Icma.az
close
up
RU
Zəngəzur dəhlizini Trampa maraqlı edən nədir?

Zəngəzur dəhlizini Trampa maraqlı edən nədir?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Rüstəm Qaraxanlı yazır...

Zəngəzur dəhlizinin təhlükəsizliyinə ABŞ-nin özəl mühafizə şirkətinin nəzarət edəcəyinə dair məlumat dünən yeni təfərrüatla daha da aktuallaşdı. Britaniyanın "Middle East Eye" dərgisinin ardınca İspaniyanın "Periodista Digita" saytının irəli sürdüyü iddiaya görə, qlobal nəqliyyat dəhlizinin bu hissəsində 1 000 nəfərədək amerikalı özəl mühafizəçi yerləşdiriləcək və yükdaşımadan əldə edilən gəlirin 40 faizi ABŞ-yə çatacaq. Rəsmi İrəvan, sadəcə, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti rəhbərinin dili ilə məlumatı inkar inadını davam etdirsə də, Ermənistan ictimai rəyində bu göydəndüşmə ehtimalın hər şeyə rəğmən reallaşacağı ilə artıq barışmış kimi görünürlər.

Suverenlik və ərazi bütövlüyü anlayışları ətrafındakı hay-küy öz yerində, ancaq dünənədək dünyanın dalanlarından biri olan bu daşlı-qayalı torpaq parçasının Ermənistan büdcəsinə ciddi qazanc gətirmə gözləntisi Paşinyan hökumətindən tutmuş orta statistik erməniyə qədər hamını şirnikləndirir. Hətta revanşist-radikal dairələrin başbilənləri də özlərinə məxsus içiboş maksimalizmlə hesab-kitab aparmağa başlayıblar. Görünür, Ermənistanda, nəhayət ki, müqavimət illüziyasının havayı vaxt itkisi olduğunu dərk etməyə başlayıblar. Üstəlik, Nikol Paşinyanın da ipinin üstünə odun yığmaq olmur: o da həmişə bir az nala-mıxa vurub, sonra reallıqla həmfikir olmaq "məcburiyyəti"ndə qalır.

Bu məlumatın Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşündən öncə ictimai tədavülə buraxılması təsadüfi olmadığı qədər də gerçəkliyi əks etdirir. Ərəb Əmirliklərində dörd saata yaxın davam edən müzakirələrin mərkəzi mövzusunun məhz Zəngəzur dəhlizi olduğunu hər iki tərəf təsdiqləyir. Sülh müqaviləsinin mətni çoxdan razılaşdırılıb, Bakının Ermənistan konstitusiyasında dəyişiklik olmayınca və Minsk qrupu buraxılmayınca onu imzalamayacağı isə hamıya məlumdur.

Üstəlik, ABŞ-nin Türkiyədəki səfiri Tom Barakın da heç kimin gözləmədiyi halda məsələnin üzərinə işıq salması prosesin artıq məsuliyyətli mərhələdə olduğuna işarədir. Vaşinqtonun Ankara elçisi kifayət qədər ciddi instansiyadır və "ABŞ Azərbaycanla Ermənistan arasında planlaşdırılan nəqliyyat dəhlizinin idarəçiliyini öz üzərinə götürməklə Cənubi Qafqazın bu iki dövlətinin dalana dirənmiş diplomatik danışıqlarını ölü nöqtədən tərpətməyi təklif edir" kimi bəyanatını sözgəlişi səsləndirmir.

Rəsmi Vaşinqton tək Türkiyədəki səfiri deyil, elə Prezident Donald Trampın özünün dili ilə də regionun ən köklü münaqişəsinin tarixə qovuşma ərəfəsində olduğunu bildirir. Tramp bunu administrasiyasının səyləri ilə əldə edilmiş uğur kimi təqdim edir. Ancaq bütün dünya kimi, biz də ABŞ prezidentinin xarici siyasətinin istənilən təşəbbüsünün mütləq halda iqtisadi dividend və kommersiya faktoruna söykəndiyini yaxşı başa düşürük. İqtisadi və ticari maraqlar geosiyasətin təminat açarlarıdır və Tramp bu açarlarla dünyanın istənilən qapısını açmağı bacaran lider olduğunu əməldə sübut edir.

ABŞ-nin xarici siyasətində dərin kök salmış ideoloji və praktiki ənənəyə əsasən, respublikaçıların istənilən xarici siyasət təşəbbüsü mütləq halda büdcəyə fayda ilə nəticələnməlidir. Demokratlardan fərqli olaraq, respublikaçılar geniş hərbi əməliyyatlar və xərclərlə müşayiət edilən avantüralara meyilli deyillər. ABŞ tarixinin müxtəlif mərhələlərində yürüdülən təcridedici xarici siyasət Trampın kəşfi deyil, respublikaçı administrasiyanın formalaşmış dəst-xəttidir. Sadəcə olaraq, hazırkı prezident bu kursa öz xarizması və iş adamı prinsipiallığını də əlavə edərək Amerika büdcəsinə böyük miqdarda gəlirlər gətirir. İstisnaları nəzərə almasaq, respublikaçı administrasiyalar nadir hallarda uzun sürən hərbi kampaniyalara rəvac verirlər, başqa yol tapılmayanda isə zamanla məhdud və dəqiq zərbələrlə hədəfə nail olmağa çalışırlar. Trampın Tehranın nüvə obyektlərinə endirdiyi effektiv zərbələrlə dünya iqtisadiyyatını fəlakətə sürükləyən İsrail-İran teatral münaqişəsinin birinci səhnəsini bitirdiyi kimi.

Zəngəzur dəhlizinin təhlükəsizliyinin təminatına dair polemikaya rəsmi Vaşinqtonun Cənubi Qafqazda aylarla xüsusi anonssuz davam edən fəallığının bir növ nöqtə qoyması da geosiyasi gediş olmaqla yanaşı, həm də iqtisadi gözləntili təşəbbüsdür. Dünyanın ən kritik nöqtələrindəki ticarət və nəqliyyat qovşaqlarına nəzarət ABŞ-nin xarici siyasətinin ana xəttidir. Yaxud rəsmi Tehran təmsilçilərinin sevimli termini ilə desək, "qırmızı xətti"dir. Qlobal ticarətin əsas arteriyası hesab edilən Panama kanalı mövzusunu hakimiyyətinin prioritet xarici siyasət problemi elan edən də məhz Donald Trampdır. Amerikalıların maliyyəsi və əməyi ilə ərsəyə gələn, iki okeanı birləşdirən bu dəhlizin Panama dövləti tərəfindən milliləşdirilməsi, indi isə Çin şirkətlərinin faktiki istifadəsinə verilməsi Tramp administrasiyası tərəfindən tarixi ədalətsizlik kimi qəbul edilir. Yeri gəlmişkən, məhz Panama kanalı daha bir uğurlu respublikaçı prezident - Ronald Reyqanın, sonra isə böyük Buşun hərbi gücə əl atma səbəblərindən biri olub.

Bu baxımdan, Trampın Cənubi Qafqazdakı diplomatik aktivliyinin də əsasında iqtisadi qazanc amilinin olması mütləqdir ki, Zəngəzur dəhlizinin autsorsinq prinsipi ilə idarəedilməsinə dair ehtimalların təsadüfi olmadığını göstərir. Autsorsinq (outsoursing) ingilis sözüdür , "outside resource using" (kənar mənbədən istifadə etmək) söz birləşməsindən əmələ gəlib və biznes dilində desək, şirkətin qeyri-effektiv və ya az effektiv fəaliyyət növünün daha üstün keyfiyyət göstəricilərinə malik peşəkar tərəfdaşlara ötürülməsi deməkdir. Kim iddia edə bilər ki, siyasət də biznesin növlərindən biri deyil? Yaxud bu izlənənlər fonunda Orta Dəhlizin bir parçası olacaq Zəngəzurun dünya iqtisadiyyatında oynayacağı rol kimdə şübhə yarada bilər?

Respublikaçıları fərqləndirən daha bir cəhət xarici siyasətdə ciddi və nüfuzlu tərəfdaşlarla işbirliyinə can atmaqdır. Bu baxımdan, Tramp administrasiyasının rəsmi Bakı ilə effektiv əməkdaşlıqda maraqlı olması da ənənəvi xarici siyasət konsepsiyasının təzahürlərindəndir. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda Tramp haqqındakı fikirlərinin ABŞ prezidentinin sosial şəbəkə hesabında paylaşması da göstərir ki, Vaşinqtonda rəsmi Bakının atdığı addımlar diqqətlə izlənilir.

Güman ki, Zəngəzur dəhlizində ABŞ-nin mövcudluğuna dair daha əsaslı dəlillər qarşıdakı aylarda, ya bəlkə də, günlərdə məlum olacaq. Moskvadakı siyasi konvulsiyaların özünü getdikcə daha da eybəcər addımlarla büruzə verməsi belə düşünməyə əsas verir ki, Kremldəkiləri narahat edən də məhz Cənubi Qafqaza yeni nəzarət rıçaqı kimi düşünülən alətin əldən çıxmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri