Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin açılması SÜRƏTLƏNİR

Zəngəzur dəhlizinin açılması SÜRƏTLƏNİR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyədə işgüzar səfərdədir. Onun bu gün axşam Prezident Rəcəp Tayyib Ərdoğanla da görüşəcəyi gözlənilir.

Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla görüşdən bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə dəvət edərək Kahramanmaraşda “Azərbaycan məhəlləsi"nin açılışında birgə iştirak etdi. 

Ekspertlərin fikrincə, Ərdoğanın əvvəlcə İlham Əliyevlə, bir gün sonra isə Nikol Paşinyanla görüşü təsadüfi deyil.
Türkiyəli təhlükəsizlik eksperti Yücel Karauz Modern.az-a açıqlamasında “Azərbaycan məhəlləsi”nin salınmasını Azərbaycan Prezidenti və xalqının diqqət və qayğısı kimi dəyərləndirib:

“6 fevral 2023-cü ildə baş verən zəlzələnin ən dağıdıcı təsirlərinə məruz qalmış Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi” cənab İlham Əliyevin diqqət və qayğısının təzahürüdür. Bu məhəllə dünya və Kahramanmaraş durduqca duracaq qardaşlıq simvollarından biridir. Bunun üçün əvvəla cənab Prezident İlham Əliyevə 86 milyon türk xalqı adı adından təşəkkürümüzü bildiririk”.

Ekspert vurğulayıb ki, liderlər şübhəsiz ki, həm regional, həm də beynəlxalq məsələlər üzərində fikir mübadiləsi aparıblar.
"Müzakirə olunan əsas məsələlərdən biri Nikol Paşinyanın Türkiyə səfərilə bağlıdır. Bu səfər çərçivəsində ortaq strategiya müəyyənləşdirməsi, üçtərəfli sazişə uyğun olaraq Zəngəzur dəhlizinin açılması, eləcə də Ermənistan konstitusiyanın dəyişdirilməsi kimi məsələlər var. İstisna deyil ki, prezidentlər arasında Türkiyənin Ermənistana edəcəyi tövsiyə və diqtələr, normallaşmadan əvvəl atılacaq addımlar da müzakirə olunub”.

Y.Karauz söyləyib ki, bugünkü görüşdən, Paşinyanın səfərindən və İran-İsrail münaqişəsindən sonra Zəngəzur dəhlizinin açılmasının sürətlənəcəyini demək mümkündür:

“Bu baxımdan Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmaısnı istəyrisə, əvvəla Azərbaycanla arasındakı problemlərin həlli istiqamətində addımlar atmalıdır. Cənab Prezident Rəcəb Tayyib Ərdoğan da Paşinyanın üzünə qarşı daha əvvəl olduğu kimi bunları deyəcək. Razılaşmanın olacağını düşünürəm. Ermənistan Xarici İşlər Nazirliyi heyətinin Türkiyə ziyarəti zamanı da bu məsələlər danışılıb. Bugünkü görüş çox vacibdir. Düşünürəm ki, prezidentlərin müştərək olaraq üzərində dayandığı məsələlərin təzahürlərini iyunun 20-dən sonra görəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri