Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Rusiyanın "B" planıdır, əsas təhlükə isə... Ekspert

Zəngəzur dəhlizi Rusiyanın "B" planıdır, əsas təhlükə isə... Ekspert

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanacağı istiqamətində addımlar atılır. Əbu-Dabi görüşündən sonra Vaşinqton görüşünün baş tutacağı iddia olunur. İddialar ortaya atılandan dərhal sonra Uzun zaman idi səssiz qalan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri səssizliklərini pozdular.

Bakupost.az xəbər verir ki, bunu hərbi ekspert Səxavət Məmməd qeyd edib.

O, son hadisələr fonunda tərəflərin bir-birini atəşkəsin pozulmasında, yalan informasiya yaymaqda ittiham etməsinə diqqət çəkib:

"Gözlənilən idi? Əlbəttə! Son zamanların ən çox müzakirə mövzusu Zəngəzur dəhlizidir. Hətta dəhlizi Tampın adı ilə də bağlayırlar. Ümumiyyətlə, Zəngəzur dəhlizinin mahiyyəti nədir? Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı bir-birinə bağladığı üçün əhəmiyyətlidir? Qətiyyən! Az qala bütün dünyanın baş sındırdığı yer Azərbaycanla Naxçıvanı bir-birinə quru əlaqəsi yaratması üçündür? Təbii ki, yox! Əgər bu belə olsa idi, dünya üçün ən əhəmiyyətsiz bir problem olardı. Azərbaycan onsuzda İran üzərindən Naxçıvanla quru əlaqəsi qurur. Əsas məsələ Çindən İngiltərəyə qədər uzanacaq "Bir kəmər, bir yol" layihəsi və o layihənin bir neçə kilometrinə (Zəngəzur) hansı dövlətin nəzarəti ələ almasıdır. Sanki hansısa bir güc bütün diqqəti bir nöqtəyə yolun Ermənistandan keçəcək hissəsinə cəmləyib, böyük ölkələr, böyük şirkətlər, siyasətçilər, analitiklər ancaq bura fokuslanıb".

Ekspert bildirib ki, bu günə qədər yüzlərlə variant ortaya atılıb:

"Azərbaycanın hərbi güc tətbiq edərək o yolu açmasından tutmuş, ən sonuncu ABŞ şirkətinin icarəyə götürməsinə qədər variantlar mövcuddur. Son baş verən proseslər onu göstərir ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə verilmə ehtimalı çox aşağıdır. Sual yaranır: Rusiya dəhlizdən kənarlaşdırılacaqsa, dəhlizə müdaxilə etmək imkanı sıfıra enəcək? Başqa bir sual: Rusiya üçün "Bir kəmər, bir yol" layihəsinə müdaxilə imkanını düşünsək, Zəngəzur dəhlizi "A" variantıdır, yoxsa "B"? Düşünürəm ki, müdaxiləni imkanlarını hesablasaq, Zəngəzur dəhlizi "B" varantıdır".

Ekspert bildirib ki, "A" varantı və hər kəsin diqqətdən kənarda saxladığı istiqamət Xəzər dənizidir:

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfindən imzalanıb. Ancaq İran parlamenti hələ də Konvensiyanı ratifikasiya etməyib. Bu o deməkdir ki, Konvensiya qüvvəyə minməyib.

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın 22-ci maddəsində deyilir:

"Bu Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya fərmanları saxlanmaq üçün Depozitari funksiyalarını həyata keçirən Qazaxıstan Respublikasına verilir. Bu Konvensiya beşinci ratifikasiya fərmanının Depozitari tərəfindən alındığı tarixdən qüvvəyə minir".

Rusiyanın Xəzərdə dənizində son zamanlar aktivliyi artıb. Bundan əlavə Rusiya tərəfindən xüsusilə ötən ilin sonundan başlayaraq Xəzərin təhlükəsizliyi, Xəzərdən təhdid yönündə çıxışlara rast gəlirik. Hətta ötən ilin dekabrında Rusiya prezidenti təhlükəsizlik şurasının iclasında Xəzərin təhükəsizliyi məsələsi ön plana çıxardı.

Rusiya üçün Xəzər dənizində "Bir kəmər, bir yol" layihəsinə mane olmaq imkanları daha çoxdur. Xəzər dənizindəki 5 ölkənin hərbi gücünə baxıqda bunun asanlıqla edə biləcəyini deyə bilərik.

Azərbaycanın hərbi gücünü quru, hava, su olaraq katiqoriyalaşdırsaq, ən zəif yer kimi donanma olduğu ortaya çıxır. Azərbaycan 44 günlük müharibədən sonra köhnəlmiş hərbi təyyarələrini Pakistandan JF-17-lər alaraq yenilədi. Azərbaycanın döyüş gəmilərinin müasirliyi barədə danışmaq yersizdir. Ola bilsin kimsə deyəcək ki, gəmi var, onun üzərinə müasir raketlər quraşdırmaq olar. Bunu düşünməyin özü belə bu sahə barədə bəsid anlayışın olmamasından xəbər verəcək.

Azərbaycan Pakistanla strateji müttəfiqdir. Bunu hərbi təyyarələr almaqla daha da möhkəmləndirib. Hazırda Pakistan Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı Azərbaycanda səfərdədir. Bu istiqamətdə də hansısa əməkdaşlığın baş verəcəyi gözləniləndir. Pakistan hərbi gəmilərin inşasını həyata keçirir, ancaq tam şəkildə özü bunu etmir. Pakistan hərbi gəmilərin inşasını Çin və Türkiyə ilə birgə həyata keçirə bilir. Hərbi gəmilərin inşası çox bahalı və uzun vaxt tələb edən bir layihədir.

Ekspert qeyd edib ki, görünən mənzərə İran və Rusiyanın regiona olan təhdid və təzyiqinin Zəngəzur dəhlizinin açılması ilə bitməyəcəyini deməyə əsas verir:

"Yeri gəlmişkən Rusiyada Qazaxıstana qarşı ritorika kəskin dəyişib. Zəngəzur dəhlizi düyünü açılacağı təqdirdə Xəzər düyünü ortaya çıxa bilər. Bunun işartılarını artıq görmək mümkündür".

Asena,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Avqust 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri