Icma.az
close
up
RU
Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb?

Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan və Türkiyə Çindən başlayaraq Londona qədər gedən çox vacib bir dəhlizin parçasıdır”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib.

O qeyd edib ki, hazırda Bakı-Tiflis-Qars marşrutu olsa da, bununla bağlı müəyyə gecikmələr var. 

"Mütləq alternativlərə ehtiyac olduğu üçün Zəngəzur dəhlizi qiymətlidir. 

Azərbaycan tərəfindəki işlər olduqca yaxşıdır. Mən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad bəylə zaman-zaman görüşürəm, dünən də lazımi dəyərləndirmələri etdik. 

Türkiyə tərəfində də önümüzdəki aylarda çalışmağa başlayacağıq. 4 il müddətində bu çalışmaları bitirib fəaliyyətə başlayacağımızı düşünürəm”- Uraloğlu İTV-yə müsahibəsində bildirib.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması sülh sazişinə salınmayıb:

“Bu məsələ sülh sazişindən sonrakı mərhələyə saxlanılıb. Amma hər iki tərəf arasında dəmiryol xəttinin açılması istiqamətində danışıqlar gedir. Əlbəttə ki, Londondan Pekinə qədər nəqliyyat xəttinin açılması Türkiyənin strateji hədəfidir. Bu Orta Dəhlizin əsas seqmentidir. Həm Pekin, həm də London bu dəhlizin açılmasında maraqlıdır.

Məhz Zəngəzur dəhlizinin baş tutması sülh prosesinin gedişatından asılı olacaq. Sülh sazişinin imzalanması da Ermənistan Konstitusiyasında və Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar ləğv olunduqdan sonra baş tutacaq. 

Hesab edirəm k, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat və kommunikasiya xətlərinin açılması sülh prosesi ilə paralel şəkildə getməlidir. İrəvan özü də yaxşı bilir ki, bu dəhliz yeni dünya nizamının yeni tərkib hissəsidir və nə zamansaq açılmalıdır”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri