Icma.az
close
up
RU
Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil

Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın nəqliyyat imkanları iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə diqqəti Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafına yönəldərək bildirdi ki, son 15 ildə Bakı şəhərində bir çox böyük layihələr icra edildi. Yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Cənab İlham Əliyev görülən işlərin fonunda onu da qeyd etdi ki, əgər 20 il əvvələ nəzər salsaq o vaxt yollarımızın nə vəziyyətdə olduğunu görərik. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimiz müasir avtomagistrallarla birləşdirilib. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayrılır.

Onu da qeyd edək ki, Azərbaycanın coğrafi vəziyyətindən səmərəli istifadə etməsi də nəqliyyat imkanlarının genişlənməsində öz sözünü deyir. Belə ki, beynəlxalq nəqliyyat dəhlizləri ərazilərimizdən keçir. Məhz bu baxımdan cənab İlham Əliyev müşavirədə qeyd etdi ki, sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə səylər göstərmişik və praktiki işlər görmüşük. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və müştərək müəssisələr qurulmuşdur. Görülən işlər Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirdi.
Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyas alan bərpa-quruculuq işlərində də əsas diqqət infrastruktur layihələrinin uğurlu icrasına yönəldilir. Dövlət başçısı İlham Əliyev bu sahədə görülən işləri rəqəmlər əsasında diqqətə çatdırdı. 44 avtomobil yolu layihəsi icra edilib, ya da icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. “Həyat yerində durmur” söyləyən cənab İlham Əliyev yeni dövlət proqramının qəbulunu şərtləndirən amilləri diqqətə çatdırdı. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.
Son 20 ildə Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Azad edilmiş ərazilərimizdə qısa zamanda Füzuli və Zəngilan Benəlxalq Hava limanları tikilib istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının istifadəsi isə bu il nəzərdə tutulub.
Bütün bu qeyd etdiklərimiz Azərbaycanın nəqliyyat imkanlarının aydın mənzərəsini yaradır. Hər dövrün öz çağırışları, tələbləri vardır. Bu çağırışlar daim təkmilləşməni, yeniləşməni bir zərurətə çevirir. Diqqət yetirsək ölkəmiz bütün sahələrdə müasir tələblərə uyğun yenilikləri həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda qarşıdakı dövrün hədəfləri və onlara çatmaq üçün əsas mexanizmlər öz əksini tapıb.
Azərbaycanın bu gün nəqliyyat sahəsində dünyada lider dövlətlərdən birinə çevrilməsi təqdir edilir. Ölkəmiz iştirakçısı və təşəbbüsçüsü olduğu nəqliyyat layihələri ilə ölkələr arasında körpü rolunu daha da möhkəmləndirir.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Fevral 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri