Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Azərbaycansız mümkün deyil ŞƏRH

Zəngəzur dəhlizi Azərbaycansız mümkün deyil ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"ABŞ-nin prosesə açıq şəkildə qoşulması regionda uzun müddət davam edən qeyri-müəyyənliyi aradan qaldırdı"

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi son günlər yenidən Ermənistan-ABŞ münasibətlərinin əsas gündəm mövzularından birinə çevrilib. Yaxın Şərqdə, xüsusilə İranda baş verən proseslər fonunda TRIPP layihəsi, ABŞ üçün geosiyasi baxımdan daha da əhəmiyyət qazanıb. Layihə Vaşinqtona Cənubi Qafqazda iqtisadi təsir imkanlarını genişləndirmək imkanı verir. Ermənistan isə bu yolla Rusiyadan asılılığını azaltmağa çalışır. Yanvarın 13-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüşdə, TRIPP layihəsinin icrası üzrə çərçivə sazişi haqqında birgə bəyannamə təsdiqlənib. Mirzoyanın açıqlamasına görə, layihəni icra edəcək “TRIPP Development Company” (Tramp marşrutunun operatoru) adlı şirkətdə nəzarət paketi ilkin mərhələdə ABŞ-yə məxsus olacaq. Sərmayənin əsas hissəsini ABŞ qoysa da, rəsmi İrəvan sərhəd, gömrük və təhlükəsizlik sahələrində bütün suveren səlahiyyətlərin Ermənistan dövlət qurumlarının əlində qalacağını vurğulayır. Başqa sözlə, marşrut ABŞ investisiyası hesabına qurulsa belə, real idarəetmə və nəzarət mexanizmləri faktiki olaraq İrəvanın əlində cəmlənir. Baş nazir Nikol Paşinyan da açıqlamalarında layihənin Ermənistan və ABŞ-ni “tam qane etdiyini” açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, Bakıdan hələ rəsmi reaksiya gəlməsə də, təqdim olunan formul Azərbaycanın maraqlarına uyğundur. Marşrut üzərində əsas nəzarətin Ermənistanın əlində cəmlənməsi şəraitində Azərbaycanın maraqlarının hansı mexanizmlərlə qorunacağı açıq sual olaraq qalır. Layihə ilə bağlı digər mühüm detal isə Türkiyə və Rusiyanın prosesdən kənarda saxlanılmasıdır. Mirzoyan açıq şəkildə bildirib ki, TRIPP Ermənistan və ABŞ-nin birgə biznes layihəsidir. Bu mərhələdə nə Ankara, nə də Moskvanın iştirakı müzakirə olunmayıb. Halbuki Gümrü-Qars dəmir yolu bərpa olunmadan yüklərin Türkiyə ərazisi vasitəsilə Avropaya çıxışı mümkün deyil. Rəsmi İrəvan Türkiyə ilə sərhədlərin açılmasının vacibliyini qəbul etsə də, bunu TRIPP-dən kənar proses kimi təqdim etməyə çalışır. 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, regional layihələri, Azərbaycanın iştirakı olmadan reallaşdırmaq mümkün deyil:

“Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı məsələləri Ermənistana vaxtında təqdim etsə də, rəsmi İrəvan prosesi süni şəkildə uzadaraq daxili təhlillər apardığını bəyan edirdi. Lakin sonrakı mərhələdə aydın oldu ki, Ermənistan layihəni Brüssel və ya ABŞ platformasına çıxarmağı planlaşdırır. Bu yanaşma Ermənistanın strateji məsələlərdə kənar mərkəzlərin təsiri altında hərəkət etdiyini və müstəqil qərarvermə imkanlarının məhdud olduğunu göstərir. ABŞ-nin prosesə açıq şəkildə qoşulması regionda uzun müddət davam edən qeyri-müəyyənliyi aradan qaldırdı. Lakin Vaşinqton regionda, xüsusilə də İran amili fonunda, fiziki və siyasi mövcudluğunu gücləndirmək niyyətini gizlətmir. Bununla belə, Tramp administrasiyası çərçivəsində irəli sürülən regional layihələrin, Azərbaycanın iştirakı olmadan reallaşdırılması mümkün deyil”.

Politoloq Ermənistanın yenidən separatizm xəttinə qayıtdığını qeyd edib: 

“Bu layihənin əsas müəllifi Azərbaycandır. Zəngəzur dəhlizinin siyasi və strateji layihə kimi gündəmə gətirilməsi məhz Azərbaycanın təşəbbüsü ilə mümkün olub və bu məsələdə Prezident İlham Əliyevin həlledici rolu var. 2025-ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ liderlərinin, eləcə də Ermənistanın baş naziri ilə keçirilən görüş bu razılaşmanı təsdiqləyir. Lakin təmaslara baxmayaraq, Ermənistan yenidən separatizm xəttinə qayıtdı. Xarici işlər naziri A.Mirzoyan və Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri dəfələrlə ABŞ ilə sıx əlaqədə olduqlarını, əməkdaşlığın genişləndirildiyini bəyan ediblər. Lakin Vaşinqton ilə İrəvan arasındakı layihə, Azərbaycanın xəbəri olmadan həyata keçirilməməlidir”.

T.Abbasovun sözlərinə görə, Ermənistan bu layihədə təşəbbüsü ələ almağa çalışır:

“Ermənistanın davranış modeli dəyişməz olaraq qalır. Maraqlarına uyğun tərəfi manipulyasiya etmək və verdiyi öhdəliklərə əməl etməmək onların əsas xüsusiyyətidir. Ola bilər ki, İrəvan İran faktoru fonunda ABŞ-yə müəyyən üstünlüklər yaratmağa çalışır. Ancaq bütün hallarda layihənin icrası Azərbaycanın milli maraqları üçün ciddi risk və ya təhlükə yaratmır, çünki ölkənin proses üzərində siyasi, hüquqi və geostrateji nəzarət imkanları kifayət qədər güclüdür. Eyni zamanda Tramp Azərbaycan lideri ilə etibarlı əməkdaşlıq mühitini qorumağa üstünlük verir. Ermənistan isə bu layihədə təşəbbüsü ələ almağa çalışır. Lakin İrəvanın iddia etdiyi kimi, nəzarətin və icranın tam şəkildə Ermənistanda cəmlənməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Çünki dəhlizin əsas məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa və maneəsiz əlaqənin təmin edilməsidir. Bu prosesdə üçüncü qüvvələrin müdaxiləsinə yol verilməməlidir”.

Politoloq qeyd edir ki, Türkiyə və Rusiya Azərbaycanın strateji tərəfdaşlarıdır. Azərbaycanın əsas məqsədi qardaş Türkiyə ilə açıq və etibarlı layihələr həyata keçirməkdir. Ermənistanın isə bu prosesdən real divident əldə etmək imkanı yoxdur: 

"Azərbaycan təşəbbüs və planlarını açıq şəkildə ortaya qoyduğu halda, Ermənistan “örtülü bazar” prinsipi ilə hərəkət edir. İrəvan anlayır ki, indiyədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda müəyyən texnologiya və malların öz ərazisindən keçirilməsi hesabına qazanc əldə edirdisə, Zəngəzur dəhlizi bu imkanları aradan qaldıracaq. Məhz buna görə də Türkiyə ilə Rusiyanı prosesdən kənarlaşdırmaq cəhdləri müşahidə olunur. Halbuki 2020-ci il 10 noyabr Bəyanatı ilə Zəngəzur dəhlizi gündəmə gəlmiş və layihənin birbaşa Rusiya ilə də bağlılığı təsbit olunmuşdu. Bu mərhələdə Rusiyadan nəsə gizlətmək, Ermənistanın növbəti çirkli planının göstəricisidir".

Aybəniz Səfərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri