Icma.az
close
up
RU
Zəngəzur dəhlizi artıq beynəlxalq layihədir ŞƏRH

Zəngəzur dəhlizi artıq beynəlxalq layihədir ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ, Türkiyə və regional tərəfdaşlar iştirak edir


Vüqar Dadaşov: “Rusiya dəhlizə nəzarət etməyə çalışdı, amma Bakı planı dəyişdi”

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi və Zəngəzur dəhlizi layihəsinə dəstək verib. Lukaşenko ABŞ-ın sabiq Prezidenti Donald Trampı saziş münasibətilə təbrik edərək bildirib ki, Zəngəzur dəhlizi regional nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edəcək və onun qarşısını almaq mümkün deyil: Mən “Zəngəzur dəhlizi”nin nə olduğunu çox yaxşı bilirəm. Sülh sazişləri bu dəhlizin Ermənistan ərazisindən keçərək qurulmasına kömək edəcək. Təbii ki, bu, İrana xoş gəlmir, amma buna heç kim qarşı çıxa bilməz”.

Bu açıqlama, Putinin yaxın müttəfiqi olan Belarus liderinin bölgədəki yeni reallığı qəbul etdiyini və Azərbaycanın təşəbbüslərinin beynəlxalq səviyyədə legitimliyini artırdığını göstərir.Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin demək olar ki, yeganə və ən sadiq müttəfiqidir. Belə bir şəxsin Zəngəzur dəhlizi haqqında açıq şəkildə müsbət fikir bildirməsi və hətta bu layihənin Trampın adı ilə bağlanmasına tolerant yanaşması olduqca mühüm hadisə hesab olunur.

Bu, həm də Moskva ilə sıx siyasi-iqtisadi asılılıq içində olan Belarus liderinin bölgədəki yeni reallığı qəbul etdiyini göstərir. Lukaşenkonun çıxışı Zəngəzur dəhlizinin regional strateji əhəmiyyətini bir daha təsdiqləyir və Azərbaycanın təşəbbüslərinin beynəlxalq miqyasda legitimliyini gücləndirir.

Lukaşenkonun “İrana xoş gəlmir, amma buna heç kim qarşı çıxa bilməz” sözləri Tehranın dəhlizlə bağlı narahatlıqlarını da xatırladır. Lakin Belarus lideri açıq şəkildə bildirib ki, artıq bu prosesin qarşısını almaq qeyri-mümkündür.


Siyasi şərhçi Vüqar Dadaşov  isə  “Şərq”ə açıqlamasında deyib ki,  Rusiya o halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olub ki, dəhlizə məhz özü nəzarət etsin. Dəhlizə nəzarətlə Rusiya nəinki Ermənistanda mövcudluğunu qoruyur, eyni zamanda həm Azərbaycana və həm də Ermənistana daimi təsir, nəticə də isə Cənubi Qafqazda hakimliyini təmin etmiş olurdu: 

“Ancaq, Paşinyan hakimiyəti və erməni cəmiyyəti Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə verilməsinə qarşı oldu. Rusiya da Zəngəzur dəhlizinin, onun nəzdindən kənar açılmasını qəbul etmədi.Rusiya və İranın bu məsələdə sövdələşməsi özünü açıq büruzə verirdi. İranın Zəngəzur dəhlizi ilə bağlı "qırmızı xətt" bəyanatları, hətta birgə hərbi təlimləri Zəngəzur dəhlizinin açılmasını 10 noyabr üçtərəfli Moskva bəyannaməsindən kənar razılaşmalardan çəkindirmək məqsədi daşıyırdı. Söz yox ki, əgər Rusiya Zəngəzur dəhlizinə nəzarəti əla ala bilsəydi, İranın "qırmızı xətti" də yoxa çıxacaqdı baxmayaraq ki, Zəngəzur dəhlizi həm iqtisadi və dövlət maraqları baxımından İranın indiki rejimi üçün uyğun gəlmir. 

Belə bir çətin geosiyasi vəziyyətdə Azərbaycanın məsələyə üçüncü tərəfi cəlb etməsi, şahmat taxtasında "at gedişi"nə bənzər çox uğurlu oldu. ABŞ-ın Zəngəzur dəhlizinə (Tramp yolu) cəlb edilməsi ilə, İran və Rusiyanı ABŞ - la üz-üzə gətirdi. ABŞ prezidenti Trampın Ukraynada Rusiyanın müharibəsinə son vermək istəyi ilə bağlı Rusiyanın dalana dirənməsi, Rusiyanın Zəngəzur dəhlizinə münasibətini dəyişuşməyə məcbur edib. Belorus prezident Lukaşenkonun Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyini tənqid etməsi və dəhlizin açılmasını dəstəkləməsi heç şübhəsiz ki, Rusiyanın və Putinin mövqeyinin səsləndirilməsidir. İrandan Laricaninin Zəngəzur dəhlizinin "təhlükəli olmaya bilər" açıqlaması da İranın geri addımıdır. Bir məsələni də vurğulamaq lazımdır. İran sərhədlərinin təhlükəsizliyi deyəndə, Ermənistan tərəfindən sərhəddə rusların durması nəzərdə tutulur. ABŞ şirkətlərinin Zəngəzur dəhlizinə nəzarəti ilə bərabər, rus sərhədçilərinin İranla sərhəddə durması da mümkün görünür”. 


V. Dadaşov həmçinin qeyd edib ki, Zəngəzurla beynəlxalq yüklərin daşınması, yeni iqtisadi imkanların açılması ilə lahiyələrə start verilib: 

“Türkmənistan milli lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, ardınca Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri, eləcə də Azərbaycan - Türkmənistan - Özbəkistan arasında danışıqlar, Azərbaycandan gəmi alışına dair razılaşmalar Xəzər dənizi üzərindən, yəni, Orta dəhlizlə yüklərin daşınması, enerji daşıyıcıların tranziti məsələləri həll edilir. Zəngəzur dəhlizi artıq regional lahiyə deyil, beynəlxalq statusunu ortaya çıxarır. Türkiyə də Zəngəzur dəhlizin fəaliyyətini təmin etmək məqsədi ilə götürdüyü 2.4 milyard kredit dəyərində lahiyəyə start verib. Yeri gəlmişkən, məhz cənab Ərdoğan ilk olaraq, dəhlizə nəzarətin ABŞ-a verilməsini təklif edib. Rusiyanın Azərbaycana, ümumiyətlə postsovet məkanına iddiasından isə imtinasına heç inam yoxdur. Keçən ay Putin postsovet ölkələrinə müdaxiləni mümkün edən fərman imzaladı. Bu fərmana görə, hər hansı ölkədə rus dilinə qarşı “təhdid və ya diskriminasiya halları” baş verərsə, Moskva bunu müdaxilə üçün əsas sayacaq. Hərçənd ki, Rusiya onsuz da rusdilli əhalinin müdafiəsi adı altında hələ 1992-ci ildən başlayaraq Moldivaya, Gürcüstana, Ukraynaya hərbi müdaxilə edib. Azərbaycanda da həmin o rusdilli məktəblər rus dilini öyrətmir, rus düşüncəli, mahiyyətcə ruslaşmış azərbaycanlıllar (rusdillilər) yetişdirir. Yəni, Rusiya şovinist və imperialist düşüncəsini dəyişmir əksinə, işğalçılıq, imperialist müdaxilə qanuniləşdirilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Avqust 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri