Icma.az
close
up
RU
Zəngəzur dəhlizi açılmayana qədər sülh sazişi imzalanmayacaq Rasim Musabəyov

Zəngəzur dəhlizi açılmayana qədər sülh sazişi imzalanmayacaq Rasim Musabəyov

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rasim müəllim, ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında sülh razılaşmasına dair növbəti görüşün olacağı bildirilib. Ağ Ev rəhbəri Donald Trampın liderlərlə üçlü və təkbətək formatda müzakirələr aparacağı deyilir. Sülh sazişinin imzalanması və kommunikasiya xətlərinin açılması istiqamətində bu görüşdən gözləntilər nədən ibarətdir?

- ABŞ-də baş tutması gözlənilən görüşlə bağlı fərqli fikirlər səslənir. Rəsmi olmasa da, yayılan informasiyalarda tərəflər arasında sülh sazişinə dair memorandumun imzalanacağı qeyd olunur. Memorandum diplomatiyada ən aşağı səviyyədə olan bir sənəddir. Yəni, bu sənəd bilavasitə öhdəliklər yaratmır.

Amma ABŞ Prezidentinin iştirakı ilə bir sənədin imzalanacağı nəzərə alınsa, bunun özü elə müəyyən öhdəlik və təminat deməkdir. Amerika tərəfi dövlət kimi olmasa da, Prezident səviyyəsində bu təminatı verirsə, bunun əhəmiyyəti böyükdür.

- Trampın Azərbaycanla Ermənistan arasında sülhə dair mesajları fonunda baş tutan görüşlə bağlı yanaşmalar birmənalı deyil. Bəzi ekspertlər bunu ABŞ-nin bölgəyə artan marağı kontekstində şərh etməyə çalışır…

- Əslində Ağ Evin artan marağını sınaqdan keçirmək lazımdır. Tramp indi hər yerdə mövcud olmağa çalışır. O, Konqonu Ruanda ilə, Kambocanı Tailandla, Hindistanı Pakistanla barışdırır. Çünki onun da öz istəkləri var. Nümayiş etdirmək istəyir ki, ABŞ onun rəhbərliyi ilə daha effektivdir. Amma iki əsas məsələdə irəliləyiş yoxdur. İsrail-Fələstin və Rusiya-Ukrayna cəbhəsində hələlik heç bir müsbət nəticə əldə olunmayıb. Bunlar dünya üçün başağrısına çevrilir. Tramp da digər istiqamətlərdə uğur əldə etdiklərini göstərmək niyyətindədir. Onun üçün bu müəyyən mənada təbliğat xarakteri daşıyır.

- Amerikanın bölgəyə gəlişi region dövlətləri üçün nə vəd edir?

- ABŞ super gücə malik bir dövlətdir. Azərbaycanın şimalında bütün qanunları kənara atıb, özbaşınalıqla məşğul olan Rusiya, cənubda isə İran yerləşir. Belə olan halda bölgə üçün təminatlar lazımdır. Bu təminatı Türkiyə verir. ABŞ-nin də bölgə üzərində çətiri olduğu halda burada sabitliyi təmin etmək imkanları genişlənəcək.

- Zəngəzur dəhlizinin ABŞ-nin hansısa özəl şirkətinin icarəsi əsasında açılacağı xəbərləri yayılmışdı. Vaşinqtondakı görüşdə bu məsələyə dair razılaşma əldə oluna bilərmi?

- Dəhlizin icarə əsasında açılması ikitərəfli qaydada öz həllini tapmalıdır. Azərbaycan burada istifadəçi tərəfdir. Bakı icra prosesində iştirak etmir. Ermənistan dövlət kimi bu məsələləri özü həll etməlidir.

Amma Zəngəzur dəhlizinin keçəcəyi ərazidə rus sərhədçiləri ilə yanaşı, amerikalıların yan-yana dayanacağı, hansısa bir iş görəcəyi bir qədər absurd təsir bağışlayır. Sözsüz, bu, heç də asan məsələ deyil.

Hər halda indi hər kəsə bəllidir ki, Zəngəzur dəhlizi öz həllini tapmayana qədər Ermənistan üçün heç bir yol açılmayacaq. Erməni cəmiyyəti dəhlizin açılmasına qarşı çıxsa da, Ermənistan dövlətinin başqa çıxış yolu yoxdur. Zəngəzur dəhlizi ilə bağlı ümumi qərar verilməyənə və orada bərpa işlərinə başlanılmayana qədər sülh müqaviləsi imzalanmayacaq və onun prinsipləri icra olunmayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Avqust 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri