Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Fuad Nəcəfli Naxçıvanın kadr bazasını necə dağıtdı? ARAŞDIRMA

Fuad Nəcəfli Naxçıvanın kadr bazasını necə dağıtdı? ARAŞDIRMA

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına verdiyi son müsahibədə həm kadr siyasəti, həm də Naxçıvandakı səlahiyyətli nümayəndəlik institutu ilə bağlı aydın fikirləri ictimaiyyətin diqqətini cəlb edən əsas məqamlardan biri kimi gündəmdə qalmaqdadır. Prezident İlham Əliyev qeyd edib ki, idarəetmədə əsas məsələ kadr keyfiyyətidir və bu, struktur islahatlarından da vacibdir. Dövlət başçısı açıqlayıb ki, oraya təyin etdiyi şəxs – Fuad Nəcəfli etimadı doğrultmayıb və buna görə vəzifəsindən azad edilib. Bu, Prezidentin kadr siyasətində keyfiyyətə verdiyi önəmi bir daha göstərir; yalnız təyinat yox, nəticələrin vacibliyi ön plana çıxır. Prezidentin fikrincə:

“Struktur islahatları önəmlidir, lakin keyfiyyətli və etibarlı kadrlar olmadan idarəetmədə uğur əldə etmək mümkün deyil.”

Prezidentin bu fikri həm də böyük mütəfəkkir Konfutsinin:

“Dövləti ayaqda saxlayan qanunlar deyil, düzgün seçilmiş insanlardır”,
digər görkəmli mütəfəkkir Platonun:
“Dövləti idarə edənlər müdrik deyilsə, qanunlar da səssiz qalacaq”-müdrikliyinin yeni dönəmdə ifadəsidir; yəni lider və kadr keyfiyyətinin sistemdən üstünlüyünün, idarəetmədə insan faktorunun əsas amil olduğunun təsdiqlənməsi.

Zaman göstərdi ki...

Təbii ki, məqsədimiz məsələyə fəlsəfi yanaşmaları genişləndirmək yox, elə Naxçıvan kontekstində yanaşmaqdır. Çünki Fuad NəcəfliNaxçıvanda işlədiyi 3 ilə yaxın dönəmdə təkcə yararlı kadr kimi özünü təsdiq edə bilməməsi ilə deyil, həm də muxtar respublikanın formalaşmış yerli idarəçi kadr bazasını tamamilə darmadağın etməsi ilə qədim diyara ciddi zərbə vurub. Bu səbəbdəndir ki, 3 ilə yaxındır bir çox nazirlik, komitə, idarə və icra hakimiyyətləri rəhbərsiz qalıb. Bu barədə bir qədər sonra konkret faktlarla danışacağıq.

Əvvəlcə onu vurğulayaq ki, Naxçıvanda idarəçiliyə müstəqillik illərində cəlb edilənlərin böyük əksəriyyəti aztəminatlı, əsasən kənd yerlərində doğulub böyümüş, ali məktəbi yüksək nəticələrlə bitirən və pillə-pillə aşağı işdən ən yuxarı vəzifəyədək yüksələnlər idi. Lakin Nəcəfli şəxsi maddi və mənəvi maraqlarını təmin etmək üçün onları bir-bir sıradan çıxarmaqla idarəetmə sistemini tamamilə iflic hala saldı. Yerlərinə isə ya kadr tapa bilmədi, tapıb qoyduqları isə əksər hallarda işi və idarəçiliyi yarıda bilmədi. Bəzən də öz dost-tanışını, məsələn, PA-nın sabiq şöbə müdiri Əli Həsənovun qardaşı oğlu Anar Həsənovu – öz kirvəsini – gətirib Ali Məclisdə qeyri-rəsmi statusda vəzifəyə təyin edərək muxtar respublikanın idarəçiliyinə cəlb etdi. Və elə bu kimi bəlli səbəblər üzündən özü heç bir uğur qazana bilmədiyinə görə, uğursuzluqların səbəbini köhnə komandada axtardı. Halbuki, sözügedən kadrların hər biri şəxslərin yox, sırf dövlətin kadrları kimi yetişib formalaşmışdılar və kifayət qədər təcrübəyə malik idilər. Nəcəflinin onlara yanaşması isə əsasən belə idi: “Sabotajçılar”, “oğru komandanın üzvləri”, “korrupsionerlər” və sair. Zaman isə çox az bir mərhələdə göstərdi ki, elə bu sözlərin ən sərt forması elə onun özünə – Nəcəfliyə xasdır.

İndi isə keçək konkret nümunələrə

Anar İbrahimovu ölkədə çox az adam olar ki, tanımasın. Son vəzifəsi Naxçıvan Ali Məclisi sədrinin müavini olub (hazırda gənc, enerjili və ən faydalı vaxtında işsiz qalıb). Bu vəzifəyə qədər YAP Muxtar Respublika təşkilatında uzun illər icra katibi, Naxçıvan Həmkarlar İttifaqının sədri olub. Avropa Şurasının “Yerli və Regional Hakimiyyətlər Konqresi”ndə (Congress of Local and Regional Authorities of the Council of Europe) Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib, Ali Məclisin deputatı kimi zəngin ictimai fəaliyyətə malikdir. Kifayət qədər savadlı, təcrübəli və hər kəsin dərin hörmət bəslədiyi şəxsdir. Nəcəflinin qanunsuz tapşırıqlarını icra etmədiyi, əsası olmayan hüquqi sənədləri imzalamadığı, qətiyyət və dövlətçi yanaşma göstərdiyi üçün ilk “sabotajçı”lardan biri kimi vəzifəsindən uzaqlaşdırıldı…

Həmin dönəmdə işini itirənlərdən biri də Bəxtiyar İsmayılovdur. Şahbuz icra hakimiyyətində, Naxçıvan Ali Məclisində müxtəlif vəzifələrdə çalışan B. İsmayılov uzun illər Standartlaşdırma, Metriologiya və Patent üzrə Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə rəhbərlik edib. F.Nəcəflinin təyinatı zamanı isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri idi. Yenilikçiliyə açıq, pragmatik düşüncəli, xüsusən sosial-iqtisadi sahələr üzrə yaxşı biliyi, təcrübəsi və idarəçiliyi olan kadr kimi tanınsa da, Naxçıvanın ümumi idarəçiliyindən kənarda qaldı. Halbuki, muxtar respublikada peşəkar, enerjili iqtisadçı kadr və idarəçilərə bu gün ciddi ehtiyac duyulur.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Mirsənani Seyidovun və sabiq Təhsil Naziri Rəhman Məmmədovun vəziyyəti isə bir az fərqlidir. Nəcəfli Naxçıvana gəldiyi ilk gündən hər iki dövlət məmurunu açıq təhdid və şantaj edir, onları tutdurmaqla, həbslə hədələyirdi(!). Başa düşmək olmurdu ki, o nümayəndədir, yoxsa məhlə qoçusu?! Elə buna görə də “əsaslı” səbəblər tapana qədər 2-3 ay ərzində 3 dəfə icra hakimiyyətinə, bir neçə dəfə isə Təhsil Nazirliyinə maliyyə-audit yoxlaması göndərdi. Sonrası da məlumdur: birinin üzərinə beşini də qoyub aid orqanlara səhifə-səhifə təqdimatlar göndərdi, onlara qara yaxıb ictimai nüfuzlarına xələl gətirmək üçün hər şeyi etdi. Hətta, rəhbər şəxslərin müavinlərindən, qurumun əməkdaşlarından təzyiq yolu ilə o vəzifəli şəxslərin əleyhinə yüzlərlə əsassız şikayət ərizələri, arayışlar alındı. Nəticədə, Satınalmalar üzrə Dövlət Agentliyində direktor, Naxçıvan Ali Məclisində şöbə müdiri, Naxçıvanın Nəqliyyat naziri, Naxçıvan şəhər icra hakimiyyətinin başçısı kimi məsul vəzifələrdə gənc yaşlarından səmərəli fəaliyyət göstərən Mirsənani Seyidov, eləcə də Naxçıvan Dövlət Sosial Müdafiə Fondunda aparat rəhbəri, Naxçıvan Ali Məclisində Humanitar şöbənin müdiri, Naxçıvanın Təhsil naziri təcrübəsinə malik Rəhman Məmmədov da sıradan çıxarıldı.

Sahibkarlardan 50 min tələbi

Sabiq Mədəniyyət naziri Natəvan Qədimova da eyni aqibətlə üzləşdi. Nəcəfli Mədəniyyət Nazirliyinin hesabından öz yaxın dostu, türk iş adamı Əli Oğuzun şəxsi bank hesabına Naxçıvanda tədbirlərin keçirilməsi adı altında tendersiz, qanunsuz və qaydasız 5 milyon (!) manat pulun köçürülməsi ilə əlaqədar dəfələrlə N. Qədimovaya təzyiq etsə də buna nail ola bilmədi. Mədəniyyət naziri qəti imtina etdiyinə görə işdən azad edildi. Bu vəsait başqa yolla sözügedən şəxsin hesabına köçürüldü. N. Qədimovanın sözlərinə görə, Nəcəfli ondan həm də Novruz bayramı tədbirlərinin təşkili üçün Naxçıvan sahibkarlarının hərəsindən 50 min manat yığmağı tələb etsə də rədd cavabı alıb.

Təəssüf ki, Qədimovanın göstərdiyi cəsarəti “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərov göstərə bilmədi. O, Nəcəflinin istisinə qızına bilməyib, el dili ilə desək, tüstüsünə kor olanlardandır. Belə ki, Naxçıvanın yol inşaatı və mühəndisliyi sahəsində gənc və peşəkar kadrlarından olan Əsgərov səlahiyyətli nümayəndənin qanunsuz tapşırıqlarını icra etməsi ilə yadda qaldı: tendersiz, sənədsiz, sübutsuz milyonlarla manat dövlət vəsaiti büdcədən kənarlaşdırıldı. Elə bu səbəblərə görə sabiq sədr Nəcəflinin qurbanı kimi hazırda həbsdədir. Ədalətli yanaşsaq, bütün bu əməllərdən sonra Bəhruz Əsgərov yox, Fuad Nəcəfli həbs həyatı yaşamalıdır.

15 kilometrlik “Əsahbi-Kəhf” yolunun da Bəhruz Əsgərovun Rusiyada yaşayan qardaşının şəxsi vəsaiti hesabına yenidən qurulduğu, lakin həmin yol üçün büdcədən vəsait yönəldildiyi və həmin vəsaitin də Nəcəfli tərəfindən mənimsənildiyi də əldə edilən məlumatlar sırasındadır.

Nəzir qutuları

İş o yerə çatmışdı ki, həmişə yüksək mənəvi dəyəri olan Naxçıvan Ali Məclisi də sabiq səlahiyyətli nümayəndənin bir sıra hallarda lazımsız kadr poliqonuna çevrilmişdi. Dostluq, tanışlıq, xahiş, maddi istəklər bir sıra lazımsız kadrların bu orqana yolunu açmışdı. Təbii ki, biri gəlirsə, digəri də getməlidir. Nəcəflinin lazımsız tapşırıqlarını yerinə yetirməkdən imtina etdiyinə görə vəzifəsindən uzaqlaşdırılan perspektivli kadrlardan biri də Humanitar Siyasət və İctimai Təşkilatlarla İş Şöbəsinin müdiri Tural Rzayev oldu. O və onun kimi bacarıqlı kadrların yerini isə yuxarıda qeyd etdiyim kimi arxa qapıdan idarəçiliyə gətirilənlər tutdu!

Ötən 3 illik periodda kifayət qədər təcrübəsi və savadı olan baş nazir Səbuhi Məmmədov,Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Vüsal Sevdimalıyev, Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC-nin sədri Sahil Tahirli, Gənclər və idman naziri Ramil Hacı, Naxçıvan Mərkəzi xəstəxanasının baş həkimi Zəbur Bağırov və digər onlarla idarəçi də ya işdən azad edildi, ya da məcburi ərizə yazıb idarəetmə ilə vidalaşdılar.

Yeri gəlmişkən, Nəcəflinin qanunsuz əməllərə hər vəchlə sövq etməyə çalışdığı məmurlardan biri də Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev idi. Ondan tələb edirdi ki, nəzir qutularına yığılmış vəsaiti başqa-başqa sahələrin “inkişafına” yönəltsin, yəni mənimsənilməsinə imkan yaratsın. Lakin V.Babayev bu absurd və mənəviyyatsız tələbə qəti rədd cavabı verdi. Ciddi təzyiqlər, vəzifəsini itirmək təhlükəsi ilə üzləşsə də bu qanunsuzluğa getmədi, qətiyyət göstərə bildi...

Eyni oyunlar sahibkarların da başına gətirilib. Bu, başqa yazının mövzusu olduğu üçün hələlik məsələni toxunulmaz saxlayırıq.

Təəssüf ki

Son 3 ilin Naxçıvanında bu cür faktlar minlələrlədir və bu proses təkcə rəhbər şəxslərə və ali orqanlara aid deyil, demək olar ki, bütün qurumlarda baş-ayaq həyata keçirilib. Acınacaqlı hal isə odur ki, kifayət qədər təcrübəsi, dövlətə sədaqəti, dövlət başçısı tərəfindən yüksək təltifləri olan bu kadrların heç birinə Fuad Nəcəfli tərəfindən əlavə iş imkanı verilmədi. Əksinə, tam gözdən salındılar ki, heç yerdə iş tapa bilməsinlər. Bu isə idarəetmə və inzibati vəzifəyə Naxçıvanda marağın kifayət qədər azalmasına və inamsızlığa gətirib çıxardı. Ona görə də sabiq səlahiyyətli nümayəndə Naxçıvanda yalnız nifrət qazandı və gələcəyə aid bütün qapıları əbədi olaraq öz üzünə bağladı. Stəkanda fırtına qoparmaq istəyi isə gözündə qaldı...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Yanvar 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri