Icma.az
close
up
RU
Zəngəzur dəhlizindən imtina: Paşinyan Putindən özünə təminat istəyir

Zəngəzur dəhlizindən imtina: Paşinyan Putindən özünə təminat istəyir

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan ABŞ-nin Zəngəzurda kommunikasiyaların qurulacağı ərazilərin uzunmüddətli icarəyə verilməsi ideyasından imtina edib. 

Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Arman Yeqoyan “Factor TV”-yə belə deyib. “Oxşar ideyanı Amerika tərəfi bir dəfə səsləndirmişdi. Lakin bu fikirdə suverenlikdən imtina riskini gördüyümüz üçün rədd edildi. 

Söhbət torpağın icarəsindən yox, autsorsinq funksiyalarından gedir. Yalnız icarə müddəti bitdikdən sonra obyektlər Ermənistanın mülkiyyətinə keçəcək. Lakin söhbət Ermənistan üçün fundamental əhəmiyyətli mühüm strateji ərazilərdən və kommunikasiyalardan gedir. Ona görə də bu variant bizim üçün qəbuledilməz idi”.
Qeyd edək ki, Ermənistanın Baş naziri  Nikol Paşinyan bu yaxınlarda keçirdiyi mətbuat konfransında torpaqların icarəsi məsələsinin də müzakirə olunduğunu bildirmişdi. Paşinyan bildirib ki, mövcud Ermənistan qanunvericiliyinə görə, bu, inkişaf hüququ mexanizmi ilə tənzimlənir. 

Buna görə müqavilə çərçivəsində yatırılan investisiyalar saziş başa çatdıqdan sonra Ermənistanın mülkiyyətinə keçir. Lakin Yeqoyan mətbuat konfransı zamanı Baş nazirin yalnız misallar çəkdiyini deyib. O qeyd edib ki, Ermənistan tərəfi suverenliklə bağlı məsələlərdə güzəştə getmək niyyətində deyil. 

“Bu, məsələn, gömrük nəzarəti, sərhəd nəzarəti və ümumilikdə nəzarət mexanizmlərinə aiddir. Yəni “hüquqların verilməsi” anlayışlarını “funksiyaların verilməsi” ilə qarışdırmaq olmaz. Gömrük nəzarəti dövlətin hüququdur. Özəl şirkətin gömrük rüsumları yığmaq hüququ yoxdur. Bildiyimə görə, dünyada belə bir şey yoxdur. Söhbət kommunikasiyaların blokdan çıxarılmasından gedir və başqa seçkili yanaşma ola bilməz”.

Yeqoyan bütün hərəkətlərin qarşılıqlılıq prinsipi əsasında həyata keçiriləcəyini vurğulayıb. Lakin o, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisindən keçərkən onların təhlükəsizliyini konkret kimin təmin edəcəyinə aydın cavab verə bilməyib. “Qarşılıqlılıq prinsipi suverenlik məsələlərinə təsir edən aspektlərə aid ediləcək”,-deyə Yeqoyan bildirib. 

Deputatın açıqlamaları Zəngəzur dəhlizinin açılmasına dair ABŞ-nin təqdim etdiyi “yol xəritəsi” ilə bağlı Ermənistan hakimiyyətinin mövqeyində dəyişlik kimi qiymətləndirilə bilər. Çünki Yeqoyanın fikirləri Nikol Paşinyanın dəhlizin açılacağına ümid yaradan sözlərini bir növ inkar edir. 

Bu baxımdan, Yeqoyanın açıqlamları nəqliyyat-kommunikasiya əlaqələrinin blokdan açılması ilə bağlı Ermənistan hakimiyyətinin növbəti siyasi manipulyasiyası hesab oluna bilər. Xüsusilə də Baş nazir Paşinyanın Rusiyada səfərdə olduğu bir vaxtda hakim fraksiyanın deputatının ABŞ-nin təklifindən imtina edilməsi barədə dedikləri Moskva ilə siyasi “bazarlığ”a hesablanmış mesaj kimi başa düşülə bilər. 

Yəni rəsmi İrəvan Rusiyaya Tramp adminstrasiyasının Zəngəzur dəhlizini icarəyə götürmək təklifindən imtina etməyə hazır olduğuna eyham vurur. Bunun qarşılığında isə Ermənistan hakimiyyəti Rusiyadan gələn siyasi təzyiqləri dayandırmağı, kilsəyə, eləcə də milyarder Samvel Karapetyana siyasi dəstəyini geri çəkməyi və 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərində Paşinyanın qələbəsinə mane olmamağı istəyə bilər. 

Autsorsinq məsələsinə gəlincə, burada əsas müzakirə və mübahisə predmeti Zəngəzur dəhlizinin təhlükəsizliyinin hansı ölkə tərəfindən həyata keçirilməsi ilə bağlıdır. ABŞ şirkətinin təhlükəsizliyi təmin edib-etməyəcəyi ilə bağlı suala cavabında Yeqoyan deyib: 

“Mən bunu deyə bilmərəm”. Paşinyan hökuməti 5 ilə yaxındır ki, 10 noyabr Bəyanatının 9-cu bəndinin icrasından yayınaraq Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına həvalə edilməsinə də etiraz edir. Deməli, Paşinyan təhlükəsizlik funksiyasının Ermənistan silahlı qüvvələrinə verilməsində maraqlıdır ki, bu da hazırda Azərbaycanla sülh müqaviləsi olmadığı üçün real deyil. 

Yəni Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və malların mühafizəsini erməni əsgərlərinə həvalə etmək olmaz. Yaxud Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil və Paşinyan Əbu-Dabi platformasında aparılan danışıqlar ətrafında siyasi imitasiya edir. 

Azərbaycan Zəngəzur dəhlizindən maneəsiz və təhlükəsiz istifadəni tələb edir. Hətta bununla bağlı Ermənistanın konkret hüquqi öhdəlik də götürüb. Ona görə də hər hansı gömrük və sərhəd-buraxılış nəzarətindən söhbət gedə bilməz. 

Azərbaycan ərazisindən keçən Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təminatına gəlincə, buna nail olmaq üçün rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olmalıdır. Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizini açmaqla yanaşı, “3+3” platforması çərçivəsində Azərbaycan üzərindən digər regional nəqliyyat-ticarət marşrutlarına çıxış əldə etməyə çalışmalıdır.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Zəngəzur dəhlizi Paşinyan Putin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri