Icma.az
close
up
RU
Zəngəzur dəhlizi gündəmdə: Bişkekdə müzakirə olunan ən ciddi məsələ... Vahid Əhmədov açıqladı

Zəngəzur dəhlizi gündəmdə: Bişkekdə müzakirə olunan ən ciddi məsələ... Vahid Əhmədov açıqladı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci zirvə toplantısı keçirilir. Türk dünyası ilə əlaqələri dərinləşdirmək, türkdilli dövlətlərin maraqlarına və dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyan, mühüm tarixi əhəmiyyətə malik olan bir sammitdir”. 

Bunu sabiq deputat Vahid Əhmədov Moderator.az-a açıqlamasında deyib.

V.Əhmədov qeyd edib ki, bu il Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinin 15-ci  ili tamam olur:

“Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev də  bu mötəbər sammitdə iştirak edir. Tarixi ənənələrə dayanan, ildən ilə daha da güclənən təşkilat ötən dövr ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına mühüm töhfə vermişdir. Hazırda Türk Dövlətləri Təşkilatı (TDT)  qardaş türk xalqlarının qürurla öz maraq və dəyərlərini birgə bölüşdüyü səmərəli əməkdaşlıq platformasına çevrilmişdir. Bu təşkilatda bir sıra ciddi, həm siyasi, həm iqtisadi məsələlər müzakirə olunub. Xüsusilə son vaxtlar Azərbaycan - Ermənistan arasında sülhün təmin edilməsi və münasibətlərin normallaşdırılması səylərinin dəstəklənməsi də bu təşkilatda müzakirə olunur və yəqin ki, bu dəfə də müzakirə olunacaq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Orta Dəhlizin potensialından maksimum istifadə, Zəngəzur dəhlizinin açılması kimi məsələlər də gündəlikdə olan məsələlərdən biridir”.

Sabiq deputat hesab edir ki, Qırğızıstanda keçirilən zirvə görüşü, Türk Dövlətləri Təşkilatının mövqelərini daha da gücləndirəcək:

“Bu təşklatda əlaqələrin gücləndirilməsində Azərbaycanın xüsusi rolu var. Cənab İlham Əliyevin bildirdiyi kimi, Türk Dövlətləri Təşkilatının potensialını açmaq və bu platformanı qlobal miqyasda güc mərkəzinə çevirmək məsuliyyəti məhz türk dövlətlərinin üzərinə düşür. Bu, çox ciddi bir mesajdır. Bu, ölkəmizin mühüm önəm verdiyi istiqamətlərdən biridir. Cənab Prezidentin 2024-cü  il fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı dediyi kimi, bizim üçün Türk Dövlətləri Təşkilatı əsas beynəlxalq təşkilatdır: “Çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır”- , deməsi bir daha onu göstərir ki, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev bu təşkilatın inkişafına, burada iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə nə qədər böyük əhəmiyyət verir”.

V. Əhmədov vurğulayır ki,  Türk Dövlətləri Təşkilatında (TDT)  müzakirə olunan ən ciddi məsələlərdən biri də dövlətlərin təhlükəsizliyidir:

 “Hazırda dünyada baş verən bir sıra qlobal müharibələr onu deməyə əsas verir ki, bu dövlətlərin tərkibində olan dövlətlərdə təhlükəsizliyini təmin etmək problemi hələlik var və bu məsələ ətrafında da müəyyən müzakirələr aparılmaqdadır. Xalqımız  böyük Türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, həm sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan türk dövlətləri ilə əlaqələrin ən yüksək formada inkişaf etdirilməsində maraqlıdır. Türk Dövlətlər Təşkilatına üzv olan dövlətlər arasında yaxın dostluq və qardaşlıq əlaqələr olması təşkilatın gələcək inkişafına böyük təsir göstərəcəkdir. Bişkekdə keçirilən zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq, əlaqələrinin daha da gücləndirilməsi həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaqdır. Türk Dövlətləri Təşkilatının genişlənməsi  təşkilata üzv olmayan dövlətlərin maraq göstərməsinə səbəb olub. Bu təşkilatın həm  iqtisadi platformasının geniş olması, ümumi daxili məhsulda çox mühüm rolunun olması, təxminən dünya iqtisadiyyatının 30 %-ə qədəri bu dövlətlərin payına düşməsi təşkilatın daha da genişlənməsinə, yeni dövlətlərin də  təşkilata daxil olmasına şərait yaradacaqdır”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri