Icma.az
close
up
RU
Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün üç ili tamam olur

Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün üç ili tamam olur

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın başlanğıcından - Ağalıya ilk köçdən 3 il ötür.

Oxu.Az xatırladır ki, 44 günlük müharibədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlara məcburi köçkünlərin qayıdışına imkan yaranıb.

Ermənistan işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilmiş dağıntıları, urbisidi, ekosidi və minalanma təhlükəsini nəzərə alaraq bir çox ekspertlər qayıdış üçün uzun illər tələb olunacağını qeyd ediblər. Lakin prezidentin Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərinə diqqəti nəticəsində Zəngilanın Ağalı kəndinə qayıdış 44 günlük müharibədən cəmi il yarım sonra baş tutub.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları və onun rifahı durur. Məcburi köçkünlərin tezliklə evlərinə qayıtmaq istəkləri bərpa-quruculuq işlərinin sürətlə aparılmasını şərtləndirən vacib amillərdən olub.

Ölkəmizin ərazisinin 20%-də dağıdılmış şəhər, kənd və qəsəbələri bərpa etmək, yeni şəhər və kəndlər tikmək, hətta böyük, iqtisadi cəhətdən güclü dövlətlər üçün də ciddi çağırış hesab olunur. Vaxtı ilə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün və uzaqgörən enerji və iqtisadı strategiya Azərbaycan dövlətinin siyasi və iqtisadi baxımdan müstəqilliyini, müasir cəmiyyət quruculuğunu təmin etdiyi kimi, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini yüksək səviyyədə və sürətlə aparmağa imkan verir. Azərbaycan dövləti kənardan heç bir yardım olmadan, öz gücünə işğaldan azad olunmuş əraziləri yenidən qurur, nəhəng infrastruktur layihələri reallaşdırır.

İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, Böyük qayıdış proqramının uğurla reallaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir.

Ağalıda "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. 2022-ci il iyulun 19-dan etibarən Ağalı kəndinə mərhələlərlə köç başlayıb. "Böyük Qayıdış" layihəsi çərçivəsində 2024-cü il yanvarın 18-dək Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər) köçürülüb.

Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulur.

Enerjiyə tələbat alternativ enerji mənbələri vasitəsi ilə təmin olunur. Kənddə, həmçinin Smart DOST, "ASAN xidmət", Azərpoçt, KOB inkişafı mərkəzləri fəaliyyət göstərir.

Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyul 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri