Icma.az
close
up
RU
Zəngəzurda qeyri adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? KONKRET

Zəngəzurda qeyri adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İranın Əfqanıstan və Pakistanla sərhədində 130 kilometrlik beton divar inşa etməsi təkcə qanunsuz miqrasiya və təhlükəsizlik narahatlıqları ilə izah olunmur. Bu addım eyni zamanda Tehranın sərhəd təhlükəsizliyinə dair ümumi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. İran administrasiyası bu cür fiziki maneələrlə öz ərazisinə kənar təsirləri, xüsusilə də kəşfiyyat, casusluq və potensial hərbi təzyiqləri minimuma endirməyə çalışır.

Bu kontekstdə diqqətçəkən məqam isə Tehran rejiminin Zəngəzur dəhlizinə münasibətdə sərgilədiyi əleyhdar mövqedir. İran dəfələrlə bəyan edib ki, bu dəhliz vasitəsilə regionda başqa dövlətlərin, xüsusilə Qərb ölkələrinin hərbi və ya təhlükəsizlik təsirinin artması onun milli maraqlarına ziddir.

Belə bir vəziyyətdə sual yaranır: İran öz sərhədində, məsələn, Ermənistanla həmsərhəd ərazilərdə oxşar divarlar inşa edə bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, İranın Əfqanıstan-Pakistan sərhədində sədd çəkməsi miqrant axını ilə bağlı narahatlığından irəli gəlir:

“Hər il yüzlərlə insan buradan keçib Türkiyə sərhədinə, ordan Avropaya üz tutur. Bəzən isə sadəcə İranda qalırlar. Bu, Tehran üçün ciddi problemdir. Amma Ermənistanla sərhəddə belə bir narahatlıq yoxdur. Yəni Ermənistandan kimsə xaricə köçmək istəsə, bu ölkə İran olmayacaq. Tehran bunu yaxşı bilir.

O ki qaldı ABŞ şirkətinin Zəngəzurda fəaliyyət göstərməsinə, bununla bağlı İranın xüsusi narahatlıqları var. Tehran bu məsələdə fikirlərini açıqlayıb. Yəni istisna deyil ki, İran bu prosesin qarşısını almağa çalışacaq, xüsusilə dezinfomasiya yaymaqla Ermənistan cəmiyyətində narazılıq yaratmaq üçün hər varianta əl atacaq. Ola bilsin, hərbi təlimlər də keçsin. Amma bunların nəticə verəcəyinə inanmıram. Yəni divar çəkmək real görünmür. Bu, əksinə, İranın özünü təcrid etməsi deməkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Avqust 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see283

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see212

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see154

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see146

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see132

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see130

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see130

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see130

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see126

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see126

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see125

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see124

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see123

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see122

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see122

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see122

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see122

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see121

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri