Vaşinqton Zəngəzur dəhlizi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
ABŞ-ın mühəndislik və konsaltinq şirkəti AECOM-un nümayəndələri TRIPP layihəsinin icrası çərçivəsində ərazini öyrənmək məqsədilə yenidən Ermənistana səfər ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.
Məlumata görə, AECOM mütəxəssisləri Ermənistan hökumətinin nümayəndələri ilə birlikdə dəmir yolu və digər nəqliyyat infrastrukturunun inkişafının planlaşdırıldığı ərazilərdə yerində baxış keçiriblər.
Səfirliyin paylaşımında bildirilir ki, məqsəd iqtisadi artımın təşviqi, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və regional inteqrasiyanın gücləndirilməsi üçün TRIPP layihəsi çərçivəsində dəmir yolu və digər infrastrukturun inkişaf imkanlarını qiymətləndirməkdir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 10 İyul 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















