Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə Naxçıvanın tarixi izolyasiyası bitəcək Fuad Nəcəfli

Zəngəzur dəhlizi ilə Naxçıvanın tarixi izolyasiyası bitəcək Fuad Nəcəfli

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gerçəkləşdiməyə xidmət edəcək.

Modern.az xəbər verir k, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi açıldıqda Naxçıvanın tarixi izolyasiyası bitəcək, muxtar respublika təkcə ölkəmizin deyil, bütövlükdə regionun iqtisadi yüksəlişində aparıcı rol oynayacaq:
"İllərlə davam edən gərginlik və blokadadan sonra Azərbaycanın əsas hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun işə düşməsi Naxçıvan Muxtar Respublikası üçün yeni imkanların qapısını açır. Yeni yollar, dəmiryolları, enerji xətləri və rəqəmsal bağlantının qurulması ilə Naxçıvan logistika mərkəzinə çevrilir. Bu həm də ticarət və turizm imkanlarının artmasına, yerli istehsalın ixrac potensialının güclənməsinə səbəb olacaq". 

Vurğulanıb ki, Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gercəkləşdiməyə xidmət edəcək. Açılacaq yollar ticarətin həcmini artıracaq, enerji və rəqəmsal kommunikasiya imkanlarını genişləndirəcək:

"Eyni zamanda Zəngəzur dəhlizi təkcə kommunikasiya xətti deyil – o, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcı olub bütövlükdə regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyətə malikdir. 

Zəngəzur və Naxçıvan məsələsi ilə yanaşı, ölkəmizin inkişaf gündəliyində bir sıra prioritet istiqamətlər də var. Bütün respublikada olduğu kimi, Naxçıvan üçün də rəqəmsal və şəffaf idarəçiliyin, yəni korrupsiyasız, vətəndaşa xidmət edən dövlət sisteminin inkişaf etdirilməsi, sosial rifah və məşğulluğun artırılıması, xüsusilə gənclərin dəstəklənməsi və yeni iş yerlərinin açılması, eləcə də ekoloji təhlükəsizlik sahəsində – su resurslarının qorunması, yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində fəaliyyət xüsusi önəm kəsb edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri