“Zəngəzur dəhlizi Türkmənistan üçün yeni imkanlar yaradır” POLİTOLOQ
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycan Türkmən qazının nəqli məsələsini prioritet hesab edir və bu sahədə tranzit dövlət kimi çıxış edə bilər. Türkmənistan üçün isə Avropa bazarına çıxışın daha rentabelli olması və bu baxımdan Cənub qaz dəhlizinin imkanları önəmlidir”.
Gununsesi.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib:
Onun sözlərinə görə Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm də Türkmənistan üçün yeni imkanlar yaradır:
“Şərq ilə Qərb arasında bağlantıların genişlənməsi hər iki dövlət üçün iqtisadi dividendlər gətirə bilər.
Hər iki ölkənin yerləşdiyi coğrafiya nəqliyyat və logistik əlaqələrin əhəmiyyətini artırır. Şərq-Qərb nəqliyyat dəhlizlərinin canlandırılması və Orta dəhlizin effektivliyinin artırılması baxımından Azərbaycan-Türkmənistan əməkdaşlığı xüsusilə önəm daşıyır. Bakı və Türkmənbaşı limanları arasında yüklərin daşınmasında müşahidə olunan artım bu dəhlizin etibarlı və effektiv olduğunu göstərir.
Ortaq dil, kök və soy əlaqələri də dövlətlərin gələcək inkişaf konturlarının formalaşmasında mühüm komponentlərdir. Mərkəzi Asiya, eləcə də Cənubi Qafqaz, çox turbulent geopolitik zonalar olmaqla, həm ortaq iqtisadi mənfəəti formalaşdıran tərəfdaşlıq münasibətlərini təşviq edir, həm də bölgədə önəmli gücə çevrilir”.
Politoloq vurğulayıb ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlığa, dostluğa və ortaq dəyərlərə söykənərək sürətlə inkişaf edir və daha da mühkəmlənir:
“Son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoqlar və imzalanan normativ-hüquqi sənədlər əlaqələrin daha da inkişafına şərait yaradır.
Bu münasibətlər həm də qlobal aktuallıq kəsb edən məsələləri əhatə edir və hər iki dövlətin milli maraq və mənafelərinin qorunmasına yönəlir”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Avqust 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















