Icma.az
close
up
RU
Zəngəzur yolu çox şeyi dəyişməyə qadirdir

Zəngəzur yolu çox şeyi dəyişməyə qadirdir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İmran BƏDİRXANLI
[email protected]

Nikbinliyə köklənən ümidlərin yarandığı məqam. Son bir həftədə Cənubi Qafqazda cərəyan edən hadisələri məhz bu cür xarakterizə etmək mümkündür. Bu ovqatı bölgə ölkələrinin hamısına şamil etmək olar.

Əvvəlcə onu qeyd edək ki, Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” ölkəmiz üçün Vaşinqtonla əməkdaşlıqda danılmaz geosiyasi sıçrayışdır. Nə gizlədək, son 30 ildə rəsmi Bakının Qərblə dialoqu heç də həmişə hamar olmayıb, ziqzaqvari xətlə gedib. Həm avropalıların, həm də Vaşinqtonun hələ 1990-cı illərdə haypərəst dairələrin, erməni lobbisinin təsiri altında formalaşmış qərəzli mövqeyi Ermənistandan fərqli olaraq boyun əymək, təslim olmaq yolu ilə deyil, bərabərhüquqlu tərəfdaş kimi oynamaq istəyən Azərbaycanın müstəqil siyasətindən imtina etməməsi fonunda formalaşıb.

Amma dövranla yanaşı, yanaşmalar da dəyişir və Bakının zərgər dəqiqliyi ilə düşünülmüş diplomatik taktikası və Donald Trampın Ağ Evə qayıdışı öz bəhrəsini verdi. Ceyms Devid Vensin Bakıya səfəri ABŞ–Azərbaycan münasibətləri tarixində yeni səhifə açdı. Azərbaycan Prezidenti və ABŞ-ın Vitse-prezidentinin imzaladıqları Strateji Tərəfdaşlıq Xartiyasının gələcək onilliklər üçün iki dövlətin ortaq maraqlarını müəyyənedici sənədə çevrilmək şans var. Üstəlik, bu sənəd həm bölgədə, həm də ondan kənarda əməkdaşlığa meyilli, Cənubi Qafqazda öz təsirlərini gücləndirməyi planlaşdıran beynəlxalq aktorlara ünvanlanan mesajdır.

“Tramp administrasiyasının TRIPP-in bölgəni əbədi dəyişəcəyi, Cənubi Qafqazda yeni səhifə açacağı aydındır”. Bu maraqlı və gələcəyə nikbin baxışı əks etdirən fikirləri ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq “X”dəki mikrobloqunda paylaşıb. Bakıya səfərləri zamanı aldığı təəssüratını da bölüşən Helberq “Mən Bakıya, Azərbaycana çox məhsuldar səfərimi başa vurdum. Bu şəhərin qonaqpərvərliyi və mütərəqqi enerjisi həqiqətən də diqqətəlayiqdir”.

Bunları oxumaq və eşitmək nə qədər xoş olsa da, 30 il hərbi qarşıdurmalar və qarşılıqlı inamsızlıq atmosferində yaşamış xalqların etbarlı qonşuluq və əməkdaşlıq mühitinə reinteqrasiyasının o qədər də asan olmayacağını da deməyə məcburuq. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan buna hazır olduğunu səmimi şəkildə, həm də ən yüksək səviyyəyədə bəyan edib. Təkcə bəyan etməyib, bu niyyətini konkret və əməli addımları ilə sübuta yetirib. Bakı Ermənistana yük daşımaları üçün “xilas” yollarını açmaqla, vətəndaş cəmiyyəti institutları xətti ilə ikitərəfli təmaslara start verməklə xoş məramını ortaya qoyub.

Mübaliğəsiz deyə bilərik ki, Ermənistan–Azərbaycan normallaşmasına ən böyük töhfəni TRIPP layihəsi verə bilər. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) həqiqətən inqilabi bir layihədir. Prezident Trampın səyləri sayəsində TRIPP mümkünsüz görünəni reallaşdırdı, sülh sazişinin paraflanmasına mane olan sədləri aradan qaldırdı.

Bir daha vurğulamaq istəyirik ki, ABŞ-ın Vitse-prezidenti Vensin Cənubi Qafqaza səfəri Tramp administrasiyasının 2025-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ağ Evdə imzalanmış tarixi anlaşmanın arxasında dayandığını göstərir. Bu, həm də Birləşmiş Ştatların bölgədə təkcə diplomatik yolla deyil, həm də enerji, təhlükəsizlik, müdafiə, investisiya və s. baxımından mövcud olacağı deməkdir. Azərbaycan, Ermənistan və Gürcüstanın isə bir gün bütün istiqamətlərlə – Çin, Rusiya, eləcə də Avropa və ABŞ ilə əlaqələrinin yaranması sabit və təminatlı gələcəyə ümidləri daha da artırır. Bu, bəlkə də tarixdə ilk dəfə gördüyümüz, Qafqazın və Mərkəzi Asiyanın çoxvektorlu siyasətidir. Bunun möhkəm zəmini isə Prezident İlham Əliyev və onun diplomatiyasının, eyni zamanda, ABŞ-ın qələbəsi sayılmalıdır. TRIPP Azərbaycanı Naxçıvanla birləşdirəcək, sonra bizi Türkiyəyə qovuşduracaq analoqu olmayan bir layihədir. Bu trend bölgə ölkələrinə təkcə sərnişin və yük daşımalarında dividendlər qazandırmayacaq, eyni zamanda, xalqlar arasında ticarətin vüsət almasını, bunun müqabilində qarşılıqlı əməkdaşlığın və etimad mühitinin formalaşmasını stimullaşdıracaq.

Bəli, TRIPP bölgədə çox şeyi – müharibə ritorikasının birdəfəlik dəfn edilməsindən tutmuş, “Qafqaz evi”nın sakinləri olan 3 ölkə arasında səmimi qonşuluq münasibətlərinin, təmənnasız əməkdaşlığın, xalqlararası bağların bəpasına qədər – dəyişməyə qadir layihədir. Təki nikbinliyə köklənən və bol ümidlər vəd edən yeni başlanğıclar yarıyolda qırılmasın.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri