Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək Matevosyan
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma var.
Avtosfer.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
Eskspert Azərbaycanın əsas hissəsi ilə eksklavı Naxçıvanı birləşdirəcək dəhlizin üç il ərzində işə düşəcəyini bildirib.
“Ermənistan və Azərbaycanın siyasi bəyanatlarına baxaraq, bunu istəyirsiniz “Tramp yolu”, istəyirsiniz “Zəngəzur dəhlizi”, ya da “Sülh qovşağı” adlandırın, 2028-ci ilin ikinci yarısında dəhlizi işə salmağı planlaşdırırlar. Bu barədə yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də danışıb, Ermənistan Baş naziri Nikol Paşinyan da təxminən eyni tarixi Gürcüstandakı sammitdə qeyd etmişdi. Yəni hazırda həm Ermənistan, həm də Azərbaycanda dəhlizin işə düşmə tarixlərinə dair bir konsensus mövcuddur”, - Matevosyan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















