Icma.az
close
up
RU
“Tramp yolu” yox, Zəngəzur dəhlizi EKSPERT

“Tramp yolu” yox, Zəngəzur dəhlizi EKSPERT

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Avropa liderləri bunu artıq tanıyır


Natiq Miri: “Revanşist və müxalifət “Zəngəzur dəhlizi”ni İrəvan əleyhinə istifadə edir”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan və Bakı bir-biriləri arasında nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq barədə razılığa gəliblər. Nazirin sözlərinə görə, burada söhbət bütün infrastrukturdan gedir: "Məsələn, Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan Ermənistanın dəmir yolu sisteminə, daha sonra isə avtomobil yollarına və digər infrastrukturlara çıxış əldə edir. Biz bir-birimizin infrastrukturundan normal qonşular kimi istifadə edə bilərik. 

Həmin infrastrukturun Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa əlaqə olan hissəsi TRIPP, yəni "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (və ya Zəngəzur dəhlizi – red.) kimi işlədiləcək". Mirzoyan qeyd edib ki, Ermənistan və ABŞ dəmir yolu keçidinin inşaatçısı və əsas operatoru olacaq konsorsium, şirkət yaratmağı planlaşdırır: "Bu konsorsium bu və ya digər işləri yerinə yetirmək və ya bütün keçid üçün bu və ya digər xidməti göstərmək üçün üçüncü şirkətləri cəlb edə bilər. Bundan əlavə, konsorsium həmçinin boru kəmərləri, elektrik xətləri və s. həyata keçirə, tikə və sonra istismar edə bilər. Beləliklə, bütün razılaşmalar qarşılıqlı olacaq. Məsələn, biz də Naxçıvan Muxtar Respublikasının ərazisindən istifadə edərək Ermənistanın şimalı ilə cənubunu dəmir yolu ilə birləşdirməyə hazırlaşırıq. Hazırda belə bir dəmir yolu əlaqəsi yoxdur. Əsas prinsipləri razılaşdırmışıq. Dəmir yolu əlaqəsindən danışsaq, ekspertlər deyirlər ki, onun tikintisi, məsələn, ən azı iki il (2027-ci ilədək) çəkə bilər". Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan da TRIPP layihəsinin həyata keçirilməsi regional kommunikasiyaların təkcə bir hissədə deyil, həm də ümumi regional kommunikasiyaların blokdan çıxarılmasına töhfə verəcək. Onun sözlərinə görə, söhbət təkcə Ermənistan, Azərbaycan və Cənubi Qafqazdan getmir, bu gün ölkələr daha çox marşrutlar, alternativ əlaqələr axtarırlar: "Bu, daha böyük layihənin, Orta dəhliz və Asiyanı Avropa və əksinə birləşdirməyi hədəfləyən digər layihələrin bir hissəsi ola bilər. Ermənistanda həyata keçirilən istənilən kommunikasiya layihəsi Ermənistanın suverenliyi altında qalır. Bu, bizim üçün çox vacibdir. Digər texniki detalları müzakirə edəcəyik, kimin və necə işlədiyinə qərar verəcəyik. Bu, tranzit marşrut olacaq. Eşitdiyiniz mənada dəhliz deyil. Ermənistan Respublikasının suverenliyi altında olan marşrut".


Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında deyib ki, hər bir ölkə bu gün tranzit imkanlarından istifadə edərək böyük gəlir qazanmağa, geosiyasi kontekstdə əhəmiyyətli olmağa çalışır. Analitik vurğulayıb ki, tranzit ölkə böyük şans deməkdir:

"Bunu Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə vurğulayıb. Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə qətiyyən xələl gətirmir. Azərbaycan nəqliyyat-kommunikasiya xəttinin inşasını başa çatdırırsa, qarşı tərəf də bunu bacarmalıdır. Ermənistana ev tapşırığı verilib ki, ən azından nəqliyyat və kommunikasiya xətti konkret layihələndirilsin, habelə bunu maliyyələşdirəcək üçüncü tərəfi müəyyən etsin. Çünki sənəddə üçüncü tərəf məsələsi də var. Bəlkə də, ABŞ-nin istəyi ilə həmin ifadə sənədə əlavə olunub. ABŞ hər zaman üçüncü tərəflərdən də istifadə edib. Bu baxımdan, "Tramp yolu"na qoyulacaq maliyyəni də üçüncü tərəf dövlətə həvalə edə bilər. Əgər anlaşma olarsa, inşaat işləri çox çəkməyəcək. 44 kilometrlik dəmir və avtomobil yolunun inşası intensiv iş aparılsa, qısa zamanda yekunlaşar. Zəngəzur dəhlizinin açılması yalnız ticarət və siyasi münasibətləri deyil, humanitar əlaqələri də gücləndirəcək. Bu yol açılsa, Ermənistan həm də enerji xətləri, neft, qaz, elektrik və fiberoptik kabel çəkilişindən faydalana biləcək. Bütün bunlar dövlətlərarası münasibətləri və xalqlar arasında əlaqələri möhkəmləndirəcək. Bu, dərhal baş verəcək proses deyil, lakin mərhələli şəkildə düşmənçiliyin yerini əməkdaşlıq modeli alacaq. Bu da sülhün təminatı deməkdir".


N.Miri hesab edir ki, Paşinyan "Tramp yolu"nun "Zəngəzur dəhlizi" adlandırılmasının erməni ictimai rəyində qıcıq doğurduğunu və revanşistlərin, müxalifətin bunu əllərində bayraq etdiklərini gördüyü üçün "sənədlərlə "Zəngəzur dəhlizi" ifadəsi yoxdur" deyir: 

"Zəngəzur dəhlizi" sözü ilk dəfə cənab Prezident tərəfindən dövriyyəyə buraxılıb. Ötən illər ərzində "Zəngəzur dəhlizi" sözü beynəlxalq səviyyədə legitimləşib. Hətta Avropa liderləri arasında yeni nəqliyyat kommunikasiyalarından danışıldıqda qeyri-iradi olaraq Zəngəzur dəhlizindən söz açacaqlar. Çünki dəhlizin keçdiyi ərazi tarixi Zəngəzur bölgəsidir. Revanşist dairələr, radikal müxalifət bu məsələni İrəvan hökumətinin əleyhinə istifadə edir. Ancaq erməni ictimai rəyində "Tramp yolu"nun Ermənistan dövlətinin və xalqının faydasına olduğu qəbul olunmaqdadır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri