Icma.az
close
up
RU
Zəngilan azadlığı ilə başlayan yeni dövr

Zəngilan azadlığı ilə başlayan yeni dövr

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəngilanın azad edilməsi xalqımızın şanlı tarixində əlamətdar hadisədir. Zəngəzur Azərbaycanın çoxəsrlik tarixində xüsusi yeri olan, taleyi xalqımızın tarixi yaddaşı, milli-mədəni irsi və torpaq bütövlüyü ilə sıx bağlı olan qədim diyardır. Bu torpaqların tarixi keçmişi, burada formalaşmış yaşayış məskənləri, zəngin mədəni irs və baş vermiş siyasi hadisələr regionun taleyində mühüm izlər qoymuşdur. XX əsrin əvvəllərində baş verən siyasi dəyişikliklər isə Zəngəzurun inzibati-siyasi xəritəsini köklü şəkildə dəyişdirmişdir. Zəngəzurun tarixi taleyi ilə bağlı hadisələr yalnız ərazi dəyişiklikləri ilə məhdudlaşmamışdır. Müxtəlif dövrlərdə bölgədə və indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar doğma yurdlarından didərgin salınmış, ağır məhrumiyyətlərə və zorakılıqlara məruz qalmışlar. Azərbaycanlıların deportasiyası tarixində xüsusilə faciəli mərhələlər kimi yadda qalmışdır. Xüsusilə 1988-ci ildən etibarən Zəngəzur, Göyçə, Dərələyəz, İrəvan və Vedi bölgələrində yaşayan soydaşlarımız öz ata-baba yurdlarını tərk etməyə məcbur edilmişlər. Bu proses zamanı insanların evləri dağıdılmış, tarixi-dini abidələrə və xalqımızın maddi-mədəni irsinə ciddi ziyan vurulmuşdur. Beləliklə, xalqımızın yaddaşında silinməz izlər buraxan faciəli hadisələr bütöv bir tarixi irsin qorunmasının nə qədər vacib olduğunu bir daha göstərmişdir.

Zəngəzurun Azərbaycan ərazisində qalan hissəsində yerləşən Zəngilan rayonu da ölkəmizin tarixi, iqtisadi və mədəni həyatında mühüm yer tutmuşdur. 1930-cu ildə inzibati rayon kimi yaradılan Zəngilan əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və təsərrüfat imkanları ilə seçilmişdir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonları, cənubdan İran İslam Respublikası, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Bakı–Culfa–Naxçıvan dəmir yolu xəttinin üzərində yerləşdiyinə görə strateji əhəmiyyət daşımışdır.

İşğaldan əvvəl Zəngilanın iqtisadiyyatında kənd təsərrüfatı aparıcı rol oynamış, üzümçülük, tütünçülük və heyvandarlıq əhalinin əsas məşğuliyyət sahələrindən olmuşdur. Rayonun füsunkar təbiəti, geniş meşə sahələri və xüsusilə çinar meşələri onun təbii sərvətlərinin zənginliyini nümayiş etdirirdi. Zəngilan həm də qədim tarixə malik arxeoloji və memarlıq abidələri ilə tanınırdı. Orta əsr şəhər mədəniyyətinin izlərini yaşadan Şəhri Şərifan xarabalıqları bu ərazinin tarixi əhəmiyyətini əks etdirən mühüm abidələrdəndir.

1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində Zəngilan rayonu işğal edilmiş, 1993-cü il oktyabrın 29-da rayon Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçmişdir. Uzun illər doğma yurdlarından ayrı düşən zəngilanlılar torpaq həsrəti ilə yaşamış, evlərinə qayıdacaqları günü səbirsizliklə gözləmişlər. İşğal dövründə rayonun yaşayış məntəqələri, infrastrukturu və təsərrüfat obyektləri dağıntılara məruz qalmış, bir vaxtlar həyatla dolu olan yurd yerləri viran edilmişdir.

2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi ilə bu həsrətin sona çatmasına aparan yeni mərhələnin əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Zəfərə doğru inamla irəliləyərək Zəngilanı işğaldan azad etdi. Bu qələbə yalnız bir şəhərin azadlığı deyil, həm də xalqımızın iradəsinin, ordumuzun gücünün və torpaqlarımıza bağlılığımızın təntənəsi idi. Zəngilanın azad olunması ilə Azərbaycan–İran dövlət sərhədinin həmin istiqamətdə 132 kilometrlik hissəsində nəzarət bərpa edildi. Rayonun azadlığı uğrunda döyüşlərdə igidlik və şücaət göstərmiş 6 974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu.

Zəngilanın azadlığı ilə başlayan yeni dövr bu torpaqlarda həyatın yenidən canlandırılması, dağılmış yurd yerlərinin dirçəldilməsi və gələcəyə inamın möhkəmləndirilməsi ilə səciyyələnir. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə geniş vüsət verilmiş, Zəngilan bu prosesin əsas mərkəzlərindən birinə çevrilmişdir. Rayonun strateji mövqeyi və nəqliyyat imkanları nəzərə alınaraq mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Zəngilan Beynəlxalq Hava Limanının inşası regionun nəqliyyat əlaqələrinin genişləndirilməsi və beynəlxalq iqtisadi münasibətlərə inteqrasiyası baxımından mühüm addım olmuşdur. Bu torpaqlarda quruculuğun ən parlaq nümunələrindən biri Ağalı kəndidir. Müasir şəhərsalma və innovativ idarəetmə prinsipləri əsasında salınan Ağalı “Ağıllı kənd” layihəsinin ilk nümunələrindən biri kimi Azərbaycanın yenidənqurma təcrübəsində xüsusi yer tutur. Burada yaşayış evləri ilə yanaşı, sosial obyektlər, müasir infrastruktur və əhalinin rahat yaşayışını təmin edən şərait yaradılmışdır. Ağalı sakinlərinin doğma kəndlərinə qayıdaraq burada yeni həyata başlamaları Böyük Qayıdışın artıq gerçəkliyə çevrildiyini göstərir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Bir zamanlar dağıntıların hökm sürdüyü ərazilərdə yollar çəkilir, yaşayış məntəqələri salınır, məktəblər, sosial və iqtisadi obyektlər tikilir. Ərazilərin minalardan təmizlənməsi və təhlükəsiz yaşayış şəraitinin yaradılması istiqamətində görülən işlər insanların doğma yurdlarına qayıdışını sürətləndirir. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Böyük Qayıdış yalnız insanların doğma evlərinə qayıtması deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın yaşadılması və gələcək nəsillər üçün firavan həyatın qurulması deməkdir. Zəngilanın timsalında Azərbaycan xalqı bir daha sübut edir ki, torpağa bağlılıq, milli birlik və qətiyyət ən ağır sınaqlar qarşısında belə öz gücünü itirmir. Bu gün Zəngilanın yenidən qurulan kəndləri, salınan yolları və doğma yurduna qayıdan sakinləri xalqımızın Zəfər salnaməsinin canlı səhifələridir.

Zəngəzurun tarixi yaddaşı, Zəngilanın azadlığı və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın keçmişdən gələcəyə uzanan mübarizə və inkişaf yolunun mühüm tərkib hissəsidir. Bu yolun əsas məqsədi tarixi torpaqlarımızda həyatın bərpası, milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə güclü, müstəqil və inkişaf edən Azərbaycan mirasının ötürülməsidir. Zəngilanın azad olunmasının 6-cı ildönümü bizə xatırladır ki, milli birlik, güclü dövlətçilik və Vətənə sədaqət ən böyük dəyərlərimizdəndir.

Qadir İbrahimov

 YAP Culfa rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Oktyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri