Icma.az
close
up
RU
Zəngəzur yalnız yol deyil: Qlobal güclər sıraya düzülüb TƏHLİL

Zəngəzur yalnız yol deyil: Qlobal güclər sıraya düzülüb TƏHLİL

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abutalıb Səmədov: "Aİ-nin Zəngəzur dəhlizinin imkanlarını düzgün qiymətləndirməsi bizim üçün çox vacibdir"

Avropa Birliyinin Zəngəzuz dəhlizinə marağı artıb. Bugünlərdə Özbəkistanda səfərdə olan Avropa Komissiyasının komissarı Jozef Sikela deyib ki, Avropa İttifaqı (Aİ) Transxəzər marşrutuna həmişə bir xətt deyil, şəbəkə kimi baxıb. O qeyd edib ki, Zəngəzur dəhlizi şəffaf və əməkdaşlıq ruhunda inkişaf edərsə, mövcud əlaqələri tamamlaya bilər:

"Onun potensialı əlavə tranzit variantının təklif edilməsində, mövcud marşrutlarda tıxacın azaldılması və regional ticarətin ümumi dayanıqlığının artırılmasındadır. Mərkəzi Asiya üçün daha çox marşrut seçimi daha böyük sabitlik və qlobal bazarlara daha rəqabətli çıxış deməkdir". Avropa Komissiyası komissarı əlavə edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında daha sıx koordinasiya strateji əhəmiyyət kəsb edir və Avropa İttifaqının yeni Qara Dəniz Strategiyasının gündəliyinə tam uyğundur: "Prosedur, standart və rəqəmsal sistemlərin daha yaxşı uyğunlaşdırılması Transxəzər marşrutunu biznes üçün daha sürətli və proqnozlaşdırıla bilən hala gətirərdi. Bu, həmçinin logistika, liman infrastrukturu, ticarətin asanlaşdırılması və yaşıl nəqliyyatda birgə layihələr üçün yeni imkanlar yaradacaq". Onun sözlərinə görə, Avropa üçün bu, daha etibarlı və çoxşaxəli Şərq-Qərb əlaqələri, region üçün daha güclü iqtisadi əlaqələr və daha böyük sabitlik deməkdir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də bildirib ki, Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacaq. Eyni zamanda Orta Dəhliz region üçün davamlı və effektiv model kimi inkişaf etdiriləcək. 

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az deyib ki, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin daha da qısalmasına və səmərəli olmasına xidmət etməyəcək. Ekspert vurğulayıb ki, baxmayaraq ki, Orta Dəhliz və tərkib hissəsi olan Zəngəzur dəhlizi Çindən gələn məhsulların Avropaya çatdırılmasında və əks istiqamətdə yüklərin çatdırılmasında ən əlverişli marşrutlardan biridir:

"Zəngəzur dəhlizi həm də Rusiya ilə Hindistanı birləşdirmək məqsədilə yaradılan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin də səmərəliliyini artıracaq. İrana gedən yüklər də Zəngəzur dəhlizindən keçəcək. Nəzərə alaq ki, Zəngəzur dəhlizi sadəcə avtomobil və dəmiryolu xətlərindən ibarət olmayacaq. Buradan həm də enerji kəmərləri, enerji xətləri keçəcək. Avropaya neft-qaz enerjisinin daha qısa və əlverişli marşrutla daşınmasına imkan yaradacaq. ABŞ-nin dəhlizə böyük əhəmiyyət verməsi təbiidir. Vaşinqtonda imzalanmış sənədlər Zəngəzur dəhlizinin qısa zamanda işə düşəcəyinə ümidləri artırdı. Avropa Birliyi də bunun fərqindədir və baş verən prosesləri diqqətlə izləyir. Aİ-nin Zəngəzur dəhlizinin imkanlarını düzgün qiymətləndirməsi bizim üçün çox vacibdir". 

Həmsöhbətimizin fikrincə, Avropanın dəhlizə maraq göstərməsi investisiyaların cəlb edilməsinin asanlaşması, müxtəlif səviyyələrdə dəstəyin artması deməkdir: "Düzdür, Zəngəzur dəhlizinin işə düşməsi hələlik ləngiyir. Baş nazir Nikol Paşinyanın dediyinə görə, dəhlizin Ermənistan hissəsində tikinti işləri gələn ilin 2-ci yarısında başlayacaq. Bu da xeyli vaxt itkisi deməkdir. Azərbaycan tərəfində işlər başa çatmaq üzrədir. Avropa Birliyinin Zəngəzur dəhlizinin əhəmiyyətini anlaması Ermənistana maliyyə yardımının göstərilməsinə səbəb ola bilər. Hər halda artıq ABŞ və Avropa Birliyi də başda olmaqla, region ölkələri və bütün tərəflər Zəngəzur dəhlizinin açılmasında maraqlı olduqlarını bəyan edirlər. Bunun özü kifayət qədər müsbət hadisədir". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri