Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin açılması bu sahələrdə ciddi dəyişikliklərə səbəb olacaq

Zəngəzur dəhlizinin açılması bu sahələrdə ciddi dəyişikliklərə səbəb olacaq

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Zəngəzur dəhlizi yalnız bir nəqliyyat xətti deyil, eyni zamanda Azərbaycanın vahid iqtisadi məkan kimi bərpası və gücləndirilməsi üçün tarixi layihədir. Bu layihə vasitəsilə Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında birbaşa quru əlaqə yaranacaq, iqtisadi, sosial və mədəni inteqrasiya yeni mərhələyə qədəm qoyacaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin dosenti Leyla Hacıyeva deyib.

O bildirib ki, hazırda dünya iqtisadiyyatı qlobal logistika dəhlizlərinin toqquşma nöqtəsində inkişaf edir. Bu mənada, Zəngəzur dəhlizinin açılması Azərbaycanın regional və beynəlxalq iqtisadi proseslərdə strateji rolunu artırır: “Zəngəzur dəhlizi Qərbi Azərbaycan torpaqlarından keçərək Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək mühüm logistika xəttidir.

Bu dəhliz həm avtomobil, həm də dəmir yolu xətlərini əhatə edəcək və Orta Dəhlizin (Çin-Mərkəzi Asiya-Xəzər-Qafqaz-Avropa) mühüm tərkib hissəsinə çevriləcək. Layihə regionda iqtisadi əlaqələrin intensivləşməsi, ticarət axınlarının artması və investisiya mühitinin canlanması üçün strateji əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu dəhliz Azərbaycanın Türkiyə ilə birbaşa quru əlaqəsini təmin etməklə, iki qardaş ölkə arasında iqtisadi və humanitar əlaqələri daha da gücləndirəcək.

Azərbaycan üçün bu layihə həm də tarixi ədalətin bərpasıdır, çünki Naxçıvanın coğrafi blokadası uzun illərdir iqtisadi inkişafı ləngidirdi. İndi isə bu maneə aradan qalxmaq üzrədir”.

Alim xatırladıb ki, Naxçıvan Azərbaycanın mühüm iqtisadi və strateji regionlarından biridir. Onun iqtisadiyyatı son illərdə dövlət dəstəyi və daxili resursların səmərəli istifadəsi nəticəsində sabit şəkildə inkişaf edir. 2024-cü ilin məlumatlarına görə, Naxçıvanda sənaye məhsulu istehsalı əvvəlki illə müqayisədə 12 faiz artmış, kənd təsərrüfatı məhsullarının həcmi isə 9% yüksəlib:

“Naxçıvan enerji təminatında da özünü təmin edən regiondur. Külək və günəş enerjisi sahəsində həyata keçirilən layihələr nəticəsində enerji balansının 60%-dən çoxu alternativ mənbələr hesabına qarşılanır.

Ərzaq təhlükəsizliyi baxımından muxtar respublika öz tələbatını tam ödəyə bilir. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı ixrac imkanlarını artırır və yerli sahibkarların fəaliyyətini genişləndirir.

Naxçıvanda son illər 300-dən çox yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. Dövlət investisiya proqramları nəticəsində Ordubad, Şərur və Culfa rayonlarında sənaye və logistika zonalarının yaradılması planlaşdırılır”.

L.Hacıyevanın fikrincə, ilk növbədə, bu dəhlizin açılması Naxçıvanın logistik təcridini aradan qaldıracaq. Yüklərin və sərnişinlərin daşınması üçün məsafə və xərclər azalacaq:

“Hazırda Naxçıvana əsasən İran və Türkiyə vasitəsilə nəqliyyat əlaqəsi mümkündür, lakin Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra bu, Azərbaycan ərazisi ilə birbaşa əlaqə şəklini alacaq. Bu dəyişiklik regionun iqtisadi aktivliyini artıracaq, Naxçıvanın ixrac və idxal əməliyyatlarında çevikliyi təmin edəcək”.

Zəngəzur dəhlizinin iqtisadi təsirlərinə gəlincə, ADU-nun müəllimi bunları belə sadalayıb:

“Dəhlizin istifadəyə verilməsi Naxçıvanda logistika, sənaye və xidmət sahələrinə investisiya cəlbini 2-3 dəfə artıracaq. Xarici investorlar üçün vergi güzəştləri və azad iqtisadi zonaların yaradılması planlaşdırılır. Yeni bazar çıxışları və resurs axını yerli sahibkarların fəaliyyətini stimullaşdıracaq. Naxçıvanda istehsal olunan məhsullar artıq həm Azərbaycanın əsas bazarlarına, həm də Türkiyə və Avropa ölkələrinə birbaşa ixrac edilə biləcək”.

Amma Zəngəzur dəhlizinin təkcə iqtisadi deyil, həm də sosial üstünlükləri var:

“Tikinti və nəqliyyat sektorlarında minlərlə yeni iş yeri açılacaq, əhalinin gəlirləri artacaq. Əhalinin köç meyli azalacaq, gənclərin regionda qalması üçün yeni imkanlar yaranacaq. Yeni yollar, kommunikasiya xətləri, xidmət müəssisələri ilə bərabər, təhsil və səhiyyə infrastrukturu da inkişaf edəcək”.

L.Hacıyeva vurğulayıb ki, Zəngəzur dəhlizi region ölkələri arasında qarşılıqlı asılılıq və əməkdaşlıq mühitini gücləndirir: “Bu, həm də Cənubi Qafqazda sülh və sabitlik prosesinə müsbət təsir göstərə bilər. Azərbaycan bu dəhliz vasitəsilə həm Türkiyə, həm Gürcüstan, həm də Orta Asiya ölkələri ilə birbaşa iqtisadi inteqrasiya imkanları qazanacaq.

Eyni zamanda, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutunun mühüm hissəsinə çevrilərək, ölkəmizə əlavə tranzit gəlirləri gətirəcək. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu və regional iqtisadi liderliyini daha da möhkəmləndirəcək. Zəngəzur dəhlizi həm də yaşıl logistika konsepsiyasına uyğun planlaşdırılır. Elektriklə işləyən qatarlar və aşağı karbon emissiyalı avtomobil nəqliyyatı xətləri nəzərdə tutulur. Bu, regionun ekoloji tarazlığının qorunmasına xidmət edəcək.

Naxçıvanda artıq günəş enerjisi parkları və bioenerji layihələri həyata keçirilir ki, bu da ekoloji baxımdan dayanıqlı inkişafın mühüm göstəricisidir. Proqnozlara əsasən, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Naxçıvanda ümumi daxili məhsulun (ÜDM) artım tempi 6–7%-ə yüksələcək. İnvestisiyaların həcmi 2,5 dəfə artacaq, turizm sektoru sürətli inkişaf edəcək və yeni otel, restoran, xidmət müəssisələri fəaliyyətə başlayacaq. Bu, təkcə iqtisadi deyil, həm də sosial sabitliyi möhkəmləndirəcək, əhalinin rifah səviyyəsini yüksəldəcək.

Yekun olaraq qeyd etmək istəyirəm ki, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına, iqtisadi birliyinə və regional liderliyinə xidmət edən strateji layihədir.

Bu dəhlizin açılması ilə Azərbaycan vahid iqtisadi məkanını bərpa etmiş olacaq, Naxçıvan isə ölkənin əsas iqtisadi və logistik qovşaqlarından birinə çevriləcək.Bu layihə təkcə nəqliyyat bağlantısı deyil, həm də milli birliyin, iqtisadi suverenliyin və gələcəyə inamın simvoludur. Azərbaycan və Naxçıvan birgə inkişaf edəcək, xalqımızın rifahı və regionun sabitliyi üçün yeni üfüqlər açılacaq”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri