Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ Hərəkətə keçilir

Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ Hərəkətə keçilir

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Azərbaycan və ABŞ nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən son görüşlər regional nəqliyyat-kommunikasiya xəttlərinin açılması, xüsusilə də TRIPP marşrutunun həyata keçirilməsi istiqamətində yeni və mühüm mərhələnin başlandığını göstərir.
Tərəflər arasında aparılan müzakirələrdə təkcə siyasi niyyətlər deyil, həm də marşrut boyunca zəruri infrastrukturun qurulması, eləcə də bu layihəyə nəzarət edəcək xüsusi idarəetmə şirkətinin yaradılması məsələləri ətraflı şəkildə nəzərdən keçirilib. Bununla paralel olaraq, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində atılacaq addımlar da diqqət mərkəzində olub. Tərəflər həmçinin əvvəllər Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin nəticələrini və Azərbaycan-ABŞ strateji tərəfdaşlığının gələcək perspektivlərini geniş şəkildə müzakirə ediblər.

ABŞ və Azərbaycan arasında TRIPP marşrutunun reallaşdırılması istiqamətində danışıqların bu cür intensivləşməsi layihənin artıq sadə siyasi bəyanatlar mərhələsindən çıxaraq real praktiki icra prosesinəqədər yaxınlaşdığını açıq şəkildə nümayiş etdirir. Xüsusilə marşrut üzrə idarəetmə şirkətinin təsis edilməsi və infrastrukturun formalaşdırılması mexanizmlərinin masaya yatırılması təşəbbüsun institusional əsaslarının qısa müddətdə qurulacağını göstərir. TRIPP layihəsinin praktiki olaraq həyata keçirilməsi və nəqliyyat dəhlizinin tam işlək vəziyyətə gətirilməsi üçün tərəflərin yaxın dövrdə hüquqi, texniki və təhlükəsizlik təminatları ilə bağlı yekun razılaşmaları tamamlaması gözlənilir.

Məsələ ilə bağlı açıqlama verən tanınmış politoloq, professor Qabil Hüseynli bildirib ki, Bakı ilə Vaşinqton arasında bu istiqamətdə aparılan intensiv müzakirələr Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması prosesinin yeni mərhələyə qədəm qoyduğunu göstərir və TRIPP marşrutu regionun geosiyasi mənzərəsini kökündən dəyişmək potensialına malikdir:

"Azərbaycan və ABŞ nümayəndələrinin TRIPP marşrutunun reallaşdırılması, infrastrukturun qurulması və idarəetmə şirkətinin yaradılması ətrafında müzakirələr aparması onu göstərir ki, layihə artıq kağız üzərindən çıxaraq praktiki icra mərhələsinə keçir. Bu proses həm də Azərbaycan-Ermənistan sülh gündəliyinin tərkib hissəsi kimi regionda iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir. İdarəetmə şirkətinin təsis olunması isə marşrutun təhlükəsiz və beynəlxalq standartlara uyğun şəkildə idarə edilməsini təmin edəcək əsas mexanizmlərdən biri olacaq"./nocomment.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri