Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Zəngəzur dəhlizinə növbəti addım

Zəngəzur dəhlizinə növbəti addım

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti  İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri  Nikol Paşinyan arasında görüş keçirilib. 

Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. 

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. 

Tərəflər iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Əbu-Dabi görüşünün nəticələri ilə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfinin yaydığı məlumatın eynilik təşkilik etməsi danışıqların kifayət qədər konfidensial şəkildə keçdiyini və razılaşdırıldığını göstərir. 

Deməli, danışıqlar nəticəsiz başa çatmayıb.  Eyni zamanda, görüşün iki mərhələdə və bir neçə saat davam etməsi müzakirələrin gündəliyinin də geniş olduğunu təsdiq edir. Əslində, Əbu-Dabi görüşündən əvvəl ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və sülh müqaviləsinin imzalanmasına dair danışıqların aparılması üçün “yol xəritəsi” irəli sürüldüyünə dair məlumat yayılmışdı. 

Ona görə də Əbu-Dabi danışıqlarının xeyli müddət davam edəcəyi gözlənilən idi. Bu görüşün əsas diqqətçəkən məqamı Zəngəzur dəhlizinin və ya Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması məsələsinin sülh sazişindən ön plana çıxmasıdır. 

Ötən ilin avqust ayında tərəflər kommunikasiyaların açılması məsələsini çərçivə sülh sazişinin imzalanmasından sonrakı mərhələyə saxlamaq barədə razılıq əldə etdikdən sonra Zəngəzur dəhlizi barədə müzakirələr xeyli səngimişdi. 

Bakı və İrəvan arasındakı sülh sazişinin mətninə dair danışıqlar, xüsusilə də Ermənistan konstitusiyasına dəyişikliklər məsələsi əsas yer tutub. Lakin Tramp administrasiyasının təkliflərindən sonra nəqliyyat-kommunikasiya əlaqələrinin blokdan açılması danışıqların gündəliyində birinci məsələ kimi qoyulub. 

Çünki sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılmalıdır. Nikol Paşinyan hakimiyyəti isə referendumu 2026-cı ilin sonu-2027-ci ilin əvvəlində keçirmək niyyətindədir. Ancaq həmin vaxta qədər nəqliyyat əlaqələrinin açılması istiqamətində real addımlar atmaq mümkündür. 

Üstəlik, rəsmi Bakı Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz hərəkətin təmin olunmasında maraqlıdır. Yalnız bu şərt reallaşacağı təqdirdə nəqliyyat-tranzit əlaqələrinin bərpasından söhbət gedə bilər. 

ABŞ cari ilin sonuna qədər çərçivə sülh sazişinin imzalanmasını təklif edir. Ancaq qeyd edildiyi kimi, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiları çıxarıldıqdan sonra bu saziş reallaşa bilər. Digər variant isə Ermənistanın çərçivə sənədində konstitusiyanın preambula hissəsinin ləğvini referenduma çıxaracağına dair öhdəlik götürməsi ola bilər.  

Ümumilikdə, Əbu-Dabi görüşü danışıqların adıçəkilən platformada və ikitərəfli formatda davam etdiriləcəyinə işarədir. Növbəti görüşə qədər tərəflər sülh niyyəti olaraq sərhədlərin delimitasiyası və Azərbaycanın anklav kəndlərinin işğaldan azad edilməsi istiqamətində əhəmiyyətli irəliləyişə nail ola bilərlər.

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: Zəngəzur dəhlizi Əbu-Dabi görüşü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri