Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir?

Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran nümayəndə heyəti Zəngəzur dəhlizi məsələsini müzakirə etmək üçün tezliklə Türkiyəyə səfər edəcək.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi açıqlama verib. 

Onun sözlərinə görə, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil. 

Bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir:

“İranın mövqeyi sabitdir. Biz nəinki nəqliyyat sahəsində əməkdaşlığın artmasını alqışlayırıq, həm də ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu qeyd edirik.

Yəqin ki, yaxın vaxtlarda müvafiq strukturların iştirakı ilə nümayəndə heyətimiz bu mövzunu daha sıx müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, bu məsələ tezliklə həllini tapacaq”, - Bəkayi belə deyib.

Zəngəzur dəhlizinin açılmasının əsas əleyhdarlarından biri olan İranın indi bu məsələni Türkiyə ilə müzakirəyə çıxarması bir sıra suallar yaradıb.

Qeyd edək ki, İran 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları qəbul etmədiyini bildirir.

Xüsusilə də 2022-ci ilin dekabr ayında İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi Zəngəzur dəhlizini ölkəsinin “qırmızı xətt”i elan etdi.

Xameneyinin sözügedən açıqlaması nəticəsində İran-Azərbaycan münasibətlərində yaranmış gərginlik hələ də aradan qalxmayıb. 

İranın əsas məqsədi Türkiyənin Cənubi Qafqazda geosiyasi təsirinin artmasının və Azərbaycanla birbaşa quru əlaqəsinin qarşısını almaqdır.

İran siyasətçiləri və ekspertləri mediadakı çıxışlarında tez-tez Zəngəzur dəhlizini “NATO dəhlizi”, “Turan dəhlizi” adlandırmaqla məhz Türkiyəyə eyham vurur. 

Çünki İran rejimi Türkiyənin Cənubi Qafqaza və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməsini öz maraqlarına təhdid hesab edir. Bu baxımdan, rəsmi Tehranın indi Zəngəzur dəhlizi məsələsini Türkiyə ilə müzakirə etmək qərarı siyasi mövqeyində dönüş kimi də dəyərləndirilə bilər.

Yəni İran rejiminin Ankaraya nümayəndə heyəti göndərməsi Zəngəzur dəhlizinin açılması istiqamətində Türkiyə rəhbərliyi ilə hansısa razılaşma əldə etmək cəhdi təsiri bağışlayır.

Lakin Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair razılaşmanın əsas tərəfləri Azərbaycan, Ermənistan və Rusiyadır. Zəngəzur dəhlizinə dair yeganə hüquqi sənəd isə 2020-ci il 10 noyabr Bəyanatıdır. 

Nə İran, nə də Türkiyə bu razılaşmanın imzalanmasında iştirak etməyib. Ona görə də nəqliyyat-kommunikasiya əlaqələrinin açılması Azərbaycan, Ermənistan və Rusiya arasındakı birgə qərardan asılıdır. Artıq Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolunun açılmasına dair 2022-ci ilin iyun ayında Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət birgə işçi qrup çərçivəsində razılaşma da var. 

Azərbaycan dəmir yolunun öz ərazisindən keçən hissəsinin inşasını başa çatdırıb. Lakin Ermənistan 4 ildən artıqdır 10 noyabr Bəyanatının 9-cu bəndində Zəngəzur dəhlizinin açılmasına dair götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır. 

Eyni zamanda, rəsmi İrəvan avtomobil yolunun bərpası və inşasından imtina edir. Nikol Paşinyan hökuməti Zəngəzur dəhlizinin  Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaratdığını iddia edir. 

Xatırladaq ki, 10 noyabr Bəyanatına görə, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir. Paşinyan hakimiyyəti isə hesab edir ki, təhlükəsizliyi Rusiyanın deyil, Ermənistanın təmin etməsində israr edir. 

Əgər Ermənistan bu məsələdə mövqeyini dəyişərsə, Zəngəzur dəhlizinin qısa zamanda açılması qaçılmaz olacaq. Ermənistanı təxribata çəkən ölkələr arasında İran xüsusi yer tutur. Ancaq İran Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi proseslərə ciddi təsir imkanlarına malik deyil. 

Üstəlik, İran 10 noyabr Bəyanatında yer almadığına görə hər hansı Zəngəzur dəhlizinin açılmasına müdaxilə etməyə hüquqi səlahiyyəti də yoxdur. 

Rəsmi Tehranın bu məsələni Türkiyə ilə müzakirə etmək niyyəti çox güman ki, siyasi “bazarlıq” məqsədi daşıyır. Yəni HƏMAS, “Hizbullah” təşkilatlarının məğlubiyyəti və Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Yaxın Şərqdə İranın geosiyasi kollapsa uğrayıb. 

Türkiyə isə Suriyada əsas regional güc mərkəzinə çevrilib. Böyük ehtimalla, İran rejimi Yaxın Şərqdə Türkiyə ilə qarşılıqlı razılaşmalar əldə etməyə və bəzi istiqamətlərdə mövqelərini qoruyub saxlamaq qarşılığında Zəngəzur dəhlizinin açılmasına loyal münasibət sərgiləyəcəyini vəd edə bilər. 

Bununla da İran rejimi özünü Zəngəzur dəhlizinin açılmasına razılıq verən tərəf kimi təqdim etməyə çalışır. Halbuki, İran bu məsələdə hər hansı səlahiyyətə və hüquqa malik deyil. Tehran hakimiyyəti bir tərəfdən özünün “qırmızı xətt”indən imtina etdiyinə dair rəy yaratmağa çalışsa da, şübhəsiz ki, gizlin şəkildə Ermənistana Zəngəzur dəhlizini açmamağı tövsiyə edəcək. 

İran XİN-in açıqlamasında Zəngəzur dəhlizinin siyasi deyil, “texniki məsələ” adlandırılması da Tehranın mövqeyində yumşalma görüntüsü yaratmağa xidmət edir. Əslində, İranın Zəngəzur dəhlizinin əleyhinə yönəlik bütün bəyanatları və çağırışları siyasi məzmun daşıyıb. 

İran rejimi sadəcə olaraq, Türkiyəni aldadıb Yaxın Şərqdə qazanc əldə etmək istəyir. Lakin son vaxtlar Yaxın Şərqdə gücü bir neçə dəfə artmış Türkiyənin bu “oyun”a gedəcəyi inandırıcı görünmür. 

Müşfiq Abdulla      
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see241

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Duma Ukrayna ilə danışıqları mümkün dondurulmasını müzakirə edib...

06 Dekabr 2025 05:28see119

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see119

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri