Icma.az
close
up
RU
Zəngəzur Sülh Dəhlizi

Zəngəzur Sülh Dəhlizi

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zəngəzur dəhlizi indiki qarışıq və hər an təlütümlü dünyanın siyasi gündəmini zəbt edən mövzulardandır. Odur ki, buna sıradan bir kommunikasiya layihəsi kimi baxmaq doğru olmaz. Dünyanın yanaşması onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi regionun taleyini dəyişdirəcək strateji bir vasitəyə çevrilib. Dəhlizin təyinatı fiziki yolları birləşdirməklər bitmir. Eyni zamanda siyasi, iqtisadi və mədəni yolları da birləşdirəcək. Təbii ki, dəhlizin coğrafiyası Azərbaycan üçün daha əhəmiyyətlidir. Bu layihə bütöv Türk dünyası ilə kəsişmə nöqtəsidir.

Yaşadığımız zaman içində Zəngəzur dəhlizi nə qədər mübahisə doğursa da, onun gerçəkləşməsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas təməlidir. Paşinyan iqtidarı da bilir ki, bu dəhliz Ermənistan üçün də tarixi fürsətdir. Dəhliz Ermənistanın iqtisadi təcridini qıra bilər. 

Analitiklər hesab edirlər ki, dəhlizə qarşı çıxmaq bütöv regionla düşmənçilik etməkdir. Zəngəzur dəhlizi günümüzdə geosiyasi müstəvidə sülhün, tərəqqinin simvoluna çevrilməkdədir.

44 günün yaratdığı yeni gerçəkliklər

2020-ci ilin payızında baş verən 44 günlük müharibə Cənubi Qafqaz tarixində dönüş nöqtəsi oldu. Azərbaycan bu savaşla regionda yeni güc balansını formalaşdırdı. Müharibə nəticəsində Ermənistan faktiki olaraq 30 illik işğal siyasətinin iflasa uğradığını qəbul etdi. Bu reallıqla yanaşı, bölgədə yeni nəqliyyat və enerji xəritəsinin çəkilməsi zərurəti ortaya çıxdı. Zəngəzur dəhlizi də bu reallıqların məhsuludur. Hərbi qələbənin diplomatik və iqtisadi nəticələrindən biridir. Azərbaycanın diktə etdiyi yeni şərtlər çərçivəsində Zəngəzur dəhlizi ideyası post-müharibə dövrünün əsas sütunlarından birinə çevrildi. Bu, Ankaradan Pekinə qədər uzanan geniş bir coğrafiya üçün reallıqdır.

Zəngəzur dəhlizinin əhəmiyyəti

Zəngəzur dəhlizi bir çox tərəfləri ilə əvəzsizdir. Azərbaycanın bir bölgəsinin digər bölgəsi ilə Naxçıvanla quru əlaqəsini təmin etmək, türk dünyasının fiziki birləşməsi baxımından dəhliz da əvəzsizdir. Bu dəhliz Mərkəzi Asiyadan Avropaya qədər uzanan yeni logistik sistemin təməlini qoyur. Ermənistan üçün dəhliz açıq qapıdır, böyük nəfəslikdir. Dəhliz bu ölkəyə iqtisadi canlanma, investisiyalar və əməkdaşlıq imkanları gətirə bilər. Lakin Ermənistanın siyasi iradəsi bu fürsətdən istifadə etməyə hələ ki, yetərli görünmür. Dəhlizin həmçinin Rusiya, İran və Çinin tranzit planlarına daxil edilməsi ilə regional və qlobal önəm daşıyır. Dəhliz Azərbaycanı Cənubi Qafqazın geoiqtisadi xəritəsində mərkəzə çevrəcək. Bu baxımdan Zəngəzur dəhlizi həm də bizim üçün milli və beynəlxalq strategiyanın mühüm komponentidir.

Regionda sülh dəhlizi

Zəngəzur dəhlizi regionda gərginlikləri aradan qaldıra biləcək nadir vasitələrdən biridir. Belə bir kanfuqrasiya 44 günlük savaşın imzasıdır. Dəhliz açılarsa, Azərbaycan, Ermənistan və qonşu dövlətlər arasında iqtisadi əməkdaşlıq güclənəcək. Bu isə sülhə töhfə verəcək, müharibə risklərini azaldacaq. İki xalq arasında uzun illər davam edən qarşıdurmanın yerini qarşılıqlı fayda ala bilər. Ermənistanın bu dəhliz vasitəsilə Qazaxıstan, Türkiyə və hətta Çinlə əlaqə qurması real iqtisadi dividendlər gətirə bilər. Əgər rəsmi İrəvan reallığı qəbul etsə, bu dəhliz onların inkişafına da təkan verə bilər. Regionda sabitliyin və əməkdaşlığın əsas ünvanına çevriləcək bu yol, Qafqazın “sülh magistralı”, bütövlükdə isə dünyanın sülh dəhlzi ola bilər.

Dünyanın sülh dəhlizi

Zəngəzur dəhlizi indi qlobal əhəmiyyət daşıyan layihəyə çevrilməkdədir. Bu dəhliz Avropa ilə Asiya arasında yeni bir İpək Yolu ola bilər. Çinin “Bir kəmər, Bir yol” təşəbbüsünə də uyğun şəkildə inteqrasiya olunan Zəngəzur dəhlizi, Şərqlə Qərbin ticari və mədəni körpüsüdür. Dünya dövlətləri bu layihəyəyə ciddi maraq göstərməkdədir. Dəhliz Avropa İttifaqı, Çin və Türk Dövlətləri Təşkilatı kimi güclər üçün strateji marşrutdur. Dəhliz eyni zamanda beynəlxalq logistik xətlərin şaxələndirilməsində vacib rol oynayır. Bu yolla nəqliyyat xərcləri azalacaq, idxal-ixrac prosesləri sürətlənəcək. Qlobal bazarlar üçün yeni sabit və təhlükəsiz marşrut formalaşacaq. Beləliklə, Zəngəzur sülh daşıyıcısı olmaqla yanaşı, həm də dünya ticarətinin yeni arteriyasıdır.

Dəhlizin dünya üçün siyasi, iqtisadi, mədəni əhəmiyyəti

Zəngəzur dəhlizi dünyada yeni güc balansının formalaşmasında vasitə rolunu oynayır. Siyasi baxımdan, bu layihə regionda sabitliyi möhkəmləndirir və dialoqu təşviq edir. İqtisadi baxımdan isə, ticarət, turizm və enerji sahələrində geniş imkanlar açılır. Mədəni cəhətdən dəhliz xalqların yaxınlaşmasına, qarşılıqlı anlaşmanın artmasına səbəb olacaq. Türk xalqları bu dəhliz vasitəsilə daha sıx inteqrasiyaya nail olacaq. İran, Rusiya və Çin kimi oyunçular da bu marşrutdan faydalanmağa maraqlıdır. Dəhliz, eyni zamanda, beynəlxalq təşkilatların Qafqazdakı iştirakının artmasına və sülh təşəbbüslərinin dəstəklənməsinə xidmət edəcək.

Dəhlizə kimlər nəzarət edəcək...

Bu məsələ post-müharibə razılaşmalarında əsas müzakirə mövzularından biri olub. Azərbaycan prinsipial olaraq bu dəhlizə suveren nəzarəti təmin etməyə çalışır. Ermənistan isə öz ərazisindən keçən yolun tam nəzarətdə qalmasını istəyir. Ancaq reallıq göstərir ki, bu nəqliyyat marşrutunun fəaliyyətinə beynəlxalq hüquq çərçivəsində Azərbaycan rəhbərlik etməlidir. Bəzi ssenarilərə görə, dəhlizə üçüncü tərəf, məsələn, Rusiya, ABŞ  və ya Türkiyə nəzarət edə bilər. Hər halda, nəzarət məsələsi bölgədəki güclərin balansı və diplomatik iradəsindən asılı olacaq. Əsas məsələ bu marşrutun təhlükəsiz, davamlı və qarşılıqlı razılaşmalarla işləməsidir.


Dəhlizə qarşı olanlar sülhü istəməyənlərdir

Zəngəzur dəhlizinə qarşı çıxan qüvvələr, əslində regionda sülh və sabitlik əleyhinədir. Bu qüvvələr arasında revanşist erməni dairələri, bəzi İran mərkəzli çevrələr və Qərbdəki anti-türk lobbiləri yer alır. Onlar üçün bu dəhlizin açılması regional əməkdaşlıqdan çox, siyasi məğlubiyyət kimi görünür. Halbuki əslində bu, bütün tərəflər üçün qazan-qazan modelidir. Qarşı çıxmaq müharibə şəraitini davam etdirmək, gərginliyi qorumaq deməkdir. Ermənistan cəmiyyəti də artıq sülhün əleyhdarlarını daha yaxşı tanıyır. Zəngəzur dəhlizinə qarşı çıxmaq Bakıya qarşı çıxmaq anlamına gəlmir, Paşinyan üçün öz xalqının rifahına da xəyanətdir.


Azərbaycanın mövqeyi

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev son açıqlamalarında Zəngəzur dəhlizi məsələsinə xüsusi diqqət çəkib. O, bu dəhlizin regionda yeni əməkdaşlıq erası üçün vacib olduğunu bildirib. Hikmət Hacıyevin sözlərinə görə, dəhliz müstəqil Azərbaycanın strateji baxışının təzahürüdür. O, Ermənistanı da bu prosesdən kənarda qalmamağa çağırıb. Hacıyev qeyd edib ki, Azərbaycan bu layihəni sülhə xidmət edən vasitə kimi görür və bu baxış dünya tərəfindən də dəstəklənməlidir. Hacıyevin bu bəyanatları Azərbaycanın prinsipial mövqeyinin davamıdır və dünya üçün mesajdır.

Azərbaycan sülh istəyir, Zəngəzur Sülh Dəhlizidir

Azərbaycanın bu gün regionda həyata keçirdiyi layihələr sülhə, inkişafa və əməkdaşlığa xidmət edir. Zəngəzur dəhlizi də məhz bu strategiyanın bir hissəsidir. Dünya görtür ki, burada məqsəd müharibədən uzaq durmaq, inkişafı seçməkdir. Azərbaycan rəhbərliyi hər dəfə vurğulayır ki, bu yol Ermənistanın da xeyrinə olacaq. Amma şərt birdir, qarşılıqlı hörmət, hüquqi əsaslar və gələcəyə baxış. Azərbaycan bu dəhlizi sülh vasitəsi olaraq görür. Hər bir xəritə, hər bir sənəd bu dəhlizin açılmasını tələb edir. Zəngəzur barışın, əməkdaşlığın, tərəqqinin yoludur. 

Modern Araşdırma və Təhlil Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 İyul 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see306

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see229

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see185

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see184

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see178

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see178

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see173

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see173

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see172

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see170

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see169

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see169

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see167

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see163

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see163

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see145

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see144

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see143

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see143

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri