Icma.az
close
up
RU
Zəngəzur dəhlizinə nəzarət məsələsində nə Qərb, nə də Rusiya... Bəhruz Quliyev

Zəngəzur dəhlizinə nəzarət məsələsində nə Qərb, nə də Rusiya... Bəhruz Quliyev

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"44 günlük Vətən müharibəsində qələbədən sonra regionda fərqli mənzərə yaranıb. Məhz Zəngəzur dəhlizi ətrafında gedən geopolitik proseslər də təkcə bir nəqliyyat layihəsinin həyata keçirilməsi deyil, həm də bölgədə yeni geosiyasi düzənin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Bugünkü mənzərəyə diqqət yetirdikdə görürük ki, həm ABŞ, həm də Rusiya bu dəhlizə öz maraqları prizmasından yanaşır və ona nəzarət uğrunda ciddi rəqabət aparırlar". SİA xəbər verir ki, bunu hafta.az-a açıqlamasında "Səs" qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Qeyd edib ki, bir tərəfdən Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı əsas götürərək öz hərbi və təhlükəsizlik strukturlarını bu marşruta yerləşdirmək niyyətini açıq şəkildə ortaya qoyur, digər tərəfdən isə ABŞ bölgədə iqtisadi açılım, ticarət yollarının təhlükəsizliyi və İranın bloklanması kontekstində Zəngəzuru strateji əlaqə nöqtəsi kimi dəyərləndirir: "Bu fon isə təkcə regional deyil, qlobal maraqların toqquşduğu yeni müstəvini yaradır. Çin, Türkiyə, İran, Hindistan kimi oyunçular da bu prosesə ya birbaşa, ya da dolayı yollarla qoşulur. Belə şəraitdə sual yaranır – Azərbaycan bu cərəyanlar arasında öz milli maraqlarını necə qoruyacaq. Azərbaycan dövləti bu gün öz siyasi iradəsi, hərbi gücü və diplomatik çəkisi ilə artıq bölgədə hadisələrin obyektindən çox, subyektinə çevrildiyini sübut edir. Dəhlizə nəzarət məsələsində Azərbaycan heç bir kənar qüvvədən asılı olmaq niyyətində deyil. Əksinə, Türkiyə və Pakistan kimi qardaş və strateji tərəfdaşlarla birlikdə bu məsuliyyəti yerinə yetirmək iqtidarındadır".

B.Quliyev deyib ki, müasir beynəlxalq münasibətlərdə balanslaşdırılmış və çoxvektorlu siyasət aparan ölkələr daha uğurlu olur: "Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti də məhz bu modelə uyğun qurulub. Bu səbəbdən də Zəngəzur dəhlizinə nəzarət məsələsində ölkəmiz nə Qərbin, nə də Rusiyanın diqtəsinə uyğunlaşmayacaq, əksinə, öz şərtlərini irəli sürəcək.

Qeyd edim ki, artıq qlobal düzən dəyişir. Yeni güc mərkəzləri – Asiya, Türk Dövlətləri Təşkilatı, İslam dünyası güclənir. Azərbaycan bu mərkəzlərlə paralel hərəkət etməklə həm iqtisadi, həm də strateji sabitliyini təmin edir. Bu reallıqlar fonunda, hesab edirəm ki, Zəngəzur dəhlizi Azərbaycanın suveren layihəsi kimi reallaşmalı və nəzarəti də birbaşa Bakı tərəfindən həyata keçirilməlidir. Bu təkcə coğrafi bağlantı deyil, bu, tarixi ədalətin bərpası və gələcəyə açılan qapıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyul 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri