Icma.az
close
up
RU
Zəngəzur dəhlizi gündəmdə: Bişkekdə müzakirə olunan ən ciddi məsələ... Vahid Əhmədov açıqladı

Zəngəzur dəhlizi gündəmdə: Bişkekdə müzakirə olunan ən ciddi məsələ... Vahid Əhmədov açıqladı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci zirvə toplantısı keçirilir.Türk Dövlətləri Təşkilatı (TDT) Türk dünyası ilə əlaqələri dərinləşdirmək, türkdilli dövlətlərin maraqlarına və dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyan, mühüm tarixi əhəmiyyətə malik olan bir sammitdir”. 
Bunu sabiq deputat Vahid Əhmədov Moderator.az-a açıqlamasında deyib.
V.Əhmədov qeyd edib ki, bu il Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinin 15-ci  ili tamam olur:
“Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev də  bu mötəbər sammitdə iştirak edir. Tarixi ənənələrə dayanan, ildən ilə daha da güclənən təşkilat ötən dövr ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına mühüm töhfə vermişdir. Hazırda Türk Dövlətləri Təşkilatı (TDT)  qardaş türk xalqlarının qürurla öz maraq və dəyərlərini birgə bölüşdüyü səmərəli əməkdaşlıq platformasına çevrilmişdir. Bu təşkilatda bir sıra ciddi, həm siyasi, həm iqtisadi məsələlər müzakirə olunub. Xüsusilə son vaxtlar Azərbaycan - Ermənistan arasında sülhün təmin edilməsi və münasibətlərin normallaşdırılması səylərinin dəstəklənməsi də bu təşkilatda müzakirə olunur və yəqin ki, bu dəfə də müzakirə olunacaq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Orta Dəhlizin potensialından maksimum istifadə, Zəngəzur dəhlizinin açılması kimi məsələlər də gündəlikdə olan məsələlərdən biridir”.
Sabiq deputat hesab edir ki, Qırğızıstanda keçirilən zirvə görüşü, Türk Dövlətləri Təşkilatının mövqelərini daha da gücləndirəcək:
“Bu təşklatda əlaqələrin gücləndirilməsində Azərbaycanın xüsusi rolu var. Cənab İlham Əliyevin bildirdiyi kimi, Türk Dövlətləri Təşkilatının potensialını açmaq və bu platformanı qlobal miqyasda güc mərkəzinə çevirmək məsuliyyəti məhz türk dövlətlərinin üzərinə düşür. Bu, çox ciddi bir mesajdır. Bu, ölkəmizin mühüm önəm verdiyi istiqamətlərdən biridir. Cənab Prezidentin 2024-cü  il fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı dediyi kimi, bizim üçün Türk Dövlətləri Təşkilatı əsas beynəlxalq təşkilatdır: “Çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır”- , deməsi bir daha onu göstərir ki, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev bu təşkilatın inkişafına, burada iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə nə qədər böyük əhəmiyyət verir”.
V. Əhmədov vurğulayır ki,  Türk Dövlətləri Təşkilatında (TDT)  müzakirə olunan ən ciddi məsələlərdən biri də dövlətlərin təhlükəsizliyidir:
“Hazırda dünyada baş verən bir sıra qlobal müharibələr onu deməyə əsas verir ki, bu dövlətlərin tərkibində olan dövlətlərdə təhlükəsizliyini təmin etmək problemi hələlik var və bu məsələ ətrafında da müəyyən müzakirələr aparılmaqdadır. Xalqımız  böyük Türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, həm sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan türk dövlətləri ilə əlaqələrin ən yüksək formada inkişaf etdirilməsində maraqlıdır. Türk Dövlətlər Təşkilatına üzv olan dövlətlər arasında yaxın dostluq və qardaşlıq əlaqələr olması təşkilatın gələcək inkişafına böyük təsir göstərəcəkdir. Bişkekdə keçirilən zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaqdır. Türk Dövlətləri Təşkilatının genişlənməsi  təşkilata üzv olmayan dövlətlərin maraq göstərməsinə səbəb olub. Bu təşkilatın həm  iqtisadi platformasının geniş olması, ümumi daxili məhsulda çox mühüm rolunun olması, təxminən dünya iqtisadiyyatının 30 %-ə qədəri bu dövlətlərin payına düşməsi təşkilatın daha da genişlənməsinə, yeni dövlətlərin də  təşkilata daxil olmasına şərait yaradacaqdır”.
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri