaq”.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır.

Hələ 2021-ci il 26 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini atıblar. Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun “Zəngəzur dəhlizi” kimi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi, yaxın gələcəkdə isə siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi planlaşdırılıb.

Ermənistan üçün bu, iqtisadi inkişaf və regional təşəbbüslərə inteqrasiya imkanı yaradan bir layihədir.

Zəngəzur dəhlizi regionun tranzit və logistika potensialını artıracaq. Bu potensialın reallaşması regionda yeni nəqliyyat marşrutlarının yaradılmasına və əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxaracaq.

Zəngəzur dəhlizi region iqtisadiyyatının inkişafı üçün böyük imkan yaradacaq. Dəhliz Azərbaycanı Türkiyə və Avropa ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Bundan əlavə, Rusiya və İrana nəqliyyat marşrutları aktivləşdirilir.

Zəngəzur dəhlizinin fəaliyyəti bir neçə nəqliyyat dəhlizinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına gətirib çıxaracaq.

Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.

Ermənistan və İran hər vəchlə bu layihənin reallaşmasına qarşı çıxıblar. Rəsmi Tehran “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” olduğunu deyib.

İran dəhlizi mühüm geosiyasi rıçaq kimi görür və Türkiyənin regionda artan təsirindən ehtiyatlanır.

Hələ 2021-ci ildə bu dəhlizin əhəmiyyətini dəyərləndirərkən İlham Əliyev qeyd etmişdi ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək: "Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq".

İranın bu məsələdə təşvişə düşməsi aydındır - yeni türk birliyinin formalaşması qorxusu.

Hələ bir neçə il öncə 50-dən artıq dövlətin beyin mərkəzlərinin, tanınmış ictimai-siyasi xadimlərinin iştirakı ilə Bakıda keçirilən "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumunda prinsipial və qəti mövqeyini ifadə edən İlham Əliyev bir daha bəyan etmişdi ki, Zəngəzur dəhlizinin açılması məsələsi ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər Azərbaycana Naxçıvanla qərb rayonları arasında əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və birgə yaşayış, normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.

Ermənistan və onu idarə edən Avropa da bu dəhlizin açılacağından indidən təşvişə düşüblər.

Bu bənddə hər şey açıq-aydın göstərilir və İlham Əliyevin fikirləri bir daha təsdiqini tapır. Yəni Ermənistanın indiyədək əsassız fikirlər səsləndirməsinin heç bir mənası yoxdur. Bu cür açıqlamaların səbəbi bəllidir- məğlub ölkə, sadəcə olaraq, dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır.

Hadisələrin bu istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, İran, Ermənistan və işğalçı ölkəni dəstəkləyən Fransa başda olmaqla digər ermənipərəst ölkələrin istəkləri baş tutmayacaq. Azərbaycanın iqtisadi, siyasi gücü, qüdrəti, İlham Əliyevin qətiyyətli mövqeyi ilə bu layihə də reallaşacaq. Müzəffər Ali Baş Komandan kimi Qarabağ münaqişəsini həm hərbi, həm də diplomatik məharəti ilə həll edən İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını da reallığa çevirəcək. Buna heç kimin şübhəsi qalmasın. Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, Prezident İlham Əliyevin ötən həftə yerli televiziyalara verdiyi müsahibəsində bir neçə məsələ ilə yanaşı Zəngəzur dəhlizinin açılacağını, eləcə də Ermənistanın silahsızlaşdırılmasının vacibliyini bəyan etməsini, Qərbi Azərbaycana qayıdış məsələsinin diqqət mərkəzində saxlanıldığını və Ermənistan rəhbərliyini Qərbi azərbaycanlıların təmsilçiləri ilə görüşməyə çağırmasını erməni siyasi şərhçilərinin və mediasının Ermənistana növbəti ultimatum kimi təqdim etməsi absurddur. Bunlar növbəti ultimatum deyil. Azərbaycan son illərdə davamlı olaraq Ermənistan rəhbərliyini bu addımları atmağa çağırış edib. Lakin Paşinyan iqtidarı da öz faşist-irqçi sələflərinin (Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan) ənənələrinə sadiq qalaraq Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən cürbəcür manevr və bəhanələrlə yayınıb və sülh danışıqlarını süni şəkildə ləngidib: "Ona görə də Ermənistan ictimaiyyəti və mediası bu gün Azərbaycan Prezidentinin çağırışlarını, tələblərini növbəti ultimatum və müharibə anonsu kimi dəyərləndirib təşviş keçirməkdənsə, öz hökumətlərinin ikili siyasətlərini sorğulamalı və günahı da ilk növbədə baş nazir Nikol Paşinyanda görməli, onun qətiyyətsiz və dəyişkən mövqeyini qınaq hədəfinə çevirməlidir. Azərbaycanın haqlı tələbləri Ermənistan cəmiyyətini qorxutmamalıdır. Çünki bizim Ermənistanla növbəti müharibəyə başlamaq niyyətimiz yoxdur. Bizim tələblərimiz müharibəyə yox, dayanıqlı sülhə xidmət edir. Azərbaycan Prezidenti də sözügedən müsahibəsində bir daha qeyd etdi ki, biz müharibə yox, sülh istəyirik.

Lakin əfsuslar olsun ki, Ermənistanın Fransanın, Avropa İttifaqının dəstəyi ilə silahlanmanı davam etdirməsi və sülh sazişi ilə bağlı Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirməkdən boyun qaçırması sülh prosesinə zərbə vurur, regionda yeni eskalasiyaya yol açır.

Real sülhün yolu isə ilk növbədə kommunikasiyaların (o cümlədən Zəngəzur dəhlizinin) açılmasından, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsindən, Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsindən, Azərbaycanla sərhəddə Avropa İttifaqının (Aİ) "mülki" müşahidə missiyası adı altında kənar ölkələrin hərbçilərinin, polislərinin yerləşdirilməsinə son qoyulmasından, faşist-nasist ideologiyasından imtina edilməsindən keçir. Həm Paşinyan, həm də bütün ermənilər İlham Əliyevin müsahibəsini diqqətlə oxumalı, izləməlidirlər. Dövlətimizin başçısı məlum müsahibəsində bölgədə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı açıqlama verərək, bu kontekstdə qəti mövqeyini Ermənistanın diqqətinə çatdırıb.

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, - deyə Azərbaycan Prezidenti qarşı tərəfə açıq şəkildə mesaj ünvanlayıb. Bu mesajda, bu tələbdə anlaşılmayacaq və qeyri-qanuni heç bir şey yoxdur. Çünki Ermənistan tərəfi 10 noyabr bəyanatı üzrə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz və sərbəst keçidlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan Prezidenti də məhz bu öhdəlikdən çıxış edir və riyakar Ermənistan rəhbərliyinə öhdəliyini xatırladır. Ona görə də Ermənistan mediasının və siyasi dairələrinin bu məsələ ətrafında süni ajiotaj yaratması tamamilə yersizdir.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Yanvar 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see318

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see225

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see214

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see210

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see209

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see204

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see187

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see180

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see177

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see177

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see173

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see169

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see167

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see165

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see160

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see159

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see157

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see156

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see156

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri