Icma.az
close
up
RU
Zəngəzur “Tramp” yolu Sülh Sazişi imzalanmamış açıla bilərmi?.. Analitikdən izahat

Zəngəzur “Tramp” yolu Sülh Sazişi imzalanmamış açıla bilərmi?.. Analitikdən izahat

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Layihə üzərindəki işlər davam edir və hər iki tərəf arasında əslində dəhlizin istifadəyə verilməsi məsələsi müzakirə olunmaqdadır...”

“Bildiyiniz kimi, avqustda keçirilmiş Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir”. Bu sözləri də İlham Əliyev Astanada söyləyib. Bəs görəsən, Azərbaycan-Ermənistan Yekun Sülh Sazişi imzalanmamış Zəngəzur yolunun açılması mümkün ola bilərmi?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı aşağıdakı mülahizələri dilə gətirib:

“Prezident İlham Əliyev Astanada başqa bir fikir səsləndirib. O, Zəngəzur yolunun 2028-ci ilə qədər açıla biləcəyini vurğulayıb. Bu çox mühüm bir açıqlamadır, çünki bu layihə yalnız Ermənistanla deyil, ümumilikdə Cənubi Qafqaz regionunda iqtisadi əlaqələri gücləndirəcək bir addım olacaq. Lakin Zəngəzur yolunun açılması, sülh müqaviləsinin imzalanmasından əvvəl baş verə bilərmi? Mən düşünürəm ki, hazırda bu məsələnin reallaşması üçün çox sayda diplomatik və siyasi maneələr mövcuddur. Ermənistanla, xüsusilə də bu məsələ ilə bağlı qarşılıqlı etimadın tam bərpa edilməməsi bu cür addımların atılmasını çətinləşdirir. Amma layihə üzərindəki işlər davam edir və hər iki tərəf arasında əslində dəhlizin istifadəyə verilməsi məsələsi müzakirə olunmaqdadır...

İlham Əliyev xüsusən də Zəngəzur yolunun açılması ilə bağlı bəzi perspektivləri gözləyir və layihənin reallaşması üçün mühüm diplomatik addımlar atılmaqdadır. Lakin, təbii ki, bu cür layihələr və tranzit kommunikasiya məsələləri bir çox məqamlardan asılıdır. Bu da o deməkdir ki, TRİPP layihəsinin reallaşması, yalnız sülh müqaviləsinin imzalanmasından sonra deyil, paralel olaraq da baş verə bilər. Sözsüz ki, bu çox mürəkkəb bir prosesdir, amma 2028-ci ilə qədər bu layihənin gerçəkləşməsi, yəni Zəngəzur yolunun açılması mümkündür...”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Oktyabr 2025 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri