Icma.az
close
up
RU
Zəngəzur dəhlizi (TRIPP) ləngiyə bilər?

Zəngəzur dəhlizi (TRIPP) ləngiyə bilər?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dəhliz qlobal iqtisadi münasibətlər sisteminə yeni nəfəs vəd edir

Cənubi Qafqazda reallaşdırdığımız sülh prosesinin və sabitliyin əsas təməl daşlarından sayılan Zəngəzur dəhlizi (TRIPP) qlobal iqtisadi əlaqələr sisteminin ən yeni amili kimi günü-gündən böyük marağa səbəb olur. Kontent olaraq Şərq ilə Qərbi birləşdirəcək, amma mahiyyət olaraq 4 cəhətli qlobal qovşaq sayılacaq bu dəhliz yeni dövrün iqtisadi atlasını formalaşdırır. Bakının ideya müəllifliyi ilə ərsəyə gələn layihə ötən ilin avqustunda Vaşinqtonda özünün beynəlxalq təsdiqini tapdı. Hətta ABŞ yolun bərpası və yenilənməsi üçün maliyyə dəstəyini də ifadə edib - ötən ilin payızında Vaşinqton TRIPP layihəsinin həyata keçirilməsi üçün Ermənistana 145 milyon dollar yardım ayırmaq niyyətində olduğunu bildirib. Bu ilkin tranş prosesin uğurla irəlilələməsi üçün həm maddi stimul, həm də siyasi dəstəkdir.

Amma son baş verənlər, xüsusilə Yaxın Şərqdə davam edən müharibə Zəngəzur dəhlizi (TRIPP) layihəsi ilə də bağlı müəyyən fərqli fikirlərin meydana çıxmasına səbəb olub. Dəhlizin keçəcəyi coğrafiyaya yaxın regionda gedən münaqişənin və digər proseslərin nəticəsinin təsir imkanları araşdırılır.

Bir çox siyasətçilər ABŞ administrasiyasının müharibə dövründə dəhlizlə bağlı hər hansı bir anons və ya fikir bildirməməsini əsas götürərək hətta Vaşinqtonun “taym aut” götürdüyü fikrinə də duşur. Başqa sözlə, Tramp administrasiyasının sükuta qərq olması dəhliz ətrafında da bir çox suallar yaradıb. Hətta Qərb politoloqları prosesin inkişaf tempinin fərqli ssenarilər üzrə inkişaf etmək ehtimalını irəli sürürlər.

Müharibənin sonu, inkişafın başlanğıcı...

Sirr deyil ki, hələ dəhlizlə bağlı müzakirələrin başladığı dövrdə İran bu dəhlizi “qırmızı xətt” adlandırır, reallaşmasının mümkünsüzlüyünü önə çəkirdi. İran bunu özünün geoiqtisadi və təhlükəsizlik maraqları ilə əsaslandırırdı. Guya, bu dəhliz reallaşarsa, İranın Ermənistan üzərindən Avropaya çıxış imkanları zəifləyə və regiondakı tranzit üstünlüyü azala bilərdi. Sonradan ölkədə müəyyən siyasi dəyişikliklərin baş verməsi (Pezeşkianın prezident seçilməsi) Tehranın məsələyə baxışına da təsir göstərdi - artıq “qırmızı xətt” anlayışı aradan qalxmış, dəhlizə münasibət “nəqəliyyat logistik keçid” statusu qazanmışdı. Amma nəzərə alınmalıdır ki, bu müharibədən öncə idi. İndiki halda, müharibənin nəticəsi üzərindən yanaşsaq, mövqenin necə olacağını tam proqnozlaşdırmaq mümkün deyil. Müharibənin nəticəsi olaraq meydana çıxa biləcək ilkin ssenari Tehranın regional təsir imkanlarının zəifləməsi ola bilər. İndiki halda halda İran əsas diqqətini daha cənuba - əsas ticari rəqabət apardığı Körfəz ərazisinə transformasiya edə bilər. Bu isə Cənubi Qafqaz istiqamətində mümkün  müdaxilə imkanlarını məhdudlaşdıra bilər. Analitiklər qeyd edir ki, belə vəziyyətdə Tehran əvvəlki “qırmızı xətt”lərini daha da yumşaltmaq məcburiyyətində qala bilər. Bu ssenari Azərbaycanın və Türkiyənin strateji təşəbbüslərini sürətləndirməsinə şərait yaradar. Ermənistan isə böyük güclərin balans siyasətindən daha çox asılı vəziyyətə düşər. ABŞ və Qərb aktorları da regionda yeni kommunikasiya xətlərinin açılmasını dəstəkləyərək İranın təsirini balanslaşdırmağa çalışa bilər. Nəticə etibarilə, analitiklər İranın müharibədən sonrakı dövrdə təbii olaraq başının daxili bərpaya qarışmasını Zəngəzur dəhlizinin (TRIPP) diplomatik və ya “yumşaq güc” vasitələri ilə reallaşması üçün nadir fürsət pəncərəsi kimi dəyərləndirir.

Uzunmüddətli eskalasiyanın təsiri

Qərb politoloqları ikinci ssenarini eskalasiyasiyanın uzunmüddətli olması proqnozu üzərindən dəyərləndlirirlər. Belə ki, müharibənin coğrafiyasının genişlənməsi, ətrafdakı böyük iqtisadi-siyasi mərkəzlərin də müharibəyə cəlbi Zəngəzur dəhlizi məsələsini (TRIPP) lokal layihədən çıxaraq böyük güclərin qarşıdurma platformasına da çevrilə bilər. Sirr deyil ki, ABŞ-ın “xeyir-duası” ilə beynəlxalq təsdiqini əldə etmiş bu dəhliz həm Avropanın, həm də digər böyük güclərin diqqətindədir. Hətta müəyyən bir dövrdə bu istiqamətdə “səssiz mübarizə”nin getdiyi də qeyd olunur. Eskalasiyanın genişlənməsi isə həm Zəngəzur dəhlizini (TRIPP), həm də yeni ticari konfiqurasiyanı gecikdirə bilər - yaranmasına manne olmaz, yalnız gecikdirə bilər. Çünki Zəngəzur dəhlizi (TRIPP) yeni gələcək üçün “biletdir”. Və heç bir dövlət də bu bileti asanlıqla “qaytarmaq” niyyətində olmayacaq

Bu proses əksinə də inkişaf edə bilər - yəni, ABŞ dəhlizə qarşı təhlükə hiss edəcəyi anda prosesi  tələsdirməyə niyyətlənə bilər. Bu isə nəticə etibarı ilə Şərq-Qərb kontentinin aparıcı xətti sayılacaq dəhlizin daha tez reallaşmasına yol aça bilər. Təbii ki, burada sülh amili də öz işini görəcək - ən yaxın zamanda Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh dəhlizin açılması üçün ən real stimul sayılacaq. 

Sabitlik üçün nəticə....

Nəhayət, prosesin uzunmüddətli “dalan və dondurulmuş proses” halına düşməsi ssenarisi - siyasi şərhçilərin düşüncəsinə görə, Zəngəzur dəhlizi üçün ən real “ləngimə təhlükəsi”məhz bu ssenaridir. Yaxın Şərqdə baş verənlərin fonunda  proses qeyri-müəyyən nəticəli olarsa, Zəngəzur dəhlizi (TRIPP) də uzun müddət dalana dirənə bilər.

Bu ssenari artıq müəyyən mənada mövcud reallığın davamı kimi qiymətləndirilə bilər. Analitik yanaşmalara görə, tərəflər arasında razılıq əldə olunmadıqda proses uzanır və “nə müharibə, nə sülh” vəziyyəti yaranır (biz 30 il ərzində bunu real olaraq yaşamışıq). İranın da məhz ABŞ ilə masa mübarizəsində diplomatik üstünlük əldə etmək üçün dəhliz amilindən istifadə etməsi mümkün olar. Bu ssenarinin əsas xüsusiyyəti qeyri-müəyyənlikdir. Dəhliz nə tam reallaşır, nə də gündəmdən çıxır. Eyni zamanda, regionda iqtisadi əməkdaşlıq potensialı istifadə olunmadan dondurulma təhlükəsi yaşayır.

Konsensus və “geoiqtisadi transformasiya”: ən optimal ssenari...

Siyasət adamları ən optimist ssenari kimi ABŞ-İran qarşıdurmasının müəyyən mərhələdən sonra diplomatik kanallarla yumşalması və böyük güclər arasında yeni balansın formalaşmasını gözdən keçirir. Bu halda Zəngəzur dəhlizi (TRIPP) daha genişmiqyaslı regional əməkdaşlıq layihəsinə çevrilə bilər. Belə yanaşmada dəhliz yalnız Azərbaycan və Türkiyə, eləcə də Ermənistan üçün deyil, hətta İran üçün iqtisadi dividendlər vəd edən layihə kimi təqdim olunur. Məlumatlara görə, bu dəhliz gələcəkdə böyük ticarət dövriyyəsi yarada bilər və region ölkələrinə ciddi iqtisadi fayda gətirə bilər. Ermənistan üçün bu layihə iqtisadi təcriddən çıxış imkanı yarada bilər, İran isə alternativ marşrutlar və paralel layihələr vasitəsilə öz maraqlarını qoruya bilər. Bu ssenaridə əsas şərt təhlükəsizlik zəmanətləri, beynəlxalq nəzarət mexanizmləri və tərəflər arasında qarşılıqlı etimadın formalaşmasıdır. Nəticədə, Zəngəzur dəhlizi (TRIPP) geniş geoiqtisadi inteqrasiya platformasına çevrilə bilər. Bu isə Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün əsasdır.

Ermənistan seçkiləri - revanşist mövqenin yaratdığı təhlükə

Dəhlizlə bağlı mühüm bir ssenari isə Ermənistanla bağlıdır. Bu ölkədə baş tutacaq parlament seçkilərinin nəticəsi də dəhlizlə bağlı müəyyən gecikmə formalaşdıra bilər. Bəlli olduğu kimi, hazırkı iqtidar, baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin (TRIPP) açılmasına isti yanaşır. Vaşinqton sənədlərinə imza atmaqla Paşinyan özünün mövqeyini açıq şəkildə ortaya qoyub. Amma onun rəqibi olan digər şəxslərin fərqli güc mərkəzlərinin nəzarətində olmasını göz önünə gətirsək, vəziyyətin dəyişmə ehtimalı da yarana bilər. Daha çox revanşist mahiyyətə malik olan və digər siyasi mərkəzlərin direktviləri əsasında hərəkət edən bu namizədlərin prosesə mənfi yön vermə ehtimvlı da mümkündür.

Real birləşdirici mexanizm...

Azərbaycanın hər bir halda mövqeyi bəlli və dəyişməzdir - Zəngəzur dəhlizi (TRIPP) mütləq açılacaq. Çünki bu dəhliz iqtisadi dividensiya ilə yanaşı həm də bizim üçün mühüm nəqliyyat  bağlantı imkanıdır. Azərbaycan məhz bu dəhliz üzərindən Naxçıvan ilə əlaqəlsini quracaq. Nəticə etibarı ilə, Zəngəzur dəhlizi Azərbaycan üçün milli maraqların təminatı, region üçün sabitlik və inkişaf, dünya üçün isə yeni ticari yol deməkdir. Bu dəhliz həm iqtisadi, həm siyasi, həm də geostrateji baxımdan Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən əsas layihədir. Azərbaycanın qətiyyətli siyasəti nəticəsində reallaşan bu təşəbbüs Türk dünyasını birləşdirməklə, regionun qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirməklə yanaşı, beynəlxalq əməkdaşlığa yeni nəfəs gətirəcək....

P.İSMAYILOV 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Aprel 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see302

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see300

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see287

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see240

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see237

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see235

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see231

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see214

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see201

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see191

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see187

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see180

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see180

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see178

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see169

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see167

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see166

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see162

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see155

Ukraynada F 16 qəzaya uğrayıb

30 İyul 2026 05:45see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri