Icma.az
close
up
RU
Zəngəzur dəhlizi açılır?

Zəngəzur dəhlizi açılır?

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın gecikmiş etirafı...

Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesinin mühüm bir komponentini ölkəmizin əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması təşkil edir. Təəssüf doğuran haldır ki, son üç il yarımda Zəngəzur dəhlizi ilə bağlı müxtəlif səviyyələrdə  müzakirələr aparılsa da, hələlik, necə deyərlər, daşı yerindən tərpətmək mümkün olmayıb. Bütün region dövlətlərinin maraqlarına uyğun olan Zəngəzur dəhlizinin açılmasının yubanmasının məsuliyyəti isə bilavasitə məğlub Ermənistanın və bu ölkəyə havadarlıq edən yaxın, uzaq dövlətlərin üzərinə düşür.

Rəsmi İrəvanın bitib-tükənməyən bəhanələri

 “Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı deyib. O bildirib ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib. “Regional kommunikasiyaların açılması məsələsinin hər iki tərəf üçün məqbul sayıla bilən həllini tapa bilərik”, - deyə Ermənistan lideri əlavə edib.

N.Paşinyan “Zəngəzur dəhlizi” ifadəsini işlətməsə də, söhbətin Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən marşrutdan getdiyi bəllidir. Çünki digər istiqamətlərdən keçən kommunikasiyalarla bağlı müzakirələr aktual deyil, fikir ayrılığı ilk növbədə Zəngəzur dəhlizi ilə bağlıdır. Qeyd edək ki, 44 günlük müharibənin başa çatmasını bildirən üçtərəfli bəyanatda sözügedən marşrutun yaradılması ilə bağlı konkret müddəa yer alıb.

Lakin aradan illər ötsə də, məğlub Ermənistan imzasına hörmət bəsləməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib və özünün məsuliyyətsiz davranışlarına əsassız arqumentlərlə haqq qazandırmağa çalışıb. Bəyanata əsasən, yüklərin və sərnişinlərin Azərbaycanın qərb hissəsindən Naxçıvana asan, maneəsiz keçidi təmin edilməlidir ki, bu da çox doğru olaraq dəhliz anlamında qəbul olunur.  Ermənistanın hərbi-siyasi rəhbərliyi isə müxtəlif Qərb dairələrindən gələn diqtələrə qulaq asmaqla bunu indiyədək suverenliyinin pozulması kimi şərh edib və proseslərin irəliləməsinin qarşısını almağa çalışıb. Bəli, N.Paşinyan və onun hökumətində yer alan rəsmilər beynəlxalq auditoriyaları inandırmağa çalışırlar ki, onlar kommunikasiyaların açılmasına razıdırlar. Masada konkret müzakirələrə gəldikdə isə yenə də absurd “suverenlik” bəhanəsi kötük kimi yolun ortasına atılır.

“Sülh kəsişməsi” yaramır...

Aydın məsələdir ki, burada söhbət yalnız Ermənistan rəhbərliyinin siyasi iradəsindən getmir. Sirr deyil ki, Ermənistanın indiki iqtidarı Qərbin layihəsi qismində hakimiyyətə gəlib və rəsmi İrəvan qərarları verərkən mütləq qaydada hami dairələrlə, Fransa, ABŞ kimi ölkələrlə məsləhətləşmələr aparır. Qərb dairələri isə sözügedən marşrutun üçtərəfli bəyanatın şərtləri əsasında açılmasına qarşıdırlar ki, bunun da səbəbləri var.  Zəngəzur dəhlizi Transxəzər marşrutunun (Orta dəhliz) davamı kimi inkişaf etdirilə bilər. Beləliklə, Avrasiyada daşımalar asanlaşacaq ki, bu da indiki gərgin geosiyasi reallıqlar fonunda müstəsna önəm daşıyır. Söhbət burada çox böyük həcmlərdə yüklərin daşınmasından gedir. Elə buna görə də Qərb dairələri belə bir strateji marşrutun ixtilafda olduqları Rusiyanın nəzarəti altında fəaliyyət göstərməsini qəbul etmirlər. Təbii ki, uzaq coğrafiyalarda yerləşən Qərb dövlətləri Zəngəzur dəhlizi ilə bağlı qərar verə bilməzlər, son sözü Ermənistan və Azərbaycan deməlidir. Bu reallıq fonunda Qərb layihəsi olan N.Paşinyan iqtidarı Fransadan, ABŞ-dən gələn direktivlərdən çıxış etməklə indiyədək Zəngəzur dəhlizinin yaradılmasını əngəlləməyə çalışıb.

N.Paşinyanın sözügedən açıqlamasına müxtəlif versiyalar üzərindən fikir bildirmək mümkündür. Optimist olsaq, o qənaəti ifadə edə bilərik ki, Ermənistanın siyasi hakimiyyəti artıq həqiqət anını dərk edərək son üç il yarımda Zəngəzur dəhlizinin yaradılması fürsətinin itirilməsinin ilk növbədə bu ölkənin özü üçün ziyanlı olduğunu başa düşüb. Həqiqətən də, Zəngəzur dəhlizinin açılması və onun Transxəzər marşrutunun bir qolu kimi inkişaf etdirilməsi Ermənistanı “dalan ölkə” olmaqdan xilas edəcək. Ermənistanın xarici aləmə çıxışı çox məhdudur. Hava nəqliyyatını istisna etsək, bu ölkənin Avropa məkanına çıxışı yalnız Gürcüstanın Lars keçid məntəqəsi vasitəsi ilə mümkündür. Qeyd olunan məntəqənin isə buraxıcılıq imkanları geniş deyil və qış aylarında burada ağır tonnajlı avtomobillərin hərəkəti günlərlə mümkünsüz hala gəlir.

Ermənistanın özünün irəli sürdüyü “Sülh kəsişməsi” deyilən layihənin də hər hansı bir perspektivi yoxdur. Bu layihəni reallaşdırmaqdan ötrü böyük həcmlərdə investisiyalar yönəltmək, çətin relyef şəraitində zəruri infrastruktur qurmaq tələb olunur. Kasıb, iqtisadiyyatı kiçik olan Ermənistana hansı investor sərmayə yönəltməyə tələsəcək? N.Paşinyan indiyədək kağız-kuğuz əlində Avropada çox qapıları döysə də, heç bir beynəlxalq maliyyə qurumu uğursuz layihəyə pul xərcləmək istəməyib. Beləliklə, bəlkə, N.Paşinyan Zəngəzur dəhlizinin ölkəsi üçün dünyaya açılan bir qapı olduğu həqiqətini qəbul edir? Qarşısında başqa çıxış yolu görmür?

Azərbaycanın mövqeyi: Razılıq çoxdan əldə olunmalı idi

Ancaq Ermənistan hakimiyyətinin son üç il yarımda sərgilədiyi tərəddüdlü davranışları göz önünə gətirdikdə N.Paşinyanın son açıqlamasında səmimi olduğunu söyləmək çətindir. İndiyədək biz başda baş nazir olmaqla Ermənistan iqtidarının ayrı-ayrı təmsilçilərinin verdikləri sözü geri götürdüklərinin, mövqelərini tez-tez dəyişdiklərinin şahidi olmuşuq. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni tərəfinin iki ölkə arasında kommunikasiyaların açılması ilə bağlı bəyanatlarına cavab olaraq xatırladıb ki, bu, yeni mövzu deyil. “2020-ci il üçtərəfli bəyanatda buna dair xüsusi bənd mövcuddur. Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Mövzu uzun müddətdir müzakirə predmetidir. Üç il yarım müzakirələrdən sonra “razılıq əldə olunub” sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi”, - deyə Azərbaycan XİN-in rəhbəri vurğulayıb. C.Bayramov bildirib ki, əgər bununla bağlı elanlar yoxdursa, rəsmi sənəd yoxdursa, Ermənistan tərəfindən bu istiqamətdə heç bir işə başlanmayıbsa, deməli, hələ də açıq məsələlər mövcuddur. Fikirlərini tamamlayan C.Bayramov deyib: “Azərbaycan öz ərazisində nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddətdir işləri sürətlə aparır və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırılacaq”.

SEPAH niyə əndişələnir?

Bu aradan qonşu İranın İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) gələn bəyanat da diqqət çəkməyə bilməz. Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda SEPAH yenə də mücərrəd “qırmızı xətt” məsələsini qabardır. SEPAH nə üçün Ermənistan əvəzinə danışmalı və yaxud Zəngəzur dəhlizini ölkəsi üçün bu qədər təhlükəli sanmalıdır? “Əgər Azərbaycan Ermənistan və İran arasında coğrafi sərhədləri dəyişdirmək üçün addımlar atsa, bu, ciddi nəticələrə səbəb ola bilər” açıqlaması ilə çıxış edən SEPAH görəsən hansı reallıqlara əsaslanır? Axı Azərbaycanın qonşu dövlətlərə qarşı hansısa bir ərazi iddiası yoxdur və biz sərhədlərin güc yolu ilə dəyişdirilməsi barədə planlar qurmuruq. Əgər SEPAH bu qədər sərhəd təəssübkeşidirsə, onda nə üçün Ermənistanın Azərbaycan-İran sərhədini dağıtmasına, bu sərhədləri 30 il ərzində öz nəzarətində saxlamasına göz yumub?

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2024 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see344

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see344

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see279

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see274

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see232

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see224

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see220

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see207

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see203

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see190

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see190

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see187

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see182

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see179

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see176

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see174

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see169

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see169

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see167

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri