Icma.az
close
up
RU
Zəngəzur dəhlizində əsl söz sahibi kim olacaq? Politoloqdan ilginc ŞƏRH

Zəngəzur dəhlizində əsl söz sahibi kim olacaq? Politoloqdan ilginc ŞƏRH

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşü gözlənilir.

Bu görüş sülhə nail olmaq yolunda mühüm diplomatik addım kimi qiymətləndirilir.

Məlumata əsasən, görüş zamanı ölkələr arasında sülh sazişinin elan olunması da istisna edilmir.

Gununsesi.info-ya danışan politoloq Əziz Əlibəyli mövzunu belə şərh edib.

“8 avqustda Ağ Evdə Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh məsələləri üzrə növbəti danışıqlar raundu keçiriləcək. Əvvəlcə Əbu-Dabi görüşündə konkret nəticələr əldə edilməsə də, tərəflər həmin danışıq formatında sülh prosesinin davam etdirilməsinə sadiq qaldılar.

Lakin son vaxtlar iki vacib amil yeni proseslərin başlanmasına zəmin yaratdı: ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı 99 illik ucarə təklifi və Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri.

Bu iki məsələ arasında müqayisə apararkən görürük ki, Azərbaycanın qanuni və rasional tələbləri ilə yanaşı, prosesin başqa müstəvisində Rusiya və ABŞ arasında Qafqaz uğrunda amansız rəqabət gedir. Vəziyyət o həddə çatıb ki, son bir ayda Rusiya gələcək qarşıdurmalara hazırlıq məqsədilə Gümrüdəki hərbi bazasına silah və əsgər göndərir.

Hazırda əsas sual budur: Zəngəzur dəhlizində əsl söz sahibi kim olacaq? Hərbi-siyasi gücə malik Rusiya ordusu, yoxsa siyasi-iqtisadi təsirə sahib ABŞ qüvvələri? Yoxsa ABŞ-da Rusiyanın agentura şəbəkəsinə xidmət edən senatorlar və diaspor qurumları (AnCa)?

Paşinyanın üç fərqli siyasi oyun çərçivəsində məğlubiyyətə məhkum olması fonunda, niyə o, Zəngəzur dəhlizində tətbiq ediləcək nəzarət sisteminin Naxçıvana da şamil olunmasını tələb edir? 

Yaxud, suverenliyinə təhlükə kimi təqdim edilən ABŞ-ın Zəngəzur planını qəbul etməyən Ermənistan — əslində Moskvaya yaranmaq üçün Rusiyaya səfər edən — 2025-ci ili “Suverenlik İli” elan etmiş Azərbaycan üçün bunu necə əsaslandırır? Üstəlik, məğlub vəziyyətdə…

İndi isə ikinci məsələyə diqqət edək.
Amerikada keçiriləcək görüşün əsas məqsədi sülh müqaviləsi bağlamaq ola bilərmi?
Prinsipcə, bu, mümkün deyil.
Çünki hələ də açıq qalan çox sayda sual var və ABŞ-ın prosesdə qalmasını təmin etmək üçün çərçivə sazişi imzalanmalıdır.

Bu saziş çərçivəsində:

Zəngəzur dəhlizinin taleyi müəyyənləşəcək, Ermənistan konstitusiyasında dəyişikliklər ediləcək, Sülh danışıqları üçün konkret öhdəliklər müəyyənləşəcək, Azərbaycanın regional və daxili iqtisadi, siyasi və hərbi maraqları qorunacaq”.

Politoloq vurğuayıb ki, son illər ABŞ prezidenti Donald Trampın sülhsevər lider imici yaradılır:

“Azərbaycanın rəhbəri də müharibənin onun dövründə başlamaması faktına diqqət çəkir. Bu baxımdan, sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımlar Trampın Sülh üzrə Nobel mükafatına layiq görülməsini gözləməyə əsas verir.

Ancaq sülh müqaviləsinin əsas müəllifi və imza sahibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olacaq.

Nəticə olaraq, əgər çərçivə sazişi imzalanarsa, Nobel Sülh mükafatını Tramp ala bilər; müqavilə imzalandıqda isə onun müəllifi İlham Əliyev Nobel mükafatına layiq görülməlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Avqust 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri