Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Horadiz Ağbənd yolu Zəngəzur dəhlizinə yaxınlaşır

Horadiz Ağbənd yolu Zəngəzur dəhlizinə yaxınlaşır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

150 kilometrlik magistralın 95 faizi hazırdır

Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) həm Azərbaycan, həm də region üçün strateji layihələrdən biri hesab olunur. Bu yol müasir nəqliyyat infrastrukturunun bir parçası olmaqla yanaşı, siyasi, iqtisadi və geosiyasi əhəmiyyət də daşıyır. Layihə reallaşdıqdan sonra regionda yeni iqtisadi əlaqələrin qurulmasına, logistika imkanlarının genişlənməsinə, ticarət yollarının şaxələnməsinə və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqladığı məlumata əsasən uzunluğu 123,6 kilometr olan əsas yolda tikinti işlərinin artıq 95 faizi yekunlaşıb. Bu, yolun yaxın gələcəkdə istifadəyə verilməsinə real zəmin yaradır. Ümumilikdə, layihə çərçivəsində 149,9 kilometr uzunluğunda yolun çəkilməsi nəzərdə tutulur ki, bunun 123,6 kilometri əsas magistraldır. Yolun eni 14-21 metr, torpaq yatağının eni isə 21,5-29,5 metr təşkil edir. 4-6 hərəkət zolağından ibarət yol gələcəkdə minlərlə avtomobilin fasiləsiz hərəkətini təmin etməklə regionun tranzit potensialını daha da gücləndirəcək.

Layihənin miqyası təkcə yolun uzunluğu ilə ölçülmür. Onun çərçivəsində iri infrastruktur elementləri də inşa olunur. Belə ki, ümumi uzunluğu 20 min 249 metr olan 260 dairəvi və 55 düzbucaqlı borunun çəkilməsi, 3 781 metr uzunluğunda 55 alt keçidin, 2 090 metr uzunluğunda 28 körpünün, 26 336 metr uzunluğunda 8 yol qovşağının, 12 032 metr uzunluğunda 3 tunelin və 1 500 metr istinad divarının tikintisi nəzərdə tutulub. Bu göstəricilər təkcə bir avtomobil yolunun deyil, bütöv bir nəqliyyat şəbəkəsinin formalaşdırıldığını nümayiş etdirir.

İnşaat işləri yüksəkkeyfiyyətli materiallar və qabaqcıl texnologiyalar əsasında həyata keçirilir. Torpaq yatağının hazırlanması, layların sərilməsi və yol geyiminin döşənməsi üzrə işlərin böyük hissəsi artıq tamamlanıb. Layihə çərçivəsində 61 milyon 386 min 373 kubmetr torpaq işləri görülüb, 950 min kubmetr asfaltın döşənməsi nəzərdə tutulub. Bu işlər yolun möhkəmliyini, uzunömürlülüyünü və keyfiyyətini təmin edən əsas amillərdəndir.

Tunellərin tikintisində də mühüm irəliləyişlər var. Artıq ümumi uzunluğu 13 032,8 metr olan tunellərdə qazma və püskürtmə beton işləri yekunlaşıb. Körpülərin də böyük hissəsi hazırdır: 28 körpüdən 22-si istifadəyə verilmək üzrədir. Onların 16-sı su ötürücü, 12-si isə yol ötürücü funksiyasını daşıyır. Bundan əlavə, 55 alt keçidin, 258 dairəvi və 47 düzbucaqlı borunun tikintisi artıq başa çatdırılıb.

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Bu, həm ölkə daxilində iqtisadi əlaqələrin möhkəmlənməsi, həm də Azərbaycanın beynəlxalq tranzit qovşağına çevrilməsi baxımından böyük strateji əhəmiyyət daşıyır.

Layihənin reallaşması ilə Azərbaycan region ölkələri üçün yeni iqtisadi imkanlar yaradır. Zəngəzur dəhlizinin işə düşməsi Orta Dəhliz layihəsinin səmərəliliyini daha da artıracaq. Çin–Avropa yükdaşımalarının sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi mümkün olacaq, Azərbaycanın geosiyasi çəkisi isə yüksələcək.

Bu yolun istifadəyə verilməsi regionda iqtisadi inteqrasiyanı sürətləndirəcək, ticarət dövriyyəsini artıracaq və yeni əməkdaşlıq formatlarının yaranmasına təkan verəcək. Azərbaycanın güclənən tranzit imkanları həm ölkəyə əlavə maliyyə gəlirləri gətirəcək, həm də regionun sabitliyi və təhlükəsizliyi üçün mühüm baza yaradacaq.

Beləliklə, Horadiz–Ağbənd avtomobil yolunun tam istifadəyə verilməsi ilə Azərbaycan nəqliyyat xəritəsində yeni bir mərhələyə qədəm qoyacaq. Bu yol regionun gələcək iqtisadi inkişafını, beynəlxalq əməkdaşlığını və siyasi sabitliyini təmin edən strateji damardır.

Nurlan ABDALOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri