Icma.az
close
up
RU
Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

Icma.az, Modern.az saytına istinadən bildirir.

30 ilə yaxın işğal altında qalan Zəngilan rayonu da 44 günlük Vətən müharibəsində azadlığına qovuşdu. 1993-cü il Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra vətənpərvər Zəngilan sakinləri 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25–29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçdi. Yəni, Zəngilanın işğalı asan başa gəlmədi.
44 günlük Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayılda düşmən qüvvələrinin darmadağın edilməsi ilə 30-dan çox yaşayış məntəqəsi işğaldan azad olundu və Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı. Şanlı Ordumuz oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı və iki gün sonra — oktyabrın 20-də artıq Zəngilan azad olunmuşdu.
Döyüşlər nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan–İran sərhədi də məhz Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edildi. 2020-ci il dekabrın 23-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı.
Təsadüfi deyil ki, böyük qələbədən sonra bərpa-quruculuq işlərinə dair ilk pilot layihə Zəngilanda, Ağalı kəndində icra olundu. Burada 200 evdən ibarət, müasir standartlara uyğun kənd salınıb. Beləliklə, Ağalı “ağıllı kənd” kimi dünyanın ən müasir kəndlərindən birinə çevrilib.
2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub.
Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı da beynəlxalq standartlara uyğun hazırlanıb. Baş planın konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir ki, bu da 30 ildən sonra doğma yurduna qayıdan insanların normal həyat şəraitinin təmin olunmasına şərait yaradır.
Strateji coğrafi mövqeyə malik olan Zəngilan həm də mühüm nəqliyyat qovşağıdır. Belə ki, nəqliyyat dəhlizləri üzərində yerləşməsi onun əhəmiyyətini daha da artırır. Zəngilan Beynəlxalq Hava Limanının inşası isə bütövlükdə Şərqi Zəngəzurun inkişafına təkandır. Artıq Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilib.
İşğal dövründə Zəngilanda 50-yə yaxın tarixi-dini abidə erməni vandalları tərəfindən dağıdılıb. Hətta düşmən bütün mənəvi sərhədləri aşaraq məscidlərdən tövlə kimi istifadə edirdi.
Böyük Qələbədən sonra dini-tarixi bütün bölgələrdə olduğu kimi, Zəngilanda da abidələrin bərpasına başlanılıb. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilan şəhər məscidi yenidən inşa olunub.
Zəngilanda həm də pilot kənd təsərrüfatı layihələri icra olunmaqdadır. Burada yeni ekosistem yaradılır və ən əsası, bu layihələrin icrası yüzlərlə insanın məşğulluğunun təmin olunması deməkdir.
Son 5 ildə Zəngilan həm də beynəlxalq tədbirlərə ev sahibliyi edir. Uğurla reallaşan bərpa-quruculuq prosesinin ən unikal nümunəsi kimi, Zəngilanda şəhərsalma forumları keçirilir.
İnklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları məhz Zəngilanda müzakirə edilir.
Bir sözlə, 5 il ərzində ən uğurlu şəhərsalma təcrübəsi sərgiləyən Zəngilan doğma sakinlərini qarşılamaqla yanaşı, beynəlxalq statuslu bölgə kimi də inkişaf etməkdədir.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Oktyabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri