Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı yenilik: Bu halda məqbul sayıla bilər!

Zəngəzur dəhlizi ilə bağlı yenilik: Bu halda məqbul sayıla bilər!

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması yeni mövzu deyil.

Nazir bildirib ki, 2020-ci il Üçtərəfli Bəyanatda buna dair xüsusi bənd mövcuddur: “Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarımlıq müzakirələrdən sonra “razılıq əldə olunub” sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi. Hələ bununla bağlı rəsmi sənəd yoxdursa, Ermənistan bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli, hələ də açıq məsələlər mövcuddur. Azərbaycan ərazisində isə nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işlər sürətlə gedir və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırılacaq”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə regional kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini də qeyd edib. O bildirib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üzrə qarşılıqlı məqbul həll yoluna yaxındır.

Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Zəngəzur dəhlizi açılmalıdır:

Əhəd Məmmədli

“Ən pis halda dəhliz açılmalı, Rusiya hərbiçiləri dəhlizin təhlükəsizliyinə nəzarət etməlidir. Bu 10 noyabr bəyanatında qeyd olunub. Bu ən pis halda bizim üçün məqbul variant ola bilər.

Ermənistan həmin əraziyə nəzarət etsə, bu problemləri həll etmədiyi kimi gec-tez yenidən gərginliyin yaranmasına səbəb olacaq. Digər tərəfdən bu 10 noyabr bəyanatına da zidd olacaq. Belə olan təqdirdə hansısa bir dəhlizdən ya da sərbəst keçiddən danışmaq olmaz.
Heç bir Azərbaycan vətəndaşı Ermənistana, ermənilərə güvənib bu yoldan istifadə etməyəcək. Onların təhlükəsizliyinə ciddi problem yarana bilər. Ən məqbul razılıq 10 noyabr bəyanatında göstərildiyi kimidir. Paşinyan bunu nəzərdə tutarsa rəsmi Bakı buna uyğun addım ata bilər. Yox əgər Ermənistan istədiyi kimi olacaqsa bu bizim maraqlarımıza uyğun deyil”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see232

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see220

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see219

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see218

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see181

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see164

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see161

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see144

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see139

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see130

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see129

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see128

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see125

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see123

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri