İran ABŞ ilə “böyük bazarlığa” gedir? KRİTİK HAZIRLIQ
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını müzakirə etmək üçün ölkə nümayəndələri ilə görüşə bilər.
Bu barədə məlumatı “Reuters” yayıb.
Agentlik yazır ki, Tramp İran rəhbərliyinin nümayəndələrinin yanvarın 10-da ona zəng etdiklərini bildirib.“Ola bilsin ki, biz görüşə qədər addım atmalı olacağıq. Danışıqlar hazırlıq mərhələsindədir. İrandan zəng vurmuşdular, danışıqlar istəyirlər”, - ABŞ lideri qeyd edib.
İranın ABŞ ilə danışığa getməsi rejimin öz mövcudluğunu saxlamaq istəyindən irəli gəlir. Əgər ABŞ danışığa getsə, indiki rejim öz mövcudluğunu saxlaya bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, ABŞ və Avropa üçlüyü İranla danışıqlara başlamaq üçün bir sıra əsas şərtlər irəli sürüb.
Onun sözlərinə görə, son hadisələr İranı müəyyən qədər mövqeyini yumşaltmağa, eləcə də ABŞ ilə danışıqlara hazır olduğunu nümayiş etdirməyə məcbur edib:
“ABŞ və Avropa üçlüyünün İran hakimiyyəti qarşısında danışıqlarla bağlı irəli sürdüyü əsas şərtlər bunlardır:
İranın nüvə proqramı tamamilə sıfırlanmalı, zənginləşdirilmiş uranın saxlandığı ərazilər barədə ətraflı məlumat verilməli, raket istehsalı dayandırılmalı və ABŞ ilə birbaşa danışıqlara başlanmalıdır. Həm ABŞ, həm də Avropa üçlüyü növbəti mərhələdə İrandan bunu tələb ediblər.
İran tərəfi isə bu şərtləri birmənalı şəkildə rədd edərək bəyan edib ki, nüvə zənginləşdirilməsi proqramını dayandırmayacaq və bunu özünün qanuni hüququ hesab edir. Eyni zamanda Tehran ABŞ ilə birbaşa deyil, yalnız vasitəçilər vasitəsilə danışıqlara hazır olduğunu bildirib. Raket istehsalı məsələsində də oxşar şəkildə mənfi cavab verilib.
Lakin son hadisələr İranı müəyyən qədər mövqeyini yumşaltmağa məcbur edir. Belə ki, artıq İran ABŞ ilə danışıqlara hazırdır. ABŞ Prezidenti Donald Tramp ötən gün bəyan edib ki, İran danışıqlar aparmağa hazırdır, ancaq Vaşinqton danışıqlardan öncə İranda baş verən etiraz aksiyalarını dəstəkləyəcək”.
Sədrəddin Soltan qeyd edib ki, perspektivdə İran ilə ABŞ arasında real danışıqlar baş tutarsa, bu, Tehran hakimiyyətinin siyasi ömrünü müəyyən müddət uzada bilər:
“Bu prosesin nəticəsi necə ola bilər? Əgər perspektivdə genişmiqyaslı etiraz aksiyaları səngiyər və İran hakimiyyəti yenidən toparlanaraq danışıqlara başlamaq istəsə, bu halda Qərb ilə İran arasında şərtlər məsələsində dəyişikliklər baş verə bilər. Mümkündür ki, Qərb yeni və əlavə tələblər irəli sürsün, yaxud İran tərəfi də müəyyən istəklər təqdim etsin.
Onsuz da İran hakimiyyəti bu şərtlərə əməl edəcəyi təqdirdə sanksiyaların tam aradan qaldırılmasını tələb edir. Məsələdə anlaşılmayan nədir? İran əvvəlcə sanksiyaların ləğv edilməsini, sonra danışıqlara başlanmasını istəyir.
Qarşı tərəf isə əksinə, əvvəl tələblərə əməl olunmasını, yalnız bundan sonra sanksiyaların ləğv ediləcəyini bildirir. Hesab edirəm ki, perspektivdə İran ilə ABŞ arasında danışıq olarsa, Tehran hakimiyyəti daha bir müddət ömrünü uzada bilər”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: İran ABŞ Sədrəddin Soltan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 12 Yanvar 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















