Icma.az
close
up
RU
Zəngilan azad torpaqların dirçəliş rəmzinə çevrilib Deputat

Zəngilan azad torpaqların dirçəliş rəmzinə çevrilib Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Zəngilan tarixi, təbiəti və strateji mövqeyi ilə Qarabağ bölgəsinin ən qədim yaşayış məntəqələrindən biridir. Bu diyar uzun illər düşmən işğalı altında qalsa da, xalqımızın Qələbə əzmi, dözümü və Vətən sevgisi sarsılmadı. Zəngilanın azad edilməsi ilə həm ədalət bərpa olundu, həm də tariximizin qəhrəmanlıq səhifəsinə yeni bir şanlı gün yazıldı".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 
Parlamentari xatırladıb ki, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində erməni silahlı birləşmələrinə qarşı qəhrəmancasına döyüşüblər.

"1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın qüdrətini və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etməklə, xalqımızın tarixində qürur və iftixar səhifəsi yazdı.

Zəngilanın azad edilməsi yalnız strateji baxımdan deyil, həm də mənəvi-siyasi müstəvidə böyük əhəmiyyət daşıyırdı. Bu şanlı Qələbə ilə 132 kilometrlik dövlət sərhədimiz tam bərpa olundu, Azərbaycan-İran sərhəd xətti bütövlükdə nəzarətə götürüldü. Beləliklə, dövlətimizin ərazi bütövlüyü təmin olundu, Zəngilan isə azad torpaqların dirçəliş rəmzinə çevrildi.

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi işğaldan azad olunmuş torpaqlarda müasir və dayanıqlı həyat modelinin parlaq nümunəsidir. Burada sosial xidmətlər, enerji təminatı, təhsil, səhiyyə və məşğulluq sahələri tam inteqrasiya olunmuş ekosistem daxilində fəaliyyət göstərir.  Zəngilan Beynəlxalq Hava Limanı ICAO və IATA standartlarına uyğun şəkildə inşa edilib və həm sərnişin, həm də yük daşımalarına imkan yaradır. Hava limanı həm regional nəqliyyat şəbəkəsinin, həm də Zəngəzur dəhlizinin hava komponentinin əsas hissəsini təşkil edir. Eyni zamanda, Zəngilan-Horadiz avtomobil yolu və tunellər sistemi azad edilmiş ərazilərin inteqrasiyasını təmin edir, bölgənin sosial-iqtisadi inkişafına xidmət edir.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis olunub. Bu tarix həm azadlığın, həm də yenidənqurma, dirçəliş və gələcəyə inamın təntənəsidir. 2024-cü ildə açılışı olan “Ağalı” hoteli Zəngilanın turizm infrastrukturuna yeni nəfəs gətirib. Həkəri çayı sahilində yerləşən, təbii mənzərələr və müasir rahatlıqla birləşən bu mərkəz ekoturizmin inkişafı üçün mühüm addımdır. Burada həyata keçirilən layihələr təkcə bir rayonun deyil, bütün Qarabağ və Şərqi Zəngəzurun inkişaf modelini formalaşdırır. Zəngilanın azadlıqdan quruculuğa aparan yolu dövlətin siyasi iradəsinin, xalqın birliyinin və Vətən sevgisinin parlaq təzahürüdür". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri