Icma.az
close
up
RU
Zəngəzur dəhlizinə daha bir addım Çin və Azərbaycanın birgə bəyanatında 7 ci BƏND

Zəngəzur dəhlizinə daha bir addım Çin və Azərbaycanın birgə bəyanatında 7 ci BƏND

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri olduqca tarixi bir hadisədir. Bu səfərin Zəngəzur dəhlizinə birbaşa təsirinin olacağını düşünürəm. Çünki ortada çox ciddi elementlər var. Bu gün Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bəyanatın 7-ci bəndində məhz nəqliyyat məsələlərinə aid maraqlı məqamlar var. Qeyd olunur ki, tərəflər iki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirir və regional qarşılıqlı əlaqələri təşviq edərək, nəqliyyat infrastrukturunun inkişafına, logistika və daşınmaların səmərəliliyinin artırılmasına dəstəyi davam etdirməyə hazır olduqlarını bildirirlər.


Tərəflər iki ölkə arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanmasını yüksək qiymətləndirdilər. Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır.
Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılmasının və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.
Göründüyü kimi, dünyanın hər nöqtəsinə bu və digər formada təsir imkanına malik olan Çin yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Bu məqama diqqət emətkdə fayda var. Yəni, Çin Azərbaycanla yanaşı marşurt boyunca digər dövlətlərə də dəstək verəcək. Bu anlamda, Ermənistana mesaj verilir ki, Böyük İpək Yolunun davamı olan Zəngəzur dəhlizinin açılması elə İrəvan üçün də faydalı olacaq.
Çin və Azərbaycan arasında əlaqələrin bu səviyyəyə çatması bir çox sahələrdə olduğu kimi, nəqliyyat-logistika sahəsində də inkişaf etdirilməsi gələcəkdə hər iki ölkənin milli iqtisadiyyatının daha da dirçəlməsinə gətirib çıxaracaq. Bu gün Azərbaycanın Çinlə əsas marağı Zəngəzur dəhlizi üzərində qurulmayıb, elmi-texniki və digər sahələrdə də uğurlu əməkdaşlıq strategiyası mövcuddur.
Dövlət səfərində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmovun da iştirakı Zəngəzur dəhlizi ilə bağlı xoş məqamları bir daha ortaya çıxarmış oldu.


Ümid edirəm ki, tez bir zamanda Ermənistan da Zəngəzur dəhlizi layihəsinə açıq dəstək verməklə dar düşüncədən qurtulub inkişafı üstün tutacaq. Çünki Azərbaycanın başladığı bu layihədə Çinlə yanaşı bir çox super dövlətlərin marağı var.
Sonda qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini Azərbaycana dövlət səfərinə dəvət edib. Bu o deməkdir ki, daha geniş müzakirələr aparılacaq və daha geniş addımlar atılacaq.

Elməddin Muradlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Aprel 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri