Icma.az
close
up
RU
Zəngəzurda qeyri adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək?

Zəngəzurda qeyri adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

İranın Əfqanıstan və Pakistanla sərhədində 130 kilometrlik beton divar inşa etməsi təkcə qanunsuz miqrasiya və təhlükəsizlik narahatlıqları ilə izah olunmur. Bu addım eyni zamanda Tehranın sərhəd təhlükəsizliyinə dair ümumi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. İran administrasiyası bu cür fiziki maneələrlə öz ərazisinə kənar təsirləri, xüsusilə də kəşfiyyat, casusluq və potensial hərbi təzyiqləri minimuma endirməyə çalışır.

Bu kontekstdə diqqətçəkən məqam isə Tehran rejiminin Zəngəzur dəhlizinə münasibətdə sərgilədiyi əleyhdar mövqedir. İran dəfələrlə bəyan edib ki, bu dəhliz vasitəsilə regionda başqa dövlətlərin, xüsusilə Qərb ölkələrinin hərbi və ya təhlükəsizlik təsirinin artması onun milli maraqlarına ziddir.

Belə bir vəziyyətdə sual yaranır: İran öz sərhədində, məsələn, Ermənistanla həmsərhəd ərazilərdə oxşar divarlar inşa edə bilərmi?

Həmçinin oxuyun:

Bakıdan Tehran və Moskvanı hərəkətə keçirəcək qərar – Gizli “İrəvan planı”

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, İranın Əfqanıstan-Pakistan sərhədində sədd çəkməsi miqrant axını ilə bağlı narahatlığından irəli gəlir:

“Hər il yüzlərlə insan buradan keçib Türkiyə sərhədinə, ordan Avropaya üz tutur. Bəzən isə sadəcə İranda qalırlar. Bu, Tehran üçün ciddi problemdir. Amma Ermənistanla sərhəddə belə bir narahatlıq yoxdur. Yəni Ermənistandan kimsə xaricə köçmək istəsə, bu ölkə İran olmayacaq. Tehran bunu yaxşı bilir.

O ki qaldı ABŞ şirkətinin Zəngəzurda fəaliyyət göstərməsinə, bununla bağlı İranın xüsusi narahatlıqları var. Tehran bu məsələdə fikirlərini açıqlayıb. Yəni istisna deyil ki, İran bu prosesin qarşısını almağa çalışacaq, xüsusilə dezinfomasiya yaymaqla Ermənistan cəmiyyətində narazılıq yaratmaq üçün hər varianta əl atacaq. Ola bilsin, hərbi təlimlər də keçsin. Amma bunların nəticə verəcəyinə inanmıram. Yəni divar çəkmək real görünmür. Bu, əksinə, İranın özünü təcrid etməsi deməkdir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Avqust 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see221

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see203

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see146

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see139

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see131

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see128

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see123

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see123

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see123

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see121

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see121

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see120

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see119

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see118

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see118

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see118

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri