Icma.az
close
up
RU
Pezeşkian Bakıya göndərilir Xameneinin Zəngəzurla bağlı qərarı...

Pezeşkian Bakıya göndərilir Xameneinin Zəngəzurla bağlı qərarı...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bir qədər əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutdu. Liderlər müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etdilər. Həmçinin İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Bakıya səfər edərək dövlət başçısı və bir sıra rəsmi şəxslərlə görüşlər keçirdi.

Mövcud geosiyasi proseslər, İran ətrafında artan gərginlik fonunda Pezeşkianın Azərbaycana səfər qərarı necə dəyərləndirilməlidir? Görüş zamanı Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə edilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir:

“Məlum olduğu kimi, İran-Azərbaycan münasibətlərində uzun müddətdir gərginlik hakim idi. Tehran 2025-ci ilin əvvəlindən etibarən Bakı ilə diplomatik təmasları artırıb. Şübhəsiz, məqsəd Azərbaycanla münasibətləri normallaşdırmaqdır.

İran başa düşür ki, ABŞ-la gərginlik gündən-günə artır. Buna görə də, münasibətlərinin gərgin olduğu digər ölkələrlə problemləri həll etməyə çalışır. Əks təqdirdə, ABŞ bundan ustalıqla istifadə edə bilər. Hesab edirəm ki, Məsud Pezeşkianın səfəri ilk növbədə buna hesablanıb.


Qabil Hüseynli

Sözügedən səfər Azərbaycan üçün məqbuldur. Yəni bizim İranla xüsusi problemimiz yoxdur. Əsasən, gərginlik yaradan tərəf Tehrandır. Lakin indiki məqamda münasibətləri normallaşdırmaq istəyirsə, Bakı buna razıdır”.

Politoloq bildirib ki, Pezeşkianın səfəri Zəngəzur dəhlizi ilə bağlı yeniliyə səbəb ola bilər:

“Pezeşkian İran prezidenti olsa da, qərarvermə mexanizmi onda deyil. Yəni Zəngəzur dəhlizi ilə bağlı Tehranın mövqeyi daha çox ali rəhbər Ayətullah Xameneinin qərarından asılı olacaq. Amma dəyişən şərtlər fonunda İran geri addım ata bilər. Həm münasibətlərin normallaşması və şimaldan gələ biləcək ehtimal təhdidlərin bloklanması, həm də regional əməkdaşlıq üçün dəhlizin açılmasında geri addım atması gözləniləndir. Amma dediyim kimi, hər şey bu ölkənin ali rəhbərindən asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri