Icma.az
close
up
RU
Zəngəzur dəhlizi region ölkələri üçün strateji imkanlar yaradır ŞƏRH

Zəngəzur dəhlizi region ölkələri üçün strateji imkanlar yaradır ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 yanvar, AZƏRTAC

Zəngəzur dəhlizi Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya reallıqlarını formalaşdıran əsas layihələrdən biri kimi region ölkələri üçün mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Müasir geosiyasi və geoiqtisadi çağırışlar fonunda bu dəhliz regional əməkdaşlığın dərinləşməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edən vacib mexanizm kimi qiymətləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev mədəniyyə mərkəzinin sədri, siyasi ekspert Bilal Dündar bildirib.

Onun sözlərinə görə, dəhlizin əsas əhəmiyyəti ilk növbədə regionun nəqliyyat-logistika potensialının artırılması ilə bağlıdır.

“Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birbaşa birləşdirməklə yanaşı, “Şərq–Qərb” və “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Marşrutlarının funksionallığını gücləndirir. Bu isə yükdaşımaların sürətlənməsinə, tranzit xərclərinin azalmasına və regionun Avropa ilə Asiya arasında etibarlı körpü rolunun möhkəmlənməsinə imkan yaradır. İqtisadi baxımdan Zəngəzur dəhlizi region ölkələri üçün yeni inkişaf perspektivləri açır. Dəhlizin fəaliyyətə başlaması tranzit gəlirlərinin artmasına, logistika mərkəzlərinin və sənaye zonalarının yaradılmasına, həmçinin ticarət dövriyyəsinin genişlənməsinə şərait yaradır. Xüsusilə Azərbaycan üçün bu layihə ölkənin nəqliyyat qovşağı kimi mövqeyini daha da gücləndirir, regionun iqtisadi xəritəsində aparıcı rolunu möhkəmləndirir. Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycanın birbaşa quru əlaqəsini təmin etməklə Türk dünyası ölkələri arasında iqtisadi və nəqliyyat inteqrasiyasını sürətləndirir. Bu dəhliz Orta Asiya dövlətlərinin Avropa bazarlarına çıxışını asanlaşdırmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın real infrastruktur əsaslarını formalaşdırır”, - deyə o vurğulayıb.

Ekspert bildirib ki, layihə Ermənistan üçün də yeni imkanlar yaradır. Belə ki, kommunikasiyaların açılması bu ölkənin regional nəqliyyat şəbəkələrinə inteqrasiyasını təmin edə, tranzit ölkə statusu qazanmasına və iqtisadi fəallığın artmasına töhfə verə bilər: “Bu baxımdan Zəngəzur dəhlizi regionda qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. Zəngəzur dəhlizi sülh və sabitliyin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat-kommunikasiya xətlərinin açılması region ölkələri arasında qarşılıqlı etimadı artırır, iqtisadi asılılığı gücləndirməklə uzunmüddətli təhlükəsizlik üçün möhkəm zəmin yaradır. Beləliklə, Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil, regionun gələcək inkişafını müəyyənləşdirən strateji təşəbbüsdür. Bu dəhlizin reallaşması Cənubi Qafqazın qlobal iqtisadi və nəqliyyat sistemində mövqelərini gücləndirməklə yanaşı, region ölkələri üçün qarşılıqlı fayda və dayanıqlı inkişaf imkanları yaradır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri