“Zəngəzur marşrutuna qarşı çıxışlar Rusiyanın maraqlarına xidmət edir” ŞƏRH
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan jurnalistlərə açıqlama verərəkən “TRIPP”lə bağlı suala cavabında deyib ki, bu, erməni-amerikan layihəsi olsa da, Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir.
Köçəryan sözlərinə görə, layihədə Ermənistanın maraqları nəzərə alınmır və ölkə layihədə tam tərəf kimi iştirak etmir, daha çox “yarı-tərəf” roluna düşüb.
Gununsesi.info bildirir ki, məsələyə münasibət bildirən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli qeyd edib ki, bir neçə ay öncə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da oxşar fikirlər səsləmişdi:
“Eyni mənbədən təlimatlar alan Seyran Ohanyan da bildirmişdi ki, hakimiyyətə gəlsələr, bu müqaviləyə yenidən baxacaqlar.
Yəni bu nəhəng marşrutu əngəlləmək ehtimalı Rusiyanın maraqları ilə üst-üstə düşür. Şimal qonşumuzun çirklənmiş teleməkanına nəzər salsaq rəsmi Moskvanın Cənubi Qafqazla, xüsusilə Zəngəzur layihəsi ilə bağlı mövqeyi bəllidir. Baxmayaraq ki, Rusiya rəsmiləri bu layihə ilə bağlı susqunluq nümayiş etdirirlər. Düşdüyü Ukrayna bataqlığına və ABŞ prezidenti D. Trampın nüfuzuna görə açıq şəkildə etiraz bildirmirlər. Amma məqamı gəldikcə strateji istəklərini ohanyanların, köçəryanların dili ilə ortalığa qoyurlar”.
O əlavə edib ki, ki, Ermənistandakı bu nüfuzdan düşmüş revanşist qüvvələr də Rusiyadan güc alaraq vəziyyətin dəyişəcəyinə ümid edirlər:
“Bir vacib məqamı unutmamalıyıq ki, Seyran Ohanyanın, Robert Köçəryanın, Serj Sərkisyanın Xocalı soyqırımında törətdiyi cinayətləri sübut edəcək kifayət qədər faktlar var. Müharibə cinayətləri törədən bu şəxslərin və digərlərinin istintaqa cəlb olunması ilə bağlı ciddi addımlar atılmalıdır. Belələrinin azadlıqda qalması regionda sabitliyə təhdiddir. Ona görə istintaqın əhatə dairəsi genişlənməlidir. Ermənilərin çox uğursuz ənənəvi təcrübəsindən əl çəkməsi üçün təhqiqat işlərinə beynəlxalq aləmdə tanınan, qəbul edilən ekspertləri cəlb etmək lazımdır”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 02 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















