Icma.az
close
up
RU
Zəngəzur dəhlizi nə zaman işə düşəcək? AÇIQLAMA

Zəngəzur dəhlizi nə zaman işə düşəcək? AÇIQLAMA

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından sonra Zəngəzur dəhlizi ilə bağlı vəziyyət maraq doğurur. Belə ki, çoxdandır gözlənilən kommunikasiyaların nə vaxt açılacağı müzakirə mövzusudur.

Politoloq Oktay Qasımov Bakupost.az -a açıqlamasında bu kontekstdə Zəngəzur dəhlizinin bərpası və yekun sülh müqaviləsinin imzalanması ilə bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb. O bildirib ki, dəhlizin bərpası üçün bir qədər vaxt lazımdır:


“Zəngəzur dəhlizi vaxtilə işlək bir kommunikasiya xətti olub, oradan həm avtomobil, həm də dəmir yolu xətti keçib. Azərbaycan əraziləri işğal olunandan sonra Ermənistanın o zamankı cinayətkar hakimiyyətlərindən olan Serj Sərkisyanın dövründə həm Azərbaycan, həm də Ermənistan ərazilərindəki dəmir yolu relsləri sökülərək satılıb. İndi onun yenidən bərpasına ehtiyac var. Bunun üçün bir neçə mərhələdə proses getməlidir.

İlk mərhələ maddi-texniki əsaslandırma olmalıdır. Yəni, hesablanmalıdır ki, burada nə qədər vəsait tələb olunur. Proseslərə start verilsə, hesab edirəm ki, təxminən 2 ilə yaxın vaxt lazımdır. Gücləndirilmiş rejim olarsa, proses bir qədər tez başa çata bilər”.

Oktay Qasımov Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı da fikirlər səsləndirib. Politoloqun sözlərinə görə, hökmən Ermənistan konstitusiyası dəyişdirilməlidir:

“Yekun sülh müqaviləsi Ermənistanda konstitusiya dəyişikliklərinin həyata keçirilməsindən sonra baş tuta bilər. Əgər Ermənistan 3 ay sonra referendum keçirib konstitusiya dəyişikliklərini həyata keçirsə, Azərbaycan yekun sülhə hazırdır. Azərbaycan Prezidenti özü də müsahibəsində bəyan etdi ki, konstitusiya dəyişiklikləri həyata keçirilən an biz bu sənədi imzalamağa hazırıq.

Bu isə Ermənistandakı siyasi şəraitdən asılı olacaq. Orada hazırda kifayət qədər mürəkkəb proseslər gedir. Eyni zamanda prosesə kənar təsirlərin olacağını da nəzərə almalıyıq. Bu baxımdan düşünürəm ki, Ermənistan parlament seçkilərindən sonra bunu reallaşdıra bilər. Yəni, seçkilərdə Paşinyanın komandası qalib gələcəksə, hakimiyyət davam edəcəksə, o zaman o, konstitusiya dəyişikliklərini həyata keçirmək üçün referenduma gedə bilər. Əks halda fərqli bir mənzərənin şahidi ola bilərik.”

Aysel,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Avqust 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri