Icma.az
close
up
RU
Zəngəzurla bağlı mühüm müzakirə Bakıya gələn generalın qovluğunda nə var?

Zəngəzurla bağlı mühüm müzakirə Bakıya gələn generalın qovluğunda nə var?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana rəsmi səfər edib. Səfərin Türkiyənin 41 illik terrorla mübarizəsini zəfərlə başa vurduğunu bəyan etməsinin ardınca baş tutması, regional təhlükəsizlik gündəliyində yeni mərhələnin başlandığına işarə edir.

Yaşar Gülərin səfərinin məqsədi nədir? İki ölkə arasında terrorla bağlı hansısa məsələlər müzakirə ediləcəkmi?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Yaşar Gülərin Azərbaycana səfəri, xüsusilə də Türkiyənin 41 illik terrorla mübarizəsini “zəfərlə başa vurduğunu” bəyan etdiyi bir dövrdə baş verməsi, əslində regional təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcına işarə edə bilər. Bu səfərin zamanlaması təsadüfi deyil:

“Terrora qarşı mübarizədə əldə olunan uğur, Türkiyəyə yeni strateji müstəvi üçün imkanlar yaradır. Səfərin əsas məqsədlərindən biri də məhz bu uğurun regionda ortaq təhlükəsizlik mexanizmlərinə çevrilməsi, yəni Türkiyə ilə Azərbaycanın təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq etməsi ola bilər.

Məsələn, iki ölkə arasında terrorla bağlı hansı addımlar atıla bilər?

Ortaq terrorla mübarizə mərkəzi: Türkiyə və Azərbaycan kəşfiyyat orqanları arasında daha sistemli və daimi əməkdaşlıq üçün birgə koordinasiya mərkəzi yaradıla bilər.

Birgə hərbi təlimlərin intensivləşdirilməsi: Artıq hər iki ölkə mütəmadi təlimlər keçirir. Gələcəkdə bu təlimlərdə antiterror komponentləri daha da gücləndirilə bilər.

Regional antiterror koalisiyası: Azərbaycan və Türkiyə, Mərkəzi Asiya və Qafqaz regionunda digər müttəfiqlərlə birlikdə regional antiterror platforması yarada bilərlər. Bu, bölgədə yeni güc balansının formalaşmasına səbəb ola bilər.

Sərhəd təhlükəsizliyinin gücləndirilməsi: Xüsusilə Zəngəzur dəhlizinin aktuallaşdığı bir vaxtda, bu cür səfərlər sərhəd mühafizəsi və nəzarət texnologiyalarının inteqrasiyası baxımından da əhəmiyyətlidir.

Elman Telmanoğlu

Səfərin daha geniş geosiyasi anlamına gəldikdə isə, bu səfər sadəcə müdafiə sahəsində əməkdaşlıqdan ibarət deyil, daha geniş strateji anlamlar daşıyır. Türkiyə və Azərbaycanın “Bir millət, iki dövlət” fəlsəfəsi artıq praktikada konkret strateji blok şəklində özünü göstərməyə başlayıb. Qafqazda yeni reallıqlar fonunda, xüsusilə Rusiya və İranın təsir dairəsini balanslaşdırmaq baxımından da bu səfər önəmlidir.

Eyni zamanda bu səfər vasitəsilə Türkiyə, Qarabağ münaqişəsindən sonra yaranmış postmüharibə dövründə Azərbaycanın təhlükəsizliyinə təminat mesajı verir. Bu, təkcə Ermənistanla bağlı deyil, həm də regionda yeni risk faktorlarının (radikal qruplar, qeyri-dövlət aktorları) qarşısının alınmasına yönəlmiş strateji bir jestdir.

Yekun olaraq, Yaşar Gülərin bu səfəri sadəcə diplomatik nəzakət səfəri deyil, həm hərbi, həm strateji, həm də geosiyasi baxımdan çoxqatlı və mesajlarla dolu bir səfərdir. Terrorla mübarizədə əldə olunan uğurlar, indi regional təhlükəsizliyin kollektiv şəkildə təmin olunmasına yönəlmiş daha böyük planların icrasına zəmin yaradır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri