“Zəngilan” və “Şayıflı” KSES lərində nə qədər elektrik enerjisi istehsal olunub?
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyalarında (KSES) fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək 54,9 milyon kVt/saat həcmində elektrik enerjisi istehsal olunub.
Sherg.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
“2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçay üzərində inşa edilmiş “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib. “Zəngilan” KSES ümumi gücü 10,5 MVt olmaqla, hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan, “Şayıflı” KSES ümumi gücü 10,5 MVt olmaqla hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir. Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Zəngilan” KSES-də 25,1 milyon kVt/saat, “Şayıflı” KSES-də isə 29,8 milyon kVt/saat”, – qurumun paylaşımında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 May 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















