Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Zəngəzur dəhlizini kim inşa edəcək?

Zəngəzur dəhlizini kim inşa edəcək?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Ermənistanın 2026-cı il dövlət büdcəsi layihəsində Yerasx qəsəbəsindən Azərbaycan sərhədinə (Naxçıvan Muxtar Respublikasına - red.) qədər uzanan dəmiryolu xəttinin təmirinə maliyyənin ayrılması nəzərdə tutulmayıb. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan parlament komissiyalarının iclasında nazirliyin büdcə təkliflərini təqdim edərkən bildirib.

O qeyd edib ki, regionda nəqliyyat yollarının mümkün açılması üçün dəmir yolu infrastrukturunun hazırlanmasının maliyyələşdirilməsi nəzərdə tutulmayıb. D.Xudatyanın sözlərinə görə, Meğri regionunda infrastrukturun idarə olunması üzrə ABŞ ilə əməkdaşlığın əlaqələndirilməsinə dair məsələlər baş nazirin müavini Mqer Qriqoryanın aparatının səlahiyyətinə daxildir.

Ermənistandan tez-tez siyasi bəyanatlar eşidilsə də ...

Kommunikasiyaların açılması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun möhkəmlənməsinə, yekun sülh sazişinin daha tez imzalanmasına müsbət təsir göstərəcək çox mühüm amil ola bilər. Bundan ötrü tərəflər cari il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalara sadiqliklərini nümayiş etdirməklə praktiki müstəvidə cəsarətli addımlar atmalı və niyyətlərini konkret qərarlarla, layihələrin icrası ilə təsdiqləməlidirlər. Ermənistan tərəfindən kommunikasiyaların açılması ilə bağlı siyasi bəyanatlar tez-tez eşidilsə də, praktiki müstəvidə hər hansı bir iş görülmür. Ermənistandan gələn bəyanatlardan aydın olur ki, rəsmi İrəvan sözügedən marşrutun yaradılmasına investisiya yönəltmək barədə ümumiyyətlə düşünmür.

Maliyyələşdirilmə məsələsi də  Baş nazirin müavini Mqer Qriqoryanın səlahiyyətlərinə aid olan iş deyil. İndiyədək onun verdiyi açıqlamalarda bu barədə heç nə deyilməyib. Vaşinqton razılaşmalarından sonra onun müəyyən çalışmaları barədə məlumatlar yayılıb. Məsələn, 2025-ci il sentyabrın 5-də Mqer Qriqoryanın və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətlərinin iki ölkənin ərazilərinə qarşılıqlı səfərləri baş tutub. Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, tərəflər sərhəd xəttinin müvafiq sahələrinin/seqmentlərinin delimitasiyası və mina təmizlənməsi ilə bağlı məsələləri, həmçinin zəruri infrastrukturun bərpası və tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri kommunikasiya quruculuğu sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə müzakirə ediblər.

Mqer Qriqoryan kimi, Ermənistanın digər rəsmilərinin çalışmalarında da bəhs olunan marşrutun yaradılmasında bu ölkənin öhdəliklərinə hər hansı bir istinad edilmir. Aydın olur ki, Ermənistan tərəfi yeni bağlantının reallaşdırılmasını daha çox  ABŞ-ın öhdəliyi kimi qəbul edir. Xarici işlər naziri Ararat Mirzoyan  parlamentdə açıqlamasında bildirib ki, Ermənistan və ABŞ arasında “Tramp marşrutu”nun həyata keçirilməsi və müxtəlif texniki məsələlərin yerində həlli üçün zəruri olan şirkətin yaradılması ilə bağlı danışıqlar başlayıb və aktiv mərhələdədir. Lakin bu qərarlar nə olursa olsun, hər şey Ermənistanın ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək.

Göründüyü kimi, Ararat Mirzoyan da Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikasını təkrarlayır və diqqəti ərazi bütövlüyü, suverenlik məsələlərinə yönəltməyə çalışır. İndi tərəflər elə bir mərhələyə yaxınlaşıblar ki, konkret məsələlər həllini tapmalıdır. Axı ərazi bütövlüyü, suverenlik kimi siyasi məsələlər ətrafında Vaşinqtonda Donald Trampın şahidliyi ilə konsensusa gəlinib və bu barədə mövqelər aydındır. Başqa sözlə desək, Azərbaycandan Ermənistana qarşı hər hansı bir təhdid jestləri edilmir. Belə olan halda Baş nazir və digər müxtəlif səviyyələrdə eyni fikirlərin təkrarlanmasına nə ehtiyac var?

Beləliklə, o qənaət hasil olur ki, Ermənistan yeni bağlantının yaradılmasında yalnız siyasi nöqteyi-nəzərdən iştirak etmək və sonradan marşrutun istismarından gəlir götürmək niyyətindədir. Halbuki infrastrukturun yaradılmasına Ermənistan da öz töhfəsini verməlidir.

Vaşinqton razılaşması və Azərbaycanın məsuliyyəti

Regionda kommunikasiyaların blokdan çıxarılması ilə bağlı Azərbaycanın lap əvvəldən ortaya qoyduğu və əsaslandırdığı mövqe Vaşinqton görüşündə də nəzərə alınıb. Zəngəzur dəhlizinin (TRIPP marşrutunun ) önəmi eyni zamanda hazırkı geosiyasi amillərlə şərtlənir. Son illərdə Rusiya-Ukrayna müharibəsi səbəbindən Şimal marşrutlarının funksionallığı əhəmiyyətli dərəcədə azalıb. Belə bir şəraitdə Orta Dəhliz Avrasiyada ən etibarlı və təhlükəsiz marşrut kimi diqqət çəkir. Transxəzər marşrutu ilə Çindən, Mərkəzi Asiya ölkələrindən yükləri Xəzər dənizindən, Azərbaycan və Türkiyə üzərindən keçirməklə Avropa bazarlarına təhlükəsiz və daha qısa müddətdə çatdırmaq mümkündür. Azərbaycanın strateji baxışına görə Zəngəzur dəhlizi (TRIPP marşrutu) Orta Dəhlizin bir qolu kimi inkişaf etdiriləcək. Hazırda Orta Dəhlizin Gürcüstandan keçən seqmenti aktivdir. Zəngəzur dəhlizinin (TRIPP marşrutunun ) yaradılması ilə Avrasiya coğrafiyasında tranzit imkanları genişlənəcək.  Bütövlükdə, yeni marşrut optimal regional bağlantını təmin edəcək.

Zəngəzur dəhlizinin (Tramp marşrutunun) yaradılmasına qətiyyətli siyasi iradə göstərən Azərbaycan Vaşinqton razılaşmalarına sadiqliyini nümayiş etdirir. Xəbər verildiyi kimi, ölkəmiz üzərindən Ermənistana tranzit daşımalarına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Artıq Azərbaycanın hava məkanından istifadə edilməklə Ermənistana Qazaxıstan taxılının daşınmasına start verilib. Respublikamız etimad quruculuğunu möhkəmlətmək üçün bu qəbildən olan tədbirlərin miqyasını genişləndirmək niyyətindədir. Eyni zamanda, ölkəmizin ərazisində Zəngəzur dəhlizinin fəaliyyəti üçün zəruri olan infrastrukturun yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Bu sahədə böyük təcrübəsi olan Azərbaycan şirkətləri yeni nəqliyyat bağlantısının Ermənistan seqmentinin inşasında da iştirak edə bilərlər.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri